"Otel Ruanda" filmi ilə məşhurlaşan Rusesabagina azadlığa çıxdı
Digərləri 25 Mar 2023 16:56:00 257 0
1994-cü il soyqırımı zamanı insanları xilas edən və Hollivudun çəkdiyi "Otel Ruanda" filmi ilə məşhurlaşan, Ruanda hökumətinin tənqidçisi Pol Rusesabagina 900 gündən çox dəmir barmaqlıqlar arxasında qaldıqdan sonra həbsdən azad edilib.
Bu xəbəri də oxu: Azərbaycanda müəllim vəfat etdi FOTO
Son.az APA-ya istinadən bildirir ki, Rusesabagina martın 24-də gecə həbsdən azad edilib. Ruanda hökuməti onun terrorizm ittihamı ilə 25 illik cəzasını yüngülləşdirdikdən sonra o, həbsdən buraxılıb. Onun həbsi Qərbdə və hüquq qrupları arasında tənqidlərə səbəb olub.
Rusesabagina silahlı üsyançı qrupa dəstək verməkdə günahlandırılaraq həbs edilsə də, o özü və onu dəstəkləyənlər bunun saxta ittiham olduğunu dəfələrlə bəyan ediblər.
Hökumət sözçüsü Yolande Makolo AFP-yə bildirib ki, onun cəzası "prezidentin sərəncamı ilə yüngülləşdirilib" və onunla birlikdə mühakimə olunan 19 müttəhimin həbs müddəti də dəyişdirilib.
Qeyd edək ki, həm də Belçika vətəndaşı olan Rusesabagina 2018 və 2019-cu illərdə Ruandada 9 nəfərin ölümünə səbəb olan hücumlarda günahlandırılan üsyançı qrup Milli Azadlıq Cəbhəsini (FLN) dəstəkləməkdə ittiham olunurdu.
O, hücumlarda hər hansı əli olduğunu inkar edib lakin Rusesabagina Ruanda Demokratik Dəyişiklik Hərəkatının (MRCD) qurucusudur.
O, 2020-ci ilin avqustunda Birləşmiş Millətlər Təşkilatının da "oğurluq" kimi təsvir etdiyi hadisədə, Burundiyə uçan təyyarə Ruandaya yönləndirildikdən sonra həbs edilib.
ABŞ Hərbi Hava Qüvvələri F-16 qırıcıları ilə Suriyadakı İran hərbi
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 17 yeni yoluxma faktı qeyd�
İranda rejimin dayağı hesab olunan SEPAH daxilində parçalanmalar yaşanır.
"Rusiya ordusu hücum tempini 80 faiz aşağı salıb və hücumdan müdafi
Rusiyanın paytaxtı Moskva şəhərindəki "Moskva Siti" ticarət mə
Ermənistanın keçmiş prezidenti Robert Köçəryan müalicə üçün Almaniya
Venesuelanın hüquq-mühafizə orqanları ölkədə ən fəal şəkildə axtar�
Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin 23 mart 2023-c