Tehran Bakının əlini geri çevirdi:


Digərləri 11 Mar 2023 10:57:00 562 0

Tehran Bakının əlini geri çevirdi:

44 günlük Qarabağ müharibəsi ilə bölgədə geosiyasi reallıq dəyişdi. Dövlətimizin və mütəffiqlərimizin nüfuzu artdı, Ermənistan da biabırçı şəkildə məğlub olduğu üçün onu dəstəkləyən ölkələrin təsir gücləri azaldı. Ən çox təsir gücünü və nüfuzunu itirən dövlət isə İran oldu və indi bunu həzm edə bilmir, ona görə də çoxlu sayda təxribata əl atır.

Son.az xəbər verir ki, bu sözləri Axar.az-a İranın ölkəmizə qarşı son addımları haqqında danışan siyasi şərhçi Turab Rzayev deyib.

Siyasi şərhçi Azərbaycanın İrana münasibətlərin yaxşılaşdırılması üçün təkliflər verdiyini, lakin onların qəbul edilmədiyini xatırladıb:

"Biz Azərbaycan və Türkiyə sərhədində keçirilən hərbi təlimlərin, Arazı keçmə məşqlərinin, Zəngəzur dəhlizi ilə bağlı elan edilən "qırmızı xətlər"in, Qafanda lazımsız baş konsulluq açmasının və ölkəmizin daxilindəki İran agentura şəbəkəsinin təxribatlarının şahidi olduq. Azərbaycan münasibətlərin normallaşdırılması üçün üçtərəfli görüş və "3+3" formatı kimi təkliflərlə dəfələrlə çıxış etdi. İran isə Azərbaycanın, Türkiyənin, hətta müəyyən qədər də Rusiyanın uzatdığı bu əli geri çevirdi, tamamilə təxribat yolunu seçdi. Ötən ilin sonunda 14, sonra isə 13 nəfər İran terror-təxribatçı qrup üzvlərinin Xankəndiyə keçməsi, Ermənistana yeni raket və dronların verilməsi, üstəgəl bunlardan istifadə ilə bağlı təlimlərin keçirilməsi, səfirliyimizdə törədilən terror, "Türkiyə" qəzetinin İranın ölkəmizdəki casus şəbəkəsi və SEPAH tərəfindən Qarabağa göndərmək üçün İraq və Suriyadan 4000 terrorçunu toplaması haqqında sensasional məqaləsini bu təxribatlara misal gətirmək olar". Turab Rzayev İranın dolayı və ya birbaşa Azərbaycanla münaqişəyə girmək istədiyini vurğulayıb:

"İran Ermənistan və Azərbaycan arasında yeni müharibəni öz güc və nüfuzunu geri qaytarmanın yeganə yolu kimi görür, ona görə də bu istiqamətdə çalışır. Qərbdən və müxtəlif ölkələrin kəşfiyyat orqanlarından da İranın Azərbaycanla birbaşa və dolayı yollarla münaqişə yaratmaq istədiyi haqqında siqnallar var. Eyni zamanda Rusiyanın da burada iştirakı ilə bağlı fərqli məlumatlar gəlməkdədir. Bölgədəki geosiyasi reallığı yenidən öz xeyirlərinə çevirmək niyyətilə mümkün müharibədə Ermənistana maksimum dəstək verməyi, Azərbaycan Ordusuna zərbə vurmağı və separatçıların öz varlıqlarını qorumasına imkan yaratmağı planlaşdırırlar".

Siyasi şərhçi qeyd edib ki, İran tərəfi atacağı addımlarda diqqətli olmalıdır, çünki artıq bəlli bir mərhələdən sonra bütün körpülər yanacaq:

"Təxribatların baş tutmaması İranın bölgədən birbaşa silinməsi ilə nəticələnəcək və Azərbaycanla heç bir səviyyədə əlaqəsi qalmayacaq. Ona görə də İran dövlətini idarə edənlərin ölkəmizə qarşı atacağı bir daha dərindən düşünmələrində fayda var".

Qeyd edək ki, "Türkiyə" qəzeti İranın may ayınadək SEPAH və şiə milislərdən təşkil olunan 4000 nəfərlik terrorçunu Qarabağa daşımağı planlaşdırması, bunun üçün İraq və Suriyadakı terrorçu qruplara təlimat verməsi ilə bağlı sensasion iddia ilə çıxış edib. İki ay öncə isə həmin qəzetdə 3500 nəfər İran casusunun 1997-2011-ci illərdə xüsusi proqram çərçivəsində Azərbaycana yerləşdirilməsi haqqında məqalə dərc olunub.

