Qəssab əri işdə olan qadının yatağına girdi, azyaşlı uşağının yanında...


Kriminal 11 Mar 2023 13:00:00 199 0

Qəssab əri işdə olan qadının yatağına girdi, azyaşlı uşağının yanında...

Bakının Nizami rayonunda 1988-ci il təvəllüdlü Yaşar üç uşaq anası Fəridəyə (adlar şərti verilib - red.) təcavüz edib.

Son.az Teleqraf.com-a istinadən bildirir ki, hadisə 22 iyun 2021-ci ildə baş verib. Yaşar həmin gün saat 08.55-də Fəridəyə zor tətbiq etməklə cinsi əlaqədə olmaq məqsədi ilə özü ilə çəngəl və dırnaq təmizləyən alət götürərək onun yaşadığı mənzilin giriş qapısına gəlib. Yataq otağında çarpayıda uzanaraq yatan Fəridənin köməksiz vəziyyətindən istifadə edib, onunla zorla cinsi əlaqədə olmaq istəyib.

Özü ilə gətirdiyi çəngəl və dırnaq təmizləyən aləti hər iki əlində tutaraq çarpayıda yatmış Fəridəyə yaxınlaşıb.

Çarpayıda yatan qadının evinə girdi

Fəridə oyandıqda Yaşar çəngəl və dırnaq təmizləyən alətlə ona hədə gəlib, cinsi əlaqədə olmaq niyyətini bildirib. Qadın qışqırmaq istəyərkən əlində tutduğu alətlə zor tətbiq edib, onun ağzını yumub.

Çarpayıdan qalxmaq istəyən Fəridəyə qarşı zorakı hərəkətlərini davam etdirib, onun müqavimətini qırmağa çalışıb, ona bədən xəsarətləri yetirib.

Fəridə qışqıraraq köməyə adam çağırıb və Yaşarın qarın nahiyəsindən təpiklə vurmaqla özündən kənarlaşdırıb.

İstintaq orqanı tərəfindən Yaşarın barəsində Cinayət Məcəlləsinin 29,149.2.4-cü (zərərçəkmiş şəxsi və ya başqa şəxsləri öldürmə və ya sağlamlığa ağır zərər vurma hədəsi ilə, habelə xüsusi amansızlıqla zorlamaya cəhd) və 157.1-ci (Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma) maddələri ilə ittiham elan edilib.

"Polisə pul verdim"

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Yaşar ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, iyunub 17-də saat 12 radələrində Bərdə şəhərindən Bakı şəhərinə gəlib və qeyri-rəsmi yaşadığı Vəfa adlı qadının evində təxminən 3 gün qalıb:

"Ət mağazam olduğu üçün iyunun 22-də Bərdə rayonundan Bakıdakı mağazam üçün ət göndərilməli oldum. Buna görə də saat 5.40-da taksi ilə Hövsan qəsəbəsindən "Neftçilər" metrostansiyasının yaxınlığına gəldim. R.Rüstəmov küçəsinə gələrək binanın qarşısında "besedka"da oturaraq gözlədim. Təxminən 10 dəqiqə sonra əyləşdiyim yerə üzərində 2462 nömrəsi yazılmış Post Partul Xidməti avtomobili yaxınlaşdı.

Avtomobildən düşən polis əməkdaşı mənə yaxınlaşaraq tibbi maskadan nə üçün istifadə etmədiyimi, nəyə görə orada dayandığımı və üzərimdə nə oduğunu soruşdu. İşimlə əlaqədar həmin ünvanda olduğumu, 8-ci kilometr bazarının saat 9-da açılması səbəbi ilə gözlədiyimi bildirdim. Sonra polis əməkdaşı üzərimi əli ilə yoxlamağa başladı. Həmin polis əməkdaşına 7 manat verdikdən sonra getdi".

