İran höküməti qızların məktəbdən qorxmasını istəyir


Siyasət 11 Mar 2023 11:12:00 187 0

İran höküməti qızların məktəbdən qorxmasını istəyir

8 Mart Beynəlxalq Qadınlar Günündə İranda ən önəmli gündəm son vaxtlar qız məktəblərində baş verən kütləvi zəhərlənmə hadisələri idi.

Son.az amerikaninsesi-nə istinadən xəbər verir ki, hüquq müdafiəçisi Jalə Təbrizli Amerikanın Səsinə müsahibədə zəhərlənmə olaylarını İslam Respublikasının qadınlara qarşı tətbiq etdiyi növbəti repressiası olaraq dəyərləndirir.

İlk dəfə keçən noyabr ayında İranın dini təhsil mərkəzi olan Qum şəhərindəki qız məktəblərində baş verən zəhərlənmə hadisələri son həftələrdə artaraq ölkənin müxtəlif vilayətlərinə yayılıb. Zəhərlənmə olayları nəticəsində İran Azərbaycanı daxil olmaqla, müxtəlif şəhərlərdə çox sayda məktəbli qız xəstəxalanalara yerləşdirilib. Qum şəhərində zəhərlənmələr ilə əlaqədar bir məktəbli qızın öldüyünə dair xəbərlər yayılıb. İran Azərbaycanında məktəbli qızların zəhərlənməsi ilə əlaqədar keçirilən aksiyalarda həbslər baş verib

"Fikirləşirəm ki, bu zəhərlənmə olayları qadınlara qarşı yeni bir basqı planıdır. Bu günədək İranın 31 vilayətindən 28-də məktəblərdə zəhərlənmə baş verib. Mən deyə bilərəm ki, bu mütəşəkkil bir aktdır. Bu İslam Cümhuriyyəti tərəfindən qız uşaqlarına qarşı bir terror aktıdır," Jalə Təbrizi söyləyir.

İran höküməti martın 7-də zəhərlənmələrdə şüphəli bilinən bir neçə nəfərin həbs edildiyini açıqladı. Ölkənin ali lideri Seyyid Əli Xameneyi bu açıqlamadan bir gün öncə zəhərlənmələrdə əli olanların "ən ağır şəkildə cəzalandırılacağını" ifadə etmişdi.

Xameneyi məktəbli qızlar arasında şübhələnilən zəhərlənməni "bağışlanmayan cinayət" adlandırıb

Jalə Təbrizli deyir ki, "dörd ay əvvəl Qum şəhərində zəhərlənmələr oldu. Kəşfiyyat Nazirliyi dedi ki, səbəbini axtarırıq. 4 ay keçdi bir şey demədilər. Xameneyi bazar ertəsi günü dedi ki, bu işdə əli olanlar gərək ən ağır şəkildə cəzalandırıla və ondan sonra başladılar dedilər ki, bu işi görən bir sıra şəxsləri tutublar. Bunlar o qədər yalan danışıb ki, gözləyirik görək planları nə olacaq, kimləri bunun əsasında edam edəcəklər?"

Hüquq müdafiəçisi əlavə edir ki, "bu qızlar etirazlarda küçəyə çıxdılar. Etirazlarını bildirmək üçün baş örtülərini çıxardılar. İndi bir növ bunları evlərinə qaytarmaq istəyirlər. Bu qızların məktəbdən qorxmasını istəyirlər. O şey ki, Əfqanıstanda olur, istəyirlər bizim məmləkətdə də elə bir siyasət yürütsünlər".

