Qarabağ savaşının SON RAUNDU BAŞLAYIR


Siyasət 11 Mar 2023 14:35:00 194 0

Qarabağ savaşının SON RAUNDU BAŞLAYIR

Sülh danışıqlarının bu qədər ümidverici həddə çatdığı bir məqamda Azərbaycana qarşı istər Qarabağda, istərsə də Ermənistan sərhəddində təxribatlar artıq seriya xarakteri almağa başlayıb. Bu detal isə bölgədə vəziyyətin yenidən eskalasiya həddinə qədər gərginləşməsinə səbəb ola bilər. 

61 ölkədən 360-dək nümayəndənin iştirak etdiyi Qlobal Bakı Forumunun keçirildiyi bir vaxtda Azərbaycan-Ermənistan şərti sərhədində və Qarabağ iqtisadi rayonunda yerləşən mövqelərimiz ard-arda ermən silahlıları tərəfindən bir neçə dəfə atəşə məruz qaldı. Bu təxribatların eyni zamanda ABŞ Dövlət Departamentinin region üzrə yeni baş məsləhətçisi Luis Bononun regiona səfəri ərəfəsində baş verməsi insidentlərin hansı səbəbdən törədildiyinə aydınlıq gətirməkdə işimizi xeyli yüngülləşdirir. 

Çünki Bono hələ martın 6-da Bakıda Prezident İlham Əliyevlə görüşdükdən sonra İrəvana gedib Nikol Paşinyanla fikir mübadiləsi apardı. Belə hallarda adətən bölgəyə səfər iki ölkəyə baş çəkməklə yekunlaşır. Ancaq amerikalı diplomat İrəvana getdikdən sonra yenidən Bakıya qayıtdı. Ümumiyyətlə Bononun region səfərini Bakı üçün də əlverişli hesab edə bilərik. Çünki ABŞ Dövlət Departamentinin region üzrə yeni baş məsləhətçisinin Bakı-İrəvan-Bakı marşrutu ilə bir troyektoriya cızması Azərbaycanı sülh istiqamətində bir qədər daha da ümidləndirir.

O səbəbdən deyə bilərik ki, Azərbaycan ilə Ermənistan arasında bu həftə sülh istiqamətində ciddi müzakirələr baş tutdu. Bu səfərlər deməyə tutarlı əsaslar yaradır ki, Luis Bono Azərbaycanın sülhlə bağlı çağırışlarını və yekun tələblərini rəsmi İrəvana çatdırıb. Nikol Paşinyan hakimiyyətindən isə Bakının mövqeyi ilə bağlı cavab alaraq yenidən Azərbaycanın paytaxtına üz tutub.

Bu da sülh müqaviləsinin qaralamasının bəzi hissələrinin razılaşdırıldığı ilə bağlı ehtimalları artırır. Vaşonqtonun sülh sazişi üzərində danışıqları intensivləşdirmək istəyi, bu fəallığı bəzi kənar qüvvələri olduqca narahat etməyə başlayıb.

Xankəndi-Xəlfəli-Turşsu torpaq yolunda baş vermiş insidentdən sonra ermənilərin eyni yoldan yenidən hərbi təyinatlı yükləri daşımağa davam etdiyini əks etdirən kadrların yayılması, özü də bu dəfə Rusiya sülhməramlılarının müşayiəti ilə bunu icra etməsi sülh danışıqlarında irəliyə doğru atılan addım hesab edilən bu təmasların əslində kimi narahat etdiyini açıq-aydın göstərir.

Təqdim olunan videogörüntülərdə Ermənistan silahlı qüvvələri bölmələrinin və qeyri-qanuni erməni silahlı dəstələrinin hərbi nəqliyyat vasitələrinin qeyd edilən marşrut üzrə hərəkətinin Rusiya sülhməramlı kontingentinə məxsus ZTR-82A döyüş maşını ilə müşayiət edilməsi və döyüş mövqeyinə gətirilən şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi aydın müşahidə olunur.

