Paşinyan Moskvaya fransız qaldı


Siyasət 17 Mar 2023 12:25:00 170 0

Paşinyan Moskvaya fransız qaldı

Kreml üçün Ermənistanı əldən çıxarmaq rüsvay olmağa bərabərdir. De-fakto müstəmləkəsi, forpostu olan Ermənsitanı əldən çıxarmaq Ukrayna müharibəsinin gedişində Moskvanın bütün planlarının alt-üst olması ilə nəticələnə bilər. Qərbdə də bunu yaxşı bilirlər, anlayırlar ki, Moskvanı İrəvanın orbitindən çıxarmaq Rusiyanın Cənubi Qafqazda sonu demək ola bilər. Bu isə Rusiyanın 1 ildə iki mühüm geostrateji coğrafiyadan çıxarılması anlamına gələcək.

Bunun üçün də bölgədə təxribatların daha da artacağı gözləniləndir. Rusiya XİN açıqladı ki, Ararat Mirzoyan Moskvaya səfərə hazırlaşır. Artıq Nikol Paşinyan da bu məlumatı təsdiqlədi. Kreml də sakit oturmaq barədə düşünmür. 

Paşinyan və Putin arasında son telefon danışığından sonra Ermənistanın XİN başçısı Rusiyaya çağırıldı. Çünki bu səfərin əvvəlcədən olacağı barədə heç bir anons yox idi. 

Amma Paşinyan eyni zamanda açıqlamasında bildirdi ki, Rusiyanın vasitəçiliyi ilə Moskvada XİN başçıları səviyyəsində görüşə hazırdırlar. Rusiya Xarici işlər nazirliyində başda Sergey Lavrov olmaqla Ermənistanla çox cidi fikir ayrılıqları, narazılıqlar var. 

Təsadüf deyil ki, son 30 ildə biz axır iki aylıq siyasi bəyanatlara nəzər salsaq görərik ki, Lavrov və Zaxarova Ermənistan hakimiyyətini tənqid etməklə məşğuldurlar. 

Rusiyanın öz istəkləri var. Bu istəklər heç də Azərbaycan və Ermənistan arasındakı sülh quruculuğu ilə bağlı deyil, bu istəklər Amerika və Rusiya arasında Cənubi Qafqazdakı siyasi mübarizədə Ermənistanın hansı qütbün yanında yer alması ilə bağlıdır. 

Aydındır ki, Ermənistanın hazırki hakimiyyəti Qərbə yaxınlığı ilə seçilir. Xüsusilə də Emanuel Makronlu Fransa höküməti bu gün rəsmi İrəvanın əsas "ssenaristi" funksiyasını yerinə yetirir. Amma Ermənistan "yolsuzluq" nümayiş etdirir. Rəsmi İrəvan bu gün konkret bir yol seçməlidir. Açıq sezilir ki, Nikol Paşinyan bir istiqamətdə yol seçməyin acı nəticə ilə yekunlaşacağını yaxşı anlayır.

Moskva ilə İrəvan arasındakı gərginlik o demək deyil ki, Rusiya Ermənistandan, separatçılardan əl götürəcək. Təəssüf ki, bu, istisna edilmir. Çünki bu, Rusiya üçün geosiyasi məsələdir. Cənubi Qafqazda erməni dövlətinin mövcudluğu Rusiya, eləcə də Qərbin bir neçə dairələri üçün çox böyük strateji əhəmiyyətə malikdir. 

Bu səbəbdən də Ermənistan Rusiyanın orbitindən uzaqlaşmağa çalışdıqca Rusiyanın onu əlində saxlamaq üçün manevrləri daha da artacaq. Biz bunu Qarabağdakı proseslər fonunda da aydın görürük. Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarət zonasındakı qondarma rejim qalıqlarına torpaq yol olan gizli Xankəndi-Xəlfəli-Turşsu maşrutu ilə silah-sursatların, minaların, daşınmasına, Qarabağa yeni silahlı dəstələrin gətirilməsinə verdiyi dəstək bunun bariz sübutudur. 

Bu faktlardan belə nəticə çıxır ki, Rusiya Ermənistanı əldə saxlamaq üçün İrəvanın müxtəlif maraqlarını həyata keçirmək üçün müəyyən adımmları ata bilər. 

Bu məsələlərlə bağlı Bakının sərgilədiyi və yaxud sərgiləyəcəyi mövqeyə gəlincə isə demək olar ki, rəsmi Bakı üçün Ermənistanla sülh məsələsinin müzakirələri və həlli istiqamətində müzakirələrin istər Brüssel, istər Vaşinqton, istərsə də Rusiya platformasında aparılmasının heç bir fərqi yoxdur. Azərbaycan Vətən müharibəsindən sonra dəfələrlə nümayiş etdirdi ki, hər bir istiqamətdə addımlar atmağa hazırdır, yetər ki, regional təhülkəsizlik məsələsi öz həllini tapsın, bölgəyə sülh, sabitlik gəlsin. 

