Ceyhun Bayramov zəlzələ bölgəsində Azərbaycanın dəstəyinin davam edəcəyini açıqlayıb


Siyasət 20 Mar 2023 22:31:00 221 0

Ceyhun Bayramov zəlzələ bölgəsində Azərbaycanın dəstəyinin davam edəcəyini açıqlayıb

20 mart 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Belçika Krallığının Brüssel şəhərində keçirilmiş "Türkiyə və Suriyadakı insanlar üçün birlikdə" Beynəlxalq Donorlar Konfransında iştirak edib.

Son.az xəbər verir ki, bu barədə XİN məlumat yayıb.

Avropa İttifaqı (Aİ) üzvləri, qonşu və tərəfdaş ölkələr, "Böyük İyirmilik" (G20), Körfəz Əməkdaşlığı Şurası ölkələri, Birləşmiş Millətlər Təşkilatı (BMT), digər beynəlxalq təşkilatlar, o cümlədən beynəlxalq, habelə Avropa maliyyə institutlarının iştirakı ilə keçirilmiş konfrans Türkiyə və Suriyada baş vermiş zəlzələlərin fəsadlarının aradan qaldırılmasına dəstək göstərilməsi məqsədilə təşkil olunub.

Konfrans çərçivəsində Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen, Aİ Şurasına sədrlik edən ölkə qismində İsveçin Baş naziri Ulf Kristersonun, və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyip Ərdoğanın video formatda çıxışlarından sonra Türkiyə hökuməti, BMT-nin İnkişaf Proqramı, Dünya Bankı və Aİ tərəfindən hazırlanmış Türkiyədə fəlakət sonrası ehtiyacların ilkin qiymətləndirilməsi təqdim edilib. Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlunun nitqindən sonra isə yardım vədləri sessiyası çərçivəsində Konfrans iştirakçılarının çıxışları dinlənilib.

Konfransda çıxış edən nazir Ceyhun Bayramov, baş vermiş dəhşətli fəlakətin fəsadlarının aradan qaldırılması üçün beynəlxalq ictimaiyyətin səylərinin səfərbər edilməsinə istiqamətlənən konfransın təşkilinin təqdirəlayiq olduğunu bildirib. Bu xüsusda, Azərbaycanın baş vermiş dağıdıcı zəlzələlər nəticəsində böyük insan tələfatı, o cümlədən dağıntılar ilə üzləşən qardaş Türkiyə, habelə Suriya ilə həmrəylik ifadə olunub.

Baş verən zəlzələnin ilk günlərindən etibarən Azərbaycanın Türkiyəyə dəstəyini nümayiş etdirirək, dərhal axtarış və xilasetmə dəstələri, tibbi heyət, könüllülər, habelə humanitar yardımların göndərildiyi diqqətə çatdırılıb.

Azərbaycanın bölgəyə 940 nəfər xilasedici, tibbi personal və könüllü dəstələri göndərdiyi, bölgəyə 5300 tondan artıq humanitar yük göndərildiyi, indiyə qədər Türkiyənin zəlzələ bölgəsində çalışan aidiyyəti təşkilatlar vasitəsilə 45 milyon ABŞ dollarından artıq maddi yardım göstərildiyi vurğulanıb.

Azərbaycanın bundan sonra da hər zaman olduğu kimi qardaş Türkiyənin yanında olacağı, bu xüsusda ölkəmizin zəlzələdən sonrakı bərpa və quruculuq işlərində nəticə yönümlü maddi və texniki dəstəyin göstərilməsini davam etdirəcəyi diqqətə çatdırılıb.

Azərbaycan Respublikasının bölgədə bərpa quruculuq işinə töhfə çərçivəsində, 100 milyon ABŞ dolları məbləğində yaşayış binalarının, sosial obyektlərin və təhsil ocağının tikintisini həyata keçirəcəyi elan olunub.

Konfransın sonunda tədbirə ev sahibliyi edən Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen və Aİ Şurasına sədrlik edən ölkə qismində İsveçin Baş naziri Ulf Kristersson yekun bəyanatla çıxış ediblər.