"Binanın blokuna girdim"

Yaşarın sözlərinə görə, bundan təxminən 10 dəqiqə sonra digər polis maşınının onun olduğu istiqamətə gəldiyini görüb və yenidən polis əməkdaşlarının ondan tibbi maskadan nə üçün istifadə etmədiyini soruşacaqlarından ehtiyatlanıb, ətrafdakı binanın blok hissəsinə daxil olub:

"Məqsədim polis əməkdaşlarından gizlənmək idi. Əlimdə içərisində əşyalar olan çanta vardı. Binanın ikinci mərtəbəsinə qalxaraq blokun pəncərəsindən binanın həyətinə baxdım. Həyətdə heç bir şey görmədikdə təxminən bir-iki dəqiqədən sonra yenidən birinci mərtəbəyə düşdüm.

Birinci mərtəbədə polis avtomobilinin səsini eşitdim, avtomobilin getdiyinə əmin olduqdan sonra həyətə çıxdım, əvvəl oturduğum yerə döndüm. "Besedka"da çörək qırıntılarını göyərçinlərə və pişiyə atdıqdan sonra yaxınlıqda olan mağazaya yollandım. Siqaret və su aldım, geri qayıtdım. Əynimdəki köynək ağ olduğuna görə bazarda iş görən zaman çirklənməməsi üçün həmin köynəyi sellafon torbanın içərisindəki digər köynəklə dəyişdim.

Yenidən mağazaya getdim, 2 manatlıq nar, 3 manatlıq sim kontur, bir də su alaraq "besedka"ya qayıtdım".

"Bazarlıq edib, qadının evinə getdim"

Yaşar qeyd edib ki, bir qədər sonra həmin blokdan təxminən 40 yaşlı, üzü saqqallı kişinin çıxdığını görüb: "O, yaxınlaşaraq məndən siqaret istədi, ona 3 ədəd siqaret verdim. Həmin şəxs məndən uzaqlaşaraq yenidən bloka daxil oldu. Təxminən 5-10 dəqiqə sonra yenidən həmin bloka daxil oldum, əlimdəki sellafon torbanı blokun giriş qapısının sol hissəsindəki iki daşın arasına qoyaraq oradan uzaqlaşdım.

Mobil telefonla adını "Cuku" kimi qeyd etdiyim şəxsə zəng edərək ət almaq istədiyimi bildirdim. O, kəsimin olmadığını dedi. 8-ci kilometr bazarında işləyən Abdulla adlı şəxsə zəng vuraraq ona ətin olmadığını bildirmək istədim. Onun mobil telefonuna zəng çatmadığını görüb bazara girdim. Bazarlıq edib, tanışım Vəfanın Hövsan qəsəbəsindəki mənzilinə getdim".

"Şər, böhtandır"

Yaşar bildirib ki, zərərçəkmiş Fəridəni əvvəllər tanımayıb: "Yalnız saxlanıldığım gün onu görmüşəm. Nizami rayon Polis İdarəsinin 24-cü polis şöbəsində ona seksual xarakterli hərəkətlər etməyim deyildi.

Fəridəyə qarşı seksual xarakterli hərəkətlər etməyim, onunla zorla cinsi əlaqədə olmaq istəməyim tam şər, böhtandır. Ya da Fəridə məni kiminləsə səhv salır. 24-cü polis şöbəsində döyülmüşəm, mənə qarşı fiziki və psixi təsir göstərilib".

"Susmağımı tələb etdi"

Cinayət işi üzrə zərərçəkmiş Fəridənin sözlərinə görə, Əli ilə ailəlidir, eyni mənzildə qayınatası, qayınanası, övladları 2013-cü il təvəllüdlü Samirə, 2014-cü il təvəllüdlü Mahir və 2019-cu il təvəllüdlü Əsmərlə yaşayır:

"İyunun 22-də səhər saat 8.45-də mənzilin giriş qapısının sol tərəfində olan yataq otağında çarpayıda yanımda azyaşlı övladım Əsmərlə birlikdə, digər övladlarım Samirə və Mahir isə digər yataq otağında yatıblar.