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında açıq qapı keçirilib like
  • 11 Mar 11:06  
Kriminal Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında açıq qapı keçirilib

Bu gün 10 Mart Milli Teatr Günü münasibəti ilə Azərbaycan Dövlət Gənc

arrow Ətraflı
Zəlzələ bölgəsindən azərbaycanlıların təxliyəsi başa çatıb, like
  • 11 Mar 11:02  
Siyasət Zəlzələ bölgəsindən azərbaycanlıların təxliyəsi başa çatıb,

Azərbaycan XİN Türkiyədə zəlzələdən zərər çəkmiş vətəndaşların

arrow Ətraflı
Tehran Bakının əlini geri çevirdi: like
  • 11 Mar 10:57  
Digərləri Tehran Bakının əlini geri çevirdi:

44 günlük Qarabağ müharibəsi ilə bölgədə geosiyasi reallıq dəyişdi.

arrow Ətraflı
Qeyriqanuni erməni silahlı birləşmələri üçün hərbi daşımalar yolverilməzdir like
  • 11 Mar 10:53  
Siyasət Qeyriqanuni erməni silahlı birləşmələri üçün hərbi daşımalar yolverilməzdir

Martın 11-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi

arrow Ətraflı
Azərbaycan Ordusu istənilən təxribatın qarşısını alacaq like
  • 11 Mar 10:39  
Siyasət Azərbaycan Ordusu istənilən təxribatın qarşısını alacaq

Martın 11-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi

arrow Ətraflı
Qlobal Bakı Forumu dünyada ən güclü müzakirə platformasına çevrilib like
  • 11 Mar 10:38  
Siyasət Qlobal Bakı Forumu dünyada ən güclü müzakirə platformasına çevrilib

Qlobal Bakı Forumu artıq dünyada ən güclü müzakirə platformasına çevri

arrow Ətraflı
Səfirliyimizə hücumla bağlı like
  • 11 Mar 10:35  
Digərləri Səfirliyimizə hücumla bağlı

Azərbaycanın Tehrandakı səfirliyinə hücumu ilə bağlı yeni görüntülə

arrow Ətraflı
Gülnar Xəlilovanın "Qarabağ" kolleksiyası Stokholm Beynəlxalq Moda Sərgisində təqdim olunacaq like
  • 11 Mar 10:24  
Kriminal Gülnar Xəlilovanın "Qarabağ" kolleksiyası Stokholm Beynəlxalq Moda Sərgisində təqdim olunacaq

Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, Avrasiya Etnodizaynçılar Assos

arrow Ətraflı
Uşaqlar bullinqə məruz qalır: like
  • 11 Mar 10:21  
Digərləri Uşaqlar bullinqə məruz qalır:

"Çox təəssüf ki, son zamanlarda autizm, uşaq serebral iflici, daun sin

arrow Ətraflı
Dünənki atışmaya görə “Emin Naxçıvanski”nin qardaşı saxlanıldı like
  • 11 Mar 10:16  
Digərləri Dünənki atışmaya görə “Emin Naxçıvanski”nin qardaşı saxlanıldı

Ötən gün Bakıda baş verən silahlı insidentlə bağlı saxlanılanlardan b

arrow Ətraflı
Orta Dəhliz PolşaAzərbaycan münasibətlərində mühüm rol oynayır like
  • 11 Mar 10:07  
Siyasət Orta Dəhliz PolşaAzərbaycan münasibətlərində mühüm rol oynayır

Orta Dəhliz kimi də tanınan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (T

arrow Ətraflı
Gəncədə 17 yaşlı qız yenidən itkin düşüb like
  • 11 Mar 10:00  
Digərləri Gəncədə 17 yaşlı qız yenidən itkin düşüb

Gəncədə 17 yaşlı qız yenidən itkin düşüb.

arrow Ətraflı
"Lotu Quli"nin daha 3 adamı TUTULDU like
  • 11 Mar 09:49  
Kriminal "Lotu Quli"nin daha 3 adamı TUTULDU

Rusiyanın Kamçatka vilayətində "Lotu Quli"nin tərəfdarı olan &q

arrow Ətraflı
LaçınXankəndi yolundakı aksiya 90 gündür davam edir like
  • 11 Mar 09:38  
Siyasət LaçınXankəndi yolundakı aksiya 90 gündür davam edir

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə fa

arrow Ətraflı