Bir neçə universitetin ləğv ediləcəyi anonsu


Digərləri 17 Mar 2023 08:30:00 150 0

Bir neçə universitetin ləğv ediləcəyi anonsu

Ali təhsil müəssisələrinin akkreditasiyası təhsilin keyfiyyətinə necə təsir göstərəcək və bu proses necə aparılacaq?

Bu ildən ali təhsil müəssisələrinin akkreditasiyasına başlanılır. Bunu elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisdə "Ali təhsil haqqında" qanun layihəsi ilə bağlı birgə ictimai dinləmədə çıxışı zaman deyib. Nazir bildirib ki, akkreditasiyadan keçə bilməyən ali təhsil müəssisələrinə bir il vaxt veriləcək: "Ali təhsil müəssisəsi bir ildən sonra da akkreditasiyadan keçə bilməsə, ali təhsil müəssisəsinin lisenziyası ləğv ediləcək". Bildirilir ki, ölkədə 55-dən çox ümumi universitet və həmçinin  bir o qədər orta təhsil ixtisas müəssisəsi, kollec var. Bunların hər birindən də  tələb olunur ki, akkreditasiyadan keçsinlər və lisenziyaları olsun. Əlbəttə, qarşıdakı dövrdə həmin universitetlər əgər lisenziya və yaxud akkreditasiyadan keçməzlərsə, diplomları tanınmaya bilər. Eyni zamanda orada təhsil alan tələbələr, təbii ki, universiteti bitirdikdən sonra diplomlarını tanıtdıra bilməyəcəklər. Belə olan halda həm orta ixtisaslı təhsil müəssisələri, həm də  ali təhsil müəssisələri mütləq qaydada akkreditasiyadan keçməli və lisenziyalarını almalıdırlar.

Maraqlıdır, ali təhsil müəssisələrinin akkreditasiyası təhsilin keyfiyyətinə necə təsir göstərəcək və bu proses necə aparılacaq?

Son.az xəbər verir ki, millət vəkili Ceyhun Məmmədov "Yeni Müsavat"a açıqlamasında bildirdi ki, prosesin həyata keçirilməsi labüddür. C.Məmmədov akkreditasiyanın önəmli olduğunu qeyd etdi: "Yeni qanuna əsasən bir neçə universitetdə proses başlayıb. Əsas məqsədlərdən biri təhsilin keyfiyyətini ölçməkdir. Hesab edirəm ki, bir neçə istiqamətdə işlərin görülməsinə ehtiyac var. Prosesə ciddi yanaşılmalıdır. Problemlər varsa, həll edilməlidir".

Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev "Ali təhsil haqqında" qanun layihəsinə münasibət bildirərkən deyib ki, əsas məsələlərdən biri də təhsilin keyfiyyətinin təmin olunmasıdır: "Bununla əlaqədar qanun layihəsində kvalifikasiyaların müvafiq peşə standartlarına və ali təhsilin dövlət standartına əsaslanması, ali təhsildə daxili keyfiyyət təminatı sistemi və xarici keyfiyyət təminatı sisteminin yaradılması nəzərdə tutulur. Ali təhsildə xarici keyfiyyət təminat sistemi təhsil müəssisəsinin institusional akkreditasiyasını və təhsil proqramlarının akkreditasiyasını nəzərdə tutur. Bu mexanizmin yaradılması ali təhsil müəssisəsinin statusunu, təhsil alanların say həddini, təhsil proqramlarının əmək bazarının tələblərinə uyğunluğunu və yeni təhsil proqramlarına tələbatı, həmçinin təhsil müəssisəsinin inkişafına əlavə maliyyə vəsaitinin ayrılması ilə bağlı məsələləri həll etməyə imkan verəcəkdir. Qanun layihəsində səriştə əsaslı ali təhsil proqramlarına, təhsil proqramlarının akkreditasiyasına və reyestrinin yaradılmasına verilən tələblərin müəyyən edilməsi nəzərdə tutulur. Hesab edirik ki, ali təhsil müəssisələri əmək bazarının tələblərindən çıxış edərək yeni peşələr üzrə yeni təhsil proqramlarının hazırlanması təşəbbüsünə malik olmalıdırlar. Bu, həm elmi araşdırmaların, həm də kadr hazırlığının ölkənin iqtisadi inkişafında rolunu gücləndirməyə imkan verən alətlərdən biri olmalıdır. Fikrimizcə, ən mühüm məsələlərdən biri ali təhsil müəssisəsində elmi tədqiqatların gücləndirilməsi, tələbələrin tədqiqat işlərində iştirakının təmin edilməsi və elmi nəticələrin kommersiyalaşdırılmasıdır. Bunun üçün dövlət tərəfindən və özəl şirkətlərlə əməkdaşlıq çərçivəsində iqtisadi inkişafa, ölkənin müdafiə qabiliyyətinin artırılmasına və Azərbaycanın tarixinin və mədəni irsinin araşdırılmasına investisiyaların cəlb edilməsi olduqca vacibdir. Cənab Prezident İlham Əliyevin irəli sürdüyü insan kapitalının formalaşdırılması konsepsiyasının gerçəkləşdirilməsi üçün təhsilə və elmə sərmayələr artırılmalıdır", - deyə komitə sədri əlavə edib.