Amma real deməliyik ki, Qarabağın dağlıq hissəsindəki və ümumən Azərbaycanla Ermənistan arasındakı çağırışların həll edilməsi - Ermənistan bunun əksinə nə qədər nail olmağa çalışsa da, - indiki halda daha çox Rusiya platformasından asılıdır. 

Nəzər salsaq ki, Münhen Təhlükəsizlik Konfransında Azərbaycan və Ermənistan liderləri arasında müəyyən məsələlərlə bağlı ciddi razılıqlar əldə edildi. Paşinyan Qarabağın etnik erməniləri ilə rəsmi Bakı arasında dialoqların başlayacağı ilə bağlı yeni bir öhdəlik götürdü. Bununla da Azərbaycan Qarabağın etnik ermənilərinin Azərbaycan cəmiyyətinə reinteqrasiya prosesini sürətləndirməyə çalışdığı bir məqamda, Münhen səfərindən sonra Paşinyanın ritorikasını yenidən dəyişməsi, fərqli mövqedən çıxış etməsi, öhdəlikdən yayınmaq üçün manipulyasiyalar barədə düşünməsi Rusiyanın "məndən icazəsiz sən Azərbaycan ilə heç bir məsələdə razılığa gələ bilməzsən" iddialarını bir qədər də gücləndirdi. 

Gördük ki, Xocalıdakı görüşün ardından Azərbaycan dövlətinin yerli erməni icmasının nümayəndələrinə Bakıda görüş təklifinə separatçı rejim cavab verərək, belə bir görüşə razı olmayacaqlarını ifadə edib. Onların bu görüşün baş tutması üçün mütləq şəkildə Rusiyanın da ən azı sülhməramlılar səviyyəsində burada təmsil olunmağının vacibliyini bildirmələri bir daha prosesdə Rusiya izi axtarmağımıza imkan verir.

Zaman-zaman Ermənistan media strukturlarında və sosial şəbəkə seqmentlərində Nikol Paşinyanın Qarabağ separatçıları ilə əlaqələrinin istənilən səviyyədə olmaması barədə fikirlər dolaşsa da, Ermənistan baş nazirnin son mətbuat konfransında Ararik Arutyunyanla tez-tez, demək olar hər gün əlaqə saxladlığını, birgə müzakirələr apardıqlarını etiraf etməsi İrəvanın qondarma rejimdən əl götürmək fikrində olmadığını təsdiqləyir. 

Paşinyanın xarici işlər naziri Ararat Mirzoyana da Qarabağla bağlı bir neçə tapşırıq verməsi isə Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından əl götürmək fikrində olmadığını təsdiqləyir.

Erməni baş nazirdən Mirzoyana ermənilərin "Hadruta, Şuşaya, Xocavəndə, Ağdərəyə, Laçına və Çaykəndə qaytarılması məsələsini BMT-nin Qaçqınlar üzrə Ali Komissarı ilə müzakirə etsin" göstərişi İkinci Qarabağ müharibəsindən sonra rəsmi irəvan tərəfindən bir ilk idi. Belə ki, ermənilərin Şuşa və Hadruta qayıtması mövzusuna toxunan Paşinyan xarici işlər naziri Ararat Mirzoyana tapşırıb ki, bu məsələni BMT-nin qaçqınlar komissarı qarşısında qaldırsın. 

Paşinyan reallığı görmürmü, görür! Anlamırmı, anlayır! İrəvan onu da yaxşı anlayır ki, bu istəklərini reallaşdırmaq çətindir, buna baxmayaraq, Paşinyan israr edir. Bu israrın hədəfi Bakıya qarşı beynəlxalq təzyiqə nail olmaq, sülh müqaviləsinin imzalanması prosesini uzatmaq, onlar üçün daha əlverişli şərtlərin yetişməsinə qədər gözləməkdir. Bu səbəbdən Ermənistan dayanmadan danışlıqlar prosesini pozmaq, sülh müzakirələrini qabağa dartmaq məqsədilə müxtəlif əsassız, heç bir beynəlxalq hüquq və prinsipləri ilə uzlaşmayan tələb və istəklərlə Bakının qarşısına çıxmağa çalışır. 