“Demişdim, ya ayın 7si, ya da 8i öləcək, elə də oldu…” – like
  • 20 Mar 22:20  
Digərləri “Demişdim, ya ayın 7si, ya da 8i öləcək, elə də oldu…” –

"2017-ci ildə demişdim ki, Böyük Britaniya kraliçası 2018-ci ildə h�

arrow Ətraflı
Zorlamada və qətldə şübhəli bilinən like
  • 20 Mar 22:15  
Kriminal Zorlamada və qətldə şübhəli bilinən

Moskva vilayətində 28 il əvvəl baş verən zorlama və qətl hadisəsinin ü

arrow Ətraflı
Buzlaqlar əriyir, 48 min illik zombi virusu üzə çıxdı like
  • 20 Mar 22:09  
Dünya Buzlaqlar əriyir, 48 min illik zombi virusu üzə çıxdı

Alimlər Arktikada buzlaqların əriməsi nəticəsində 48 500 illik "zomb

arrow Ətraflı
92 yaşlı media maqnatı like
  • 20 Mar 22:03  
Dünya 92 yaşlı media maqnatı

Avstraliya əsilli amerikalı media maqnatı Rupert Merdok beşinci dəfə evlə

arrow Ətraflı
Azərbaycanda benzinlə bağlı like
  • 20 Mar 21:57  
Digərləri Azərbaycanda benzinlə bağlı

2023-cü ilin yanvar-fevral aylarında Azərbaycanda avtomobil benzininin istehs

arrow Ətraflı
Arılar britaniyalı ailənin evini nəhəng pətəyə çevirdi – FOTO like
  • 20 Mar 21:51  
Dünya Arılar britaniyalı ailənin evini nəhəng pətəyə çevirdi – FOTO

İngilis cütlük divarlardan bal süzülməyə başlayanda evlərinin nəhəng

arrow Ətraflı
ABŞ Dövlət katibinin köməkçisi istefa verəcək like
  • 20 Mar 21:27  
Dünya ABŞ Dövlət katibinin köməkçisi istefa verəcək

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi K

arrow Ətraflı
Puqaçova Meladze haqda şayiələrə son qoydu like
  • 20 Mar 21:21  
Şou-biznes Puqaçova Meladze haqda şayiələrə son qoydu

Xalq artisti Alla Puqaçova Valeriy Meladzenin İsraildəki konserti ilə bağl�

arrow Ətraflı
Türkiyə sel nəticəsində ölənlərin sayı 20 nəfərə yüksəlib like
  • 20 Mar 21:15  
Dünya Türkiyə sel nəticəsində ölənlərin sayı 20 nəfərə yüksəlib

Türkiyədə sel fəlakətində həlak olanların sayı artıb.

arrow Ətraflı
Saçı tökülənlərdə BU PROBLEM var like
  • 20 Mar 21:09  
Digərləri Saçı tökülənlərdə BU PROBLEM var

Saç tökülməsi, dəridə quruluq hormonal disbalansdan xəbər verir.

arrow Ətraflı
390cı gün: like
  • 20 Mar 21:03  
Dünya 390cı gün:

Rusiya müharibənin 390-cı günü üçün Ukrayna ordusunun itkiləri haqda m�

arrow Ətraflı
Sərnişinlərin nəzərinə like
  • 20 Mar 20:56  
Digərləri Sərnişinlərin nəzərinə

Martın 23-dən "Koroğlu" metro stansiyası - Abşeron Milli Parkı v

arrow Ətraflı
Öz ad gününə nifrət edənlər – like
  • 20 Mar 20:50  
Digərləri Öz ad gününə nifrət edənlər –

Psixiatrlar 60 yaşından əvvəl və sonra ad günündə intihara cəhd edən A

arrow Ətraflı
Tərtər rayonunun Talış kəndində bayram tonqalı qalandı  FOTO like
  • 20 Mar 20:39  
Digərləri Tərtər rayonunun Talış kəndində bayram tonqalı qalandı FOTO

30 ildən sonra ilk dəfədir ki, Tərtərin Talış kəndinin sakinləri öz do

arrow Ətraflı
Yaz aylarında aktivləşən 8 xəstəlik like
  • 20 Mar 20:33  
Digərləri Yaz aylarında aktivləşən 8 xəstəlik

Adətən yazın başlanğıcında "yatmış" xroniki xəstəliklər ba

arrow Ətraflı