"Sudan səmərəli istifadə ilə bağlı yeni tənzimləmələrə ehtiyac var"
Digərləri 16 Mar 2023 20:50:00 302 0
Azərbaycan su resurslarının əksəriyyətini kənardan alır. Bu, ona gətirib çıxarır ki, ölkə vətəndaşlarının su resurslarından səmərəli istifadə ilə bağlı yeni tənzimləmələrə ehtiyac var.
Bu xəbəri də oxu: COP29 zamanı qidalanma ilə bağlı bütün işlər yekunlaşıb
Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə FAO-nun Azərbaycan nümayəndəsinin müavini Bariz Mehdiyev Ağdamda Azərbaycan-BMT tərəfdaşlığı üzrə keçirilən strateji məsləhətləşmələrdən sonra jurnalistlərə deyib.
O bildirib ki, hazırda biz BMT-nin ərzaq və kənd təsərrüfatı təşkilatı olaraq hökumətlə su resurslarından səmərəli istifadə ilə bağlı texniki əməkdaşlıq çərçivəsində layihə icra etməkdəyik.
"Layihə çərçivəsində su resurslarından səmərəli istifadəyə dair yeni strategiyanın hazırlanması üçün hökumətə dəstək veririk. Həmçinin, layihə çərçivəsində 2050-ci ilə qədər suyun istifadəsi, su resurslarının 3 ssenarisi hazırlanıb. Ümid edirik ki, bu ssenarilərin hazırlanması da yeni qəbul olunmuş strategiyaya öz töhfəsini verəcək.
Əlavə olaraq onu qeyd edim ki, su resursları ümumiyyətlə dünyada ən aktual mövzu olduğuna görə, BMT səviyytəsində BMT-nin Su Konfransı keçirilməkdədir. Martın 21-24 tarixlərində konfrans Nyu-Yorkda keçiriləcək. Həmin konfrans çərçivəsində xüsusi tədbir keçiriləcək və orada Azərbaycanda su resurslarının effektiv idarə olunması ilə bağlı həyata keçirilən fəaliyyətlər, mövcud problemlər və çağırışlar qeyd olunacaq. Həmin tədbir hökumət tərəfindən keçirilir və FAO təşkilatı olaraq biz də bu tədbirin keçirilməsinə dəstəyimizi göstəririk".
Xatırladaq ki, Ağdamda Azərbaycan-BMT tərəfdaşlığı üzrə strateji məsləhətləşmələr keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı və Səhiyyə nazirliklərinin, Dövlət Şəhərsalma və Arxitektura, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət komitələrinin, Minatəmizləmə Agentliyinin rəhbərləri, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələri, Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzində təmsil olunan Prezident Administrasiyasının əməkdaşları, habelə BMT agentliklərinin Azərbaycanda fəaliyyət göstərən ofislərinin rəhbər şəxsləri iştirak edib.
Xəbər verdiyimiz kimi, rəqqasə Fatimə Fətəliyevanın köməkçisi Aytac B
Türkiyədə anti-terror əməliyyatı keçirilib.
Türkiyəli müğənni Mahsun Kırımızıgül Bakıda solo konserti zamanı ver
Aktyor cütlük İbrahim Çingiz və Aydan Axundzadə yeni doğulan övladının
Martın 15-də, Beynəlxalq İslamofobiya ilə Mübarizə Günündə Bakıda &qu
Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçıları Azərbaycanın
Novruz bayram günlərində istirahət məkanlarında qiymət artımı çoxunun
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri
Türkiyəli müğənni Ebru Gündeşin keçmiş həyat yoldaşı Rza Zərrabla a
Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının üzvü, Nəsimi rayonu
Şarlotta Uelsin ötən il ekranlara çıxmış "Günəşim mənim" fi
Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova Ermənistan�
Azərbaycan Dövlət Uşaq Filarmoniyasının "Sədəf" Xalq Çalğı
Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatında Ru
Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parl