Qəfil eşitdiyim ayaq səslərinə yuxudan oyandım, gözlərimi açdıqda çarpayının yanında gözündə qara rəngli eynəyi, təxminən 160-165 sm boyu olan, əvvəllər tanımadığım, heç vaxt görmədiyim, təqribən 40 yaşlarında, orta bədən quruluşlu, 1 əlində çəngəl, digər əlində isə dırnaq sürtən (pilka) olan bir kişi dayanmışdı.

O, şalvarını soyunmuş halda mənim yatmış vəziyyətdə olmağımdan istifadə edərək çarpayıya tərəf yaxınlaşdı. Mənim onu gördüyümü hiss etdi, məndən susmağımı tələb etdi".

"Qaçaraq getdi"

Zərərçəkmiş şəxsin sözlərinə görə, Yaşar tam yaxınlaşdıqda əlində olan alətləri ona tutaraq qəribə səs çıxarıb: "Sanki bununla mənə cinsi əlaqədə olmağı təklif edirdi. Həmin an qışqırmaq və köməyə adam çağırmaq istədim. O, sağ əlində olan alətlərdən birini sol əlinə keçirdi, sağ əli ilə ağzımı yumdu. Mən uzandığım çarpayıdan qalxmaq üçün var qüvvəmlə təkan verdim.

Yaşar əlimi ağzından çəkərək mənim sol qolumdan tutub sıxmağa başladı. Özümü toparlayıb onun qarın nahiyəsindən təpiklə vurdum. Əlində olan iti uclu dırnaq təmizləyən (pilka) çarpayının üzərinə düşdü. Yanımda yatmış Əsmər səsimə oyandı, ağlamağa başladı. Mən də uca səslə qışqırmağa davam etdim. Yaşar qaçaraq evdən getdim".

"Mənə xəsarət yetirib"

Zərərçəkmiş qeyd edib ki, daha sonra polisə məlumat veriblər: "Baş vermiş hadisədən sonra iyunun 23-də Nizami rayon Polis İdarəsində şüşə arxasından təqdim olunmuş 3-4 nəfər şəxsin arasında mənə qarşı təcavüz etmiş şəxsi tanıyaraq göstərdim. Hadisə zamanı qayınatam səhər tezdən işə getdiyinə, qayınanam hava almaq məqsədilə küçəyə çıxdığına, həyat yoldaşım isə işi ilə əlaqədar evdə olmadığına görə mənzildə yalnız azşyaşlı övladlarım və mən qalmışam. Hadisə zamanı mənə sol qolumdan və əlimdən xəsarət yetirilib".

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Yaşar 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Yaşarın müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilib. O, müdafiə etdiyi şəxsin barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Şikayət araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib. Apellyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib.

Qərara görə, Yaşarın müdafiəçisi tərəfindən verilən apellyasiya şikayəti təmin edilməyib.

Son.az 

Regionda sabitliyin pozulmasının səbəbi İrandır like
  • 11 Mar 12:54  
Siyasət Regionda sabitliyin pozulmasının səbəbi İrandır

Regionda sabitliyin pozulmasının səbəbi İrandır.

arrow Ətraflı
İlham Əliyev Xorvatiyanın sabiq Prezidentini qəbul edib like
  • 11 Mar 12:50  
Siyasət İlham Əliyev Xorvatiyanın sabiq Prezidentini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 11-də Xorvatiya

arrow Ətraflı
Hökumət telefonlarında “TikTok”a qadağa qoydu like
  • 11 Mar 12:49  
Dünya Hökumət telefonlarında “TikTok”a qadağa qoydu

Belçika Milli Təhlükəsizlik Şurası Çinin tətbiqi olan "TikTok"

arrow Ətraflı
Qlobal Bakı Forumu mühüm müzakirələr üçün platforma qəbul edilib like
  • 11 Mar 12:44  
Siyasət Qlobal Bakı Forumu mühüm müzakirələr üçün platforma qəbul edilib

