Ərdoğan gedir, Bakı tək qalacaq Ermənilər sevinir


Dünya 12 Mar 2023 10:12:00 176 0

Ərdoğan gedir, Bakı tək qalacaq  Ermənilər sevinir

Türkiyədə 14 may tarixində keçiriləcək prezident və parlament seçkilərini Ermənistan da ciddi şəkildə izləyir.

Son.az axar.az-a istinadən bildirir ki, Ərdoğanın uduzmasında maraqlı olduqlarını gizlətməyən erməni jurnalistlər və siyasi ekspertlər artıq indidən sevinməyə başlayıblar.

"Armenian Reрort"da dərc edilən məqalədə bildirilib ki, Ərdoğan erası "bitmək üzrədir" və bu, Ermənistan üçün olduqca yaxşı xəbərdir:

"Kamal Kılıçdaroğlu (CHP lideri, "Altılı masa"nın prezidentliyə namizədi - red.) 2023-cü il may seçkilərində Türkiyə lideri Rəcəb Tayyib Ərdoğana qalib gələ bilər. Bunu "ORC Araşdırma" agentliyinin son rəy sorğusu da təsdiqləyir. Sorğu 4-6 mart tarixində 1850 respondent arasında keçirilib, Ərdoğan 43,2%, Kılıçdaroğlu isə 56,8% səs toplayıb.

Halbuki bu agentliyin yanvar ayında keçirdiyi sorğuda Ərdoğan Kılıçdaroğlu da daxil olmaqla, bütün rəqiblərini üstələyirdi".

İddia edilib ki, buna səbəb Türkiyədə baş verən zəlzələ, onun nəticələri və müxalifətin bundan istifadə etməsidir.

Erməni müəllif ABŞ Prezidenti Baydenin də Türkiyə liderinin seçkilərdə məğlub olmasında maraqlı olduğuna diqqət çəkib və onun hələ 2020-ci ildə verdiyi vədi xatırladıb.

Nəşr Ərdoğanın uduzmasının Ermənistan üçün xüsusi şans açmasından bəhs edib və bildirib ki, məhz Ərdoğanın 2020-ci ildə göstərdiyi iradə Azərbaycanın qalib gəlməsində müstəsna rol oynadı, həmçinin, Ərdoğan Bakıya gedərək, Qələbə paradında iştirak etdi:

"Çox böyük ehtimal var ki, Əliyev tək qalacaq - onu ciddi şəkildə dəstəkləyən İmran Xan (Pakistan baş naziri - red.) da artıq hakimiyyətdə deyil. Kılıçdaroğlu ABŞ nə əmr etsə, onu da icra edəcək. ABŞ isə demokratiyanı dəstəkləməkdə maraqlıdır ki, bu da Ermənistan üçün böyük pəncərə açır. Məsələn, Türkiyə ilə quru sərhədlər də münasib şərtlərlə açılacaq, həm də Azərbaycanın mövqeyi nəzərə alınmadan".

Məqalədə vurğulanıb ki, Ərdoğanın gedişi Azərbaycanın "Xankəndidə bayraq qaldırmaq" məqsədini də puça çıxaracaq:

"Bakı ilə Tehran arasında tamamilə gərgin münasibətləri nəzərə alsaq, Azərbaycanın regionda sadəcə olaraq müttəfiqi olmayacaq. Bəli, Azərbaycana rəğbət Türkiyədə qalacaq. Amma onları ABŞ idarə edəcək. Bizə lazım olan gündəliyi həyata keçirmək üçün başqa heç nə tələb olunmur".

Heydər Əliyev qlobal səviyyədə görkəmli şəxsiyyət idi  Bayram Beqay like
  • 12 Mar 10:11  
Siyasət Heydər Əliyev qlobal səviyyədə görkəmli şəxsiyyət idi Bayram Beqay

Heydər Əliyev qlobal səviyyədə görkəmli şəxsiyyət idi.

arrow Ətraflı
Təbrizdə güclü partlayış olub, ölənlər və yaralananlar var like
  • 12 Mar 10:00  
Digərləri Təbrizdə güclü partlayış olub, ölənlər və yaralananlar var

Martın 12-də gecə 3 radələrində İranın Şərqi Azərbaycan vilayətinin

arrow Ətraflı
67 milyon illik dinozavr skeleti hərraca çıxarılıb  FOTO like
  • 12 Mar 09:48  
Dünya 67 milyon illik dinozavr skeleti hərraca çıxarılıb FOTO