Rusiya hər vəchlə çalışır ki, forpostu olan Ermənistanı əlində tutmaqla regionda əsas aktorlardan biri kimi aktuallığını qoruyub saxlasın. Rusiyanın bu təxribatlara rəvac qərarları, hərbi kontingentinin erməni separatçılarına havadarlıq edib, onların toxunulmazlığını hər nə yolla olursa olsun təmin etməyə çalışması vəziyyəti hər ötən gün daha da gərginləşdirəcək kimi görünür. 

Çünki Bakının Qarabağda, legitim ərazisində separatçıların bu özbaşınalığına seyirci qalacaq nə səbri var nə də zamanı. Daha doğrusu, İlham Əliyevin Ermənistana verdiyi zaman dolmaq üzrədir. Azərbaycan savaş, yeni bir müharibə istəmir. Azərbaycanın istəyi yeni geosiyasi reallıqda regional təhlükəsizliyi daha da gücləndirməkdir. Amma görünür, bu barədə tək Azərbaycanda düşünürlər. 

Ancaq Bakı çağırışlarına nə yubanmaq fikrindədir, nə də yubananları gözləmək...

Belə görünür ki, Ermənistan artıq seçimini də edib. Ard-arda təxribatlar, Azərbaycanın xəbərdarlıqlarna məhəl qoymadan bunun daha da intensiv hal alması, növbəti dəfə Qarabağa qeyri-qanuni yollarla, gizli-saxta üsullarla silah daşımaları, Azərbaycan ərazisində Azərbaycan əsgərinə qarşı yeni mövqelər qurub, toplar, tanklar yerləşdirmələri seçimlərinin nədən ibarət olduğunu düşünməyə kifayət edir. 

Qarabağdakı yerli ermənilər öz istəkləri ilə reinteqrasiyaya razılaşmayacaqları təqdirdə yenə Azərbaycan ordusunun gücünü, nəyə qadir olduğunu mütləq görəcəklər. "İlan ulduz görməsə ölməz" məsəli bu dəfə də reallaşmağa doğru irəliləyir.

Bütün bu son təxribatlar fonunda Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə bu gün xidməti müşavirənin keçirilməsi və orada "Azərbaycan Ordusu istənilən təxribatın qarşısını almaq məqsədilə qəti zəruri addımlar atacaq" bəyanatı əslində istər erməni separatçılar üçün, istər Ermənistan, istərsə də onlara havadarlıq edən Rusiya, onun hərbi kontingenti və rəsmi Moskva kimi digər xarici dairələrə ünvanlanan bir mesajdır:

Azərbaycan çox xəbərdarlıq etdi, çox etirazını bildirdi, amma nə Ermənistan tərəfi insident yaradacaq manipulyasiyalara, silahlı toqquşmalara səbəb olacaq əməllərindən əl çəkdi, nə də rəsmi İrəvana bir beynəlxalq təşkilat, bir dövlət, bir dövlər başçısı "Dur!" dedi. Artıq günah bizdən keçdi. Çünki günah keçisi elə həmin güclərin təxribatlara rəvac verdikləri Ermənistandır.

Təhməz Əsədov Son.az

Bakıda “Prius” sürücüsü bıçaqla hədələndi like
  • 11 Mar 14:22  
Digərləri Bakıda “Prius” sürücüsü bıçaqla hədələndi

Martın 4-də saat 23 radələrində Xəzər rayonunun Şüvəlan qəsəbəsi ə

arrow Ətraflı
Nicat Lənkəranskini kimlər öldürmək istəyib? like
  • 11 Mar 14:21  
Kriminal Nicat Lənkəranskini kimlər öldürmək istəyib?