Qeyriqanuni erməni silahlı birləşmələri üçün hərbi daşımalar yolverilməzdir like
  • 11 Mar 10:53  
Siyasət Qeyriqanuni erməni silahlı birləşmələri üçün hərbi daşımalar yolverilməzdir

Martın 11-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi

arrow Ətraflı
Azərbaycan Ordusu istənilən təxribatın qarşısını alacaq like
  • 11 Mar 10:39  
Siyasət Azərbaycan Ordusu istənilən təxribatın qarşısını alacaq

Martın 11-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi

arrow Ətraflı
Qlobal Bakı Forumu dünyada ən güclü müzakirə platformasına çevrilib like
  • 11 Mar 10:38  
Siyasət Qlobal Bakı Forumu dünyada ən güclü müzakirə platformasına çevrilib

Qlobal Bakı Forumu artıq dünyada ən güclü müzakirə platformasına çevri

arrow Ətraflı
Səfirliyimizə hücumla bağlı like
  • 11 Mar 10:35  
Digərləri Səfirliyimizə hücumla bağlı

Azərbaycanın Tehrandakı səfirliyinə hücumu ilə bağlı yeni görüntülə

arrow Ətraflı
Gülnar Xəlilovanın "Qarabağ" kolleksiyası Stokholm Beynəlxalq Moda Sərgisində təqdim olunacaq like
  • 11 Mar 10:24  
Kriminal Gülnar Xəlilovanın "Qarabağ" kolleksiyası Stokholm Beynəlxalq Moda Sərgisində təqdim olunacaq

Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, Avrasiya Etnodizaynçılar Assos

arrow Ətraflı
Uşaqlar bullinqə məruz qalır: like
  • 11 Mar 10:21  
Digərləri Uşaqlar bullinqə məruz qalır:

"Çox təəssüf ki, son zamanlarda autizm, uşaq serebral iflici, daun sin

arrow Ətraflı
Dünənki atışmaya görə “Emin Naxçıvanski”nin qardaşı saxlanıldı like
  • 11 Mar 10:16  
Digərləri Dünənki atışmaya görə “Emin Naxçıvanski”nin qardaşı saxlanıldı

Ötən gün Bakıda baş verən silahlı insidentlə bağlı saxlanılanlardan b

arrow Ətraflı
Orta Dəhliz PolşaAzərbaycan münasibətlərində mühüm rol oynayır like
  • 11 Mar 10:07  
Siyasət Orta Dəhliz PolşaAzərbaycan münasibətlərində mühüm rol oynayır

Orta Dəhliz kimi də tanınan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (T

arrow Ətraflı
Gəncədə 17 yaşlı qız yenidən itkin düşüb like
  • 11 Mar 10:00  
Digərləri Gəncədə 17 yaşlı qız yenidən itkin düşüb

Gəncədə 17 yaşlı qız yenidən itkin düşüb.

arrow Ətraflı
"Lotu Quli"nin daha 3 adamı TUTULDU like
  • 11 Mar 09:49  
Kriminal "Lotu Quli"nin daha 3 adamı TUTULDU

Rusiyanın Kamçatka vilayətində "Lotu Quli"nin tərəfdarı olan &q

arrow Ətraflı
LaçınXankəndi yolundakı aksiya 90 gündür davam edir like
  • 11 Mar 09:38  
Siyasət LaçınXankəndi yolundakı aksiya 90 gündür davam edir

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə fa

arrow Ətraflı
X Qlobal Bakı Forumunun sonuncu günü işə başlayıb  FOTO like
  • 11 Mar 09:34  
Siyasət X Qlobal Bakı Forumunun sonuncu günü işə başlayıb FOTO

"Dünya bu gün: Çağırışlar və ümidlər" mövzusunda X Qlobal B

arrow Ətraflı
Türkiyə sanksiyalar altında olan malların Rusiyaya tranzitini dayandırdı like
  • 11 Mar 09:31  
Digərləri Türkiyə sanksiyalar altında olan malların Rusiyaya tranzitini dayandırdı

Qərbin sanksiyalar tətbiq etdiyi malların Türkiyə üzərindən Rusiyaya tə

arrow Ətraflı
Türkiyədə daha bir QORXUNC ZƏLZƏLƏ PROQNOZU like
  • 11 Mar 09:20  
Dünya Türkiyədə daha bir QORXUNC ZƏLZƏLƏ PROQNOZU

Türkiyənin Manisa bölgəsinin Turqutlu rayonunda zəlzələ gözlənilir.

arrow Ətraflı