67 milyon il əvvəl yaşamış dinozavrın (tiravozavr) skeleti hərraca çıxa

arrow Ətraflı
Bakıda “Heydər Əliyev 100: Həyatı və irsi” adlı tədbir keçirilir  FOTO like
  • 12 Mar 09:46  
Siyasət Bakıda “Heydər Əliyev 100: Həyatı və irsi” adlı tədbir keçirilir FOTO

Bakıdakı Heydər Əliyev Mərkəzində Ümummilli lider Heydər Əliyevin 100

arrow Ətraflı
Macarıstanda 42 avtomobilin iştirakı ilə yol qəzası olub, çox sayda yaralı var like
  • 12 Mar 09:36  
Dünya Macarıstanda 42 avtomobilin iştirakı ilə yol qəzası olub, çox sayda yaralı var

Macarıstanın paytaxtı Budapeştdən 20 kilometr qərbdə M1 şossesində 5-i

arrow Ətraflı
“G7” liderləri Yaponiyada Ukrayna və Tayvanla bağlı sənəd qəbul edəcəklər like
  • 12 Mar 09:24  
Dünya “G7” liderləri Yaponiyada Ukrayna və Tayvanla bağlı sənəd qəbul edəcəklər

Yaponiya "Böyük yeddilik" (G7) ölkələrilə birlikdə may ayında

arrow Ətraflı
Hatayın ən varlı adamı idi, geriyə təkcə çayniki qalıb  VİDEO  FOTO like
  • 12 Mar 09:12  
Dünya Hatayın ən varlı adamı idi, geriyə təkcə çayniki qalıb VİDEO FOTO

"Oğlum 20 növ qəlyanaltını bəyənməmişdi, indi dağıntılar altın

arrow Ətraflı
Üzünüzü xeyli dəyişmək istəyirsiniz? like
  • 12 Mar 09:00  
Digərləri Üzünüzü xeyli dəyişmək istəyirsiniz?

Fərqli üz görünüşünə və dəri xəttinə sahib olmaq istəyən qadın v�

arrow Ətraflı
Şəbnəm Tovuzlunun anası faciəvi şəkildə ölüb like
  • 12 Mar 08:54  
Şou-biznes Şəbnəm Tovuzlunun anası faciəvi şəkildə ölüb

Müğənni Şəbnəm Tovuzlu "Həmin Zaur" verilişində qonaq olarkə

arrow Ətraflı
Öləcəyini neçə il əvvəldən proqnozlaşdırmaq olar? like
  • 12 Mar 08:47  
Digərləri Öləcəyini neçə il əvvəldən proqnozlaşdırmaq olar?

Bağırsaqlarda zərərli bakteriyaların olması və miqdarı insanın həyat t

arrow Ətraflı
9 il ölü körpəsini bətnində gəzdirən ana like
  • 12 Mar 08:42  
Dünya 9 il ölü körpəsini bətnində gəzdirən ana

ABŞ-də yaşayan 50 yaşlı Konqo vətəndaşı doqquz il bədənində ölü u�

arrow Ətraflı
Məşhur porno aktrisa gəlirini açıqladı like
  • 12 Mar 08:29  
Dünya Məşhur porno aktrisa gəlirini açıqladı

Məşhur porno aktrisa Antonella Alonso "OnlyFans" hesabındakı qazan

arrow Ətraflı
“WhatsApp” bu ölkədə qadağan ediləcək like
  • 12 Mar 08:00  
Dünya “WhatsApp” bu ölkədə qadağan ediləcək

"WhatsApp" tezliklə bütün Böyük Britaniyada qadağan edilə bilə

arrow Ətraflı
44 yaşlı tanınmış aktrisa mənzildə ÖLÜ TAPILDI like
  • 12 Mar 07:54  
Şou-biznes 44 yaşlı tanınmış aktrisa mənzildə ÖLÜ TAPILDI

Aktrisa və model Denise Russo 44 yaşında vəfat edib

arrow Ətraflı
Əfqanıstanda mətbuat konfransı zamanı 2 jurnalist öldürüldü like
  • 12 Mar 07:25  
Dünya Əfqanıstanda mətbuat konfransı zamanı 2 jurnalist öldürüldü

Əfqanıstanın "Əfqanıstanın səsi" informasiya agentliyinin binas

arrow Ətraflı