Dünən Bakının mərkəzində baş verən silahlı insidentlə bağlı saxlan�

arrow Ətraflı
Rumen Radev İlham Əliyevi Bolqarıstana rəsmi səfərə dəvət edib like
  • 11 Mar 14:15  
Siyasət Rumen Radev İlham Əliyevi Bolqarıstana rəsmi səfərə dəvət edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 11-də Bolqarıs

arrow Ətraflı
Pike sevgilisi ilə evlənir like
  • 11 Mar 14:11  
Şou-biznes Pike sevgilisi ilə evlənir

Dünyaca məşhur müğənni Şakiranın keçmiş sevgilisi Jerard Pike evlənm�

arrow Ətraflı
Pənah Hüseynə like
  • 11 Mar 14:03  
Digərləri Pənah Hüseynə

Sabiq Baş nazir Pənah Hüseynə ağır itki üz verib. Son.az xəbər verir

arrow Ətraflı
Oynadığı rola görə xəcalət çəkdi, dostları ona xəyanət etdi, like
  • 11 Mar 14:00  
Kriminal Oynadığı rola görə xəcalət çəkdi, dostları ona xəyanət etdi,

Son.az Kulis.az-a istinadən Xalq artisti Ramiz Novruz haqqında maraqlı faktla

arrow Ətraflı
Bizləri xərcə salan Novruz süfrəsi like
  • 11 Mar 13:55  
Digərləri Bizləri xərcə salan Novruz süfrəsi

Son.az "Kaspi" qəzetinin hazırladığı məqaləni təqdim edir.

arrow Ətraflı
Stresdən azad olmaq üçün spirtli içki butulkalarını sındırdı like
  • 11 Mar 13:22  
Dünya Stresdən azad olmaq üçün spirtli içki butulkalarını sındırdı

Rusiyanın Novosibirsk şəhərinin sakini marketə daxil olaraq alkoqol içkil

arrow Ətraflı
Daxili Qoşunların bir qrup hərbi qulluqçusu təltif edildi like
  • 11 Mar 13:15  
Siyasət Daxili Qoşunların bir qrup hərbi qulluqçusu təltif edildi

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının bi

arrow Ətraflı
İlham Əliyev: Çin Azərbaycan üçün etibarlı tərəfdaş və dost dövlətdir like
  • 11 Mar 13:14  
Siyasət İlham Əliyev: Çin Azərbaycan üçün etibarlı tərəfdaş və dost dövlətdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çin Xalq Respublikası

arrow Ətraflı
Tünzalə yenə dəyişdi like
  • 11 Mar 13:11  
Şou-biznes Tünzalə yenə dəyişdi

Son zamanlar stili ilə gündəmdən düşməyən Xalq artisti Tünzalə Ağayev

arrow Ətraflı
Rusiyanın erməni üzü Tbilisini bombalamaqla təhdid etdi like
  • 11 Mar 13:05  
Digərləri Rusiyanın erməni üzü Tbilisini bombalamaqla təhdid etdi

Rusiyanın "RT" dövlət telekanalının baş redaktoru Marqarita Sim

arrow Ətraflı
Qəssab əri işdə olan qadının yatağına girdi, azyaşlı uşağının yanında... like
  • 11 Mar 13:00  
Kriminal Qəssab əri işdə olan qadının yatağına girdi, azyaşlı uşağının yanında...

Bakının Nizami rayonunda 1988-ci il təvəllüdlü Yaşar üç uşaq anası F�

arrow Ətraflı
Regionda sabitliyin pozulmasının səbəbi İrandır like
  • 11 Mar 12:54  
Siyasət Regionda sabitliyin pozulmasının səbəbi İrandır

Regionda sabitliyin pozulmasının səbəbi İrandır.

arrow Ətraflı
İlham Əliyev Xorvatiyanın sabiq Prezidentini qəbul edib like
  • 11 Mar 12:50  
Siyasət İlham Əliyev Xorvatiyanın sabiq Prezidentini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 11-də Xorvatiya

arrow Ətraflı