Polis Bakıda əməliyyat keçirdi Saxlanılanlar var


Kriminal 17 Mar 2023 14:00:00 177 0

Polis Bakıda əməliyyat keçirdi  Saxlanılanlar var

Xətai rayonunda narkotik vasitələrin satışını təşkil edən, üzərində qanunsuz odlu silah-sursat gəzdirən, habelə mülkiyyət əleyhinə cinayətlər törədən şəxslərə qarşı xüsusi əməliyyatlar həyata keçirilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin və ərazi polis orqanlarının martın əvvəlindən keçirdikləri əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 48 nəfər saxlanılıb. Araşdırma zamanı saxlanılanların bir neçəsinin əvvəllər də narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdikləri üçün məhkum edilmiş şəxslər olduqları müəyyən edilib. Onların üzərindən, yaşadıqları evlərdən külli miqdarda heroin, marixuana və metamfetamin aşkar edilib.

Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı isə üzərində qanunsuz olaraq silah gəzdirən Zamir Cəlilov saxlanılıb. Ondan bir ədəd "Revolver" tipli yivli tapança və həmin silaha aid patron aşkar edilib. Zamir Cəlilov odlu silah-sursatı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək satmaq məqsədi ilə özündə saxladığını bildirib.

Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı isə rayon və paytaxtın digər ərazilərində avtomobillərdən silsilə oğurluqlar edən Fikrət Cəlilov tutulub. Həmin şəxs Bakı şəhərində müşahidələr apararaq qapısı sahibi tərəfindən açıq saxlanılan nəqliyyat vasitələrinin salonlarından mobil telefonlar, pul kisələri, noutbuklar və digər qiymətli əşyalar oğurlayıb. Fikrət Cəlilovun paytaxt ərazisində digər bu kimi cinayətlər törədib-törətmədiyinin müəyyən edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davan etdirilir.

Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən sonuncu əməliyyat zamanı isə avtomobillərin ehtiyat hissələrinin satıldığı obyektlərdən birindən oğurluqlar edən Ceyhun Allahverdiyev və qardaşı Cəsarət saxlanılıblar. Bu şəxslər müxtəlif vaxtlarda həmin obyektə 3 dəfə daxil olaraq oradan xarici markalı nəqliyyat vasitələrinin katalizatorlarını oğurlayıblar. Ceyhun və Cəsarət Allahverdiyevlər bu yolla zərərçəkənə ümumilikdə 33 min manat maddi ziyan vurublar.

Xətai rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi, eləcə də digər hüquqpozmalara qarşı polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.

Çin şirkətləri Rusiyaya silah və zirehli jiletlər verib like
  • 17 Mar 13:49  
Dünya Çin şirkətləri Rusiyaya silah və zirehli jiletlər verib

Çin şirkətləri Rusiya təşkilatlarına 1000-ə yaxın avtomat, həmçinin h

arrow Ətraflı
Müharibədən sonra İrəvanda olan ilk türk telekanalı: like
  • 17 Mar 13:45  
Digərləri Müharibədən sonra İrəvanda olan ilk türk telekanalı:

Bəlli olduğu kimi, Türkiyə və Ermənistanın futbol üzrə milli komandalar

arrow Ətraflı
Filarmoniyada Orxan Həşimovun rəhbərliyi ilə Qara Qarayev adına Dövlət Kamera Orkestri çıxış edib like
  • 17 Mar 13:43  
Kriminal Filarmoniyada Orxan Həşimovun rəhbərliyi ilə Qara Qarayev adına Dövlət Kamera Orkestri çıxış edib

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhn

arrow Ətraflı
ABŞ Ukraynanın qələbəsindən qorxur like
  • 17 Mar 13:27  
Dünya ABŞ Ukraynanın qələbəsindən qorxur

ABŞ Prezidenti Co Bayden Rusiyanın məğlub olmasını istəyir, fəqət Ukray

arrow Ətraflı
Mahsun Kırmızıgüldən təqdirəlayiq HƏRƏKƏT like
  • 17 Mar 13:05  
Şou-biznes Mahsun Kırmızıgüldən təqdirəlayiq HƏRƏKƏT

Bir neçə gen öncə Bakıda konsert verən türkiyəli müğənni Mahsun Kırm

arrow Ətraflı
Şənbə gününün like
  • 17 Mar 12:57  
Digərləri Şənbə gününün

Martın 18-nə gözlənilən hava proqnozu açıqlanıb.

arrow Ətraflı
İzləyicilər Şeymanı tanıya bilmədi like
  • 17 Mar 12:43  
Şou-biznes İzləyicilər Şeymanı tanıya bilmədi

Şeyma Subaşı üzündəki dəyişimlə gündəmə gəlib.

arrow Ətraflı
Nikol yenə müharibəyə çalışır like
  • 17 Mar 12:32  
Dünya Nikol yenə müharibəyə çalışır

Nikolun açıqlamalarının məntiqi izahı belədir: o, sülh gündəmini aldat

arrow Ətraflı
Paşinyan Moskvaya fransız qaldı like
  • 17 Mar 12:25  
Siyasət Paşinyan Moskvaya fransız qaldı

Kreml üçün Ermənistanı əldən çıxarmaq rüsvay olmağa bərabərdir. De-

arrow Ətraflı
Bu mesajlardan sizə də gəlir? like
  • 17 Mar 12:21  
Digərləri Bu mesajlardan sizə də gəlir?

Son vaxtlar sosial şəbəkələrdə saxta iş elanları yayaraq dələduzluq ed

arrow Ətraflı
Eldar Sultanov vəzifəsindən like
  • 17 Mar 12:13  
Digərləri Eldar Sultanov vəzifəsindən

Prokurorluqda qulluqda olmanın son yaş həddinə çatmış Baş Prokurorluğun

arrow Ətraflı
FHNin Türkiyədə olan çevik xilasetmə qüvvələrinin sonuncu qrupu ölkəmizə qayıdır like
  • 17 Mar 12:10  
Digərləri FHNin Türkiyədə olan çevik xilasetmə qüvvələrinin sonuncu qrupu ölkəmizə qayıdır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsas

arrow Ətraflı
Generalın qardaşına yeni like
  • 17 Mar 11:59  
Digərləri Generalın qardaşına yeni

Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalo

arrow Ətraflı