Qlobal Bakı Forumu dünyamızda mühüm dəyişikliklərə səbəb ola biləcə

arrow Ətraflı
Sərhəddə əməliyyatlar: Qaçaqmal narkotik ələ keçdi, like
  • 11 Mar 12:39  
Kriminal Sərhəddə əməliyyatlar: Qaçaqmal narkotik ələ keçdi,

Ölkə sərhədini pozmağa cəhd göstərən dörd nəfər saxlanılıb, eyni z

arrow Ətraflı
"Bu sizi qıcıqlandırırsa, məni bloklayın" like
  • 11 Mar 12:38  
Şou-biznes "Bu sizi qıcıqlandırırsa, məni bloklayın"

"Keçən həftə özümdə yaxaladım ki, yaradana olan mahnı həmişə d

arrow Ətraflı
Silahlı ermənilər növbəti dəfə XankəndiXəlfəliTurşsu torpaq yolu ilə hərəkət ediblər like
  • 11 Mar 12:33  
Siyasət Silahlı ermənilər növbəti dəfə XankəndiXəlfəliTurşsu torpaq yolu ilə hərəkət ediblər

Ermənistan silahlı qüvvələri bölmələrinin və qeyri-qanuni erməni silah

arrow Ətraflı
Məşhur aktrisanın ailə üzvləri həbs edildi like
  • 11 Mar 12:27  
Şou-biznes Məşhur aktrisanın ailə üzvləri həbs edildi

Nyu-York polisi amerikalı məşhur aktrisa və model Culiya Foksun atasını v

arrow Ətraflı
Ramiz Novruzun teatrda SON GÖRÜNTÜLƏRİ YAYILDI like
  • 11 Mar 12:16  
Şou-biznes Ramiz Novruzun teatrda SON GÖRÜNTÜLƏRİ YAYILDI

Mərhum Xalq artisti Ramiz Novruzun teatrdakı son görüntüləri üzə çıxı

arrow Ətraflı
Bazar günü temperatur 25 dərəcəyədək yüksələcək  PROQNOZ like
  • 11 Mar 12:07  
Digərləri Bazar günü temperatur 25 dərəcəyədək yüksələcək PROQNOZ

Martın 12-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağ�

arrow Ətraflı
Moskva bunu İrəvana bağışlamayacaq: like
  • 11 Mar 12:05  
Digərləri Moskva bunu İrəvana bağışlamayacaq:

Ermənistan hakimiyyətinin erməni mənşəli bir sıra Rusiya vətəndaşları

arrow Ətraflı
Heydər Əliyev Mərkəzi bəhreynli rəssam Raşid Al Xəlifənin sərgisinə ev sahibliyi edəcək like
  • 11 Mar 12:04  
Kriminal Heydər Əliyev Mərkəzi bəhreynli rəssam Raşid Al Xəlifənin sərgisinə ev sahibliyi edəcək

Heydər Əliyev Mərkəzi ziyarətçilərinə fərqli incəsənət nümunələri

arrow Ətraflı
İlin sonuna qədər Şuşada 23 yaşayış binasının tikintisi başa çatacaq like
  • 11 Mar 11:54  
Siyasət İlin sonuna qədər Şuşada 23 yaşayış binasının tikintisi başa çatacaq

Şuşada tikinti-quruculuq işləri davam etdirilir. Bu ilin sonuna qədər Şu�

arrow Ətraflı
Keçmiş ərini 25 illik ev işinə görə MƏHKƏMƏYƏ VERDİ: like
  • 11 Mar 11:43  
Dünya Keçmiş ərini 25 illik ev işinə görə MƏHKƏMƏYƏ VERDİ:

İspaniya məhkəməsi yerli iş adamını keçmiş həyat yoldaşına 204 min a

arrow Ətraflı
Finlandiya öz qırıcılarını Ukraynaya verəcək like
  • 11 Mar 11:32  
Dünya Finlandiya öz qırıcılarını Ukraynaya verəcək

Finlandiyanın Baş naziri Sanna Marin köhnə qırıcıların Ukraynaya verilm�

arrow Ətraflı