Tarix elmləri üzrə fəlsəfə doktoru, təhsil eksperti Məleykə Əlizadə "Yeni Müsavat"a bildirdi ki, ali təhsil müəssisələrinin akkreditasiyası çox vacibdir. Mütəxəssis qeyd etdi ki, akkreditasiya yerli və beynəlxalq olur: "Ali təhsil müəssisələrinin akkreditasiyası üçün anket sorğuları hazırlanır. Həmin sorğularda bütün cavablar əhatə olunmalıdır. Əgər bütün cavablar müsbətdirsə, deməli, təhsilin keyfiyyəti yüksəkdir. Bu səbəbdən hesab edirəm ki, akkreditasiya müsbət nəticə verəcək. Akkreditasiyadan keçmək müəllimlərin elmi fəaliyyəti də daxil olmaqla, universitetlərdə bütün istiqamətlərdə  irəliləyişə rəvac verəcək".

Bu ölkədə deputatlara “TikTok”dan istifadə qadağan edilib like
  • 17 Mar 08:24  
Dünya Bu ölkədə deputatlara “TikTok”dan istifadə qadağan edilib

Yeni Zelandiyada deputatlara rəsmi mobil telefonlarda "TikTok" sosial

arrow Ətraflı
Rus bombaları obyektiv reallığı dəyişməyəcək  Zelenski like
  • 17 Mar 08:12  
Dünya Rus bombaları obyektiv reallığı dəyişməyəcək Zelenski

Ukrayna Prezidenti Vladimir Zelenski Kiyevdə Latviyanın Baş naziri Krisjanis

arrow Ətraflı
Qəzada ölən müəllim imiş... like
  • 17 Mar 08:07  
Digərləri Qəzada ölən müəllim imiş...

Ötən gün Yardımlıda baş verən qəzada ölən şəxsin müəllim olduğu m

arrow Ətraflı
Kim Çen In: “Nüvə silahına nüvə silahı ilə cavab verəcəyik” like
  • 17 Mar 08:02  
Dünya Kim Çen In: “Nüvə silahına nüvə silahı ilə cavab verəcəyik”

"Hvason-17" qitələrarası ballistik raketinin buraxılışından son

arrow Ətraflı
BMTdən Ukrayna üçün gözlənilməz açıqlama like
  • 17 Mar 07:57  
Dünya BMTdən Ukrayna üçün gözlənilməz açıqlama

Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Təhqiqat Komissiyası Rus

arrow Ətraflı
Rusiya ABŞ PUAsının qalıqlarını dənizdən çıxarıb? like
  • 17 Mar 07:46  
Dünya Rusiya ABŞ PUAsının qalıqlarını dənizdən çıxarıb?

Pentaqon Rusiyanın Qara dənizə düşən ABŞ pilotsuz təyyarəsinin qalıqla

arrow Ətraflı
"WhatsApp"da like
  • 17 Mar 07:41  
Digərləri "WhatsApp"da

"WhatsApp" messencerində statusa səsli mesaj yerləşdirmək mümkü

arrow Ətraflı
ABŞ Rusiya ilə rabitə kanallarını niyə kəsmir? like
  • 17 Mar 07:36  
Dünya ABŞ Rusiya ilə rabitə kanallarını niyə kəsmir?

ABŞ Suriya və Avropada münaqişəli vəziyyətləri aradan qaldırmaq üçün

arrow Ətraflı
İki avtomobil toqquşub, xəsarət alanlar var like
  • 17 Mar 07:31  
Digərləri İki avtomobil toqquşub, xəsarət alanlar var

Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.

arrow Ətraflı
Türkiyədə ardıcıl like
  • 17 Mar 07:25  
Dünya Türkiyədə ardıcıl

Türkiyənin Bolu şəhərində 4,8 bal gücündə zəlzələ baş verib.

arrow Ətraflı
Şimali Koreya qitələrarası ballistik raketini sınaqdan keçirib like
  • 17 Mar 07:21  
Dünya Şimali Koreya qitələrarası ballistik raketini sınaqdan keçirib

Şimali Koreya ABŞ və Cənubi Koreyanın regionda keçirdiyi təlimlərə cava

arrow Ətraflı
Rusiya ordusuna 7 zərbə endirildi like
  • 17 Mar 07:16  
Dünya Rusiya ordusuna 7 zərbə endirildi

Bu gün Ukrayna Müdafiə Qüvvələrinin aviasiyası Rusiya qoşunlarının ş�

arrow Ətraflı
37 yaşlı İrina görünüşünə görə tənqid olundu  FOTO like
  • 17 Mar 04:44  
Şou-biznes 37 yaşlı İrina görünüşünə görə tənqid olundu FOTO

Fevral ayı boyunca rus əsilli dünya şöhrətli supermodel İrina Şeykin iş

arrow Ətraflı
Leonardo da Vinçinin anası qafqazlı imiş  FOTO like
  • 17 Mar 03:22  
Digərləri Leonardo da Vinçinin anası qafqazlı imiş FOTO

İtalyan intibah dövrünün ustad sənətkarı Leonardo da Vinçinin anası ç�

arrow Ətraflı