Bu situasiya Azərbaycana yad deyil. çünki anoloji taktikadan Ermənistan 30 ilə yaxın davam edən işğal dövründə istifadə etdi. Nəticədə Azərbaycan məcbur qaldı ki, vəziyyəti dəyişmək üçün Ermənistanla güc dilində danışsın. Rəsmi İrəvanın yenidən keçmiş ritorikasına dönməsi əslində bölgədə növbəti hərbi toqquşmanı qaçılmaz edəcək. Belə olacağı halda isə eskalasiya riskini maksimum artırmağa çalışan Ermənistanın gələcəyi ilə bağlı havadarları belə optimist proqnoz verə bilməyəcək. 

Təhməz Əsədov Son.az

Bu mesajlardan sizə də gəlir? like
  • 17 Mar 12:21  
Digərləri Bu mesajlardan sizə də gəlir?

Son vaxtlar sosial şəbəkələrdə saxta iş elanları yayaraq dələduzluq ed

arrow Ətraflı
Eldar Sultanov vəzifəsindən like
  • 17 Mar 12:13  
Digərləri Eldar Sultanov vəzifəsindən

Prokurorluqda qulluqda olmanın son yaş həddinə çatmış Baş Prokurorluğun

arrow Ətraflı
FHNin Türkiyədə olan çevik xilasetmə qüvvələrinin sonuncu qrupu ölkəmizə qayıdır like
  • 17 Mar 12:10  
Digərləri FHNin Türkiyədə olan çevik xilasetmə qüvvələrinin sonuncu qrupu ölkəmizə qayıdır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsas

arrow Ətraflı
Generalın qardaşına yeni like
  • 17 Mar 11:59  
Digərləri Generalın qardaşına yeni

Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalo

arrow Ətraflı
Bu ilin sonunadək Laçına ilk köç baş tutacaq, like
  • 17 Mar 11:53  
Siyasət Bu ilin sonunadək Laçına ilk köç baş tutacaq,

Bu ilin sonunadək Laçına ilk köç baş tutacaq, 296 ailə məskunlaşdırıl

arrow Ətraflı
IGB müxtəlif ölkələrə qaz nəqli üçün təhlükəsiz marşrut təmin edə bilər like
  • 17 Mar 11:50  
Digərləri IGB müxtəlif ölkələrə qaz nəqli üçün təhlükəsiz marşrut təmin edə bilər

Yunanıstan-Bolqarıstan inetrkonnektoru (IGB) müxtəlif ölkələrə qaz nəql

arrow Ətraflı
Həbsdə olan əmisi oğluna toyuğun içində narkotik keçirən şəxs saxlanılıb like
  • 17 Mar 11:47  
Kriminal Həbsdə olan əmisi oğluna toyuğun içində narkotik keçirən şəxs saxlanılıb

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-ax

arrow Ətraflı
Azad olunmuş ərazilərin yenidən qurulmasına like
  • 17 Mar 11:45  
Digərləri Azad olunmuş ərazilərin yenidən qurulmasına

"Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında "Ağdam"

arrow Ətraflı
Dünyada resessiyaya baxmayaraq Azərbaycanda iqtisadi artım davam edib like
  • 17 Mar 11:43  
Siyasət Dünyada resessiyaya baxmayaraq Azərbaycanda iqtisadi artım davam edib

Dünyada resessiyaya baxmayaraq Azərbaycanda iqtisadi artım davam edib.

arrow Ətraflı
Vəzifəli şəxs İcra Hakimiyyətinin qarşısında bıçaqlandı like
  • 17 Mar 11:40  
Kriminal Vəzifəli şəxs İcra Hakimiyyətinin qarşısında bıçaqlandı

Sumqayıtda vəzifəli şəxs işlədiyi yerin qarşısında bıçaqlanıb.

arrow Ətraflı
Qərbi Azərbaycan İcması Ermənistan XİNin qərəzli bəyanatına like
  • 17 Mar 11:30  
Siyasət Qərbi Azərbaycan İcması Ermənistan XİNin qərəzli bəyanatına

Qərbi Azərbaycan İcması Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) qər

arrow Ətraflı
İmtahan zalına qumbara keçirməyə çalışan olub like
  • 17 Mar 11:28  
Digərləri İmtahan zalına qumbara keçirməyə çalışan olub

İmtahan zalına qumbara keçirməyə çalışan olub.

arrow Ətraflı
VTB (Azərbaycan) bayram günləri də xidmətinizdədir! like
  • 17 Mar 11:25  
Digərləri VTB (Azərbaycan) bayram günləri də xidmətinizdədir!

VTB (Azərbaycan) Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərində də m�

arrow Ətraflı
Şəhid ailə üzvlərinin banklara olan 126,4 min manat borcu silinib like
  • 17 Mar 11:17  
Siyasət Şəhid ailə üzvlərinin banklara olan 126,4 min manat borcu silinib

Ötən il "YAŞAT" Fondu tərəfindən istehlak kreditləri və digər

arrow Ətraflı