Putin Ukraynanın işğalına necə hazırlaşıb?


Dünya 24 Fev 2023 15:56:00 277 0

Putin Ukraynanın işğalına necə hazırlaşıb?

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın işğal planını Kreml elitasından gizli hazırlayıb və hərbi təcavüz elitada narazılıq yaradıb.

Son.az Axar.az-a istinadən bildirir ki, bu barədə "Faynənşl Tayms" məlumat yayıb.

"Kremlin bütün ali rəhbərliyi işğaldan ancaq həmin səhər Putinin televiziyada "xüsusi hərbi əməliyyat" elan edən zaman xəbər tutub. Daha sonra Kremlə rus oliqarxları toplaşıb. Hamı tamamilə çaşqın vəziyyətdə olub", - nəşr bildirib.

Nəşr yazır ki, oliqarxlardan biri xarici işlər naziri Sergey Lavrovdan Putinin dar çərçivədə belə kütləvi işğalı necə planlaşdıra biləcəyini soruşub. Çünki Kremldə, iqtisadi kabinetdə və biznes elitasının əksər yüksək vəzifəli məmurları belə bunun mümkün olduğuna inanmırdılar. "Onun üç müşaviri var: İvan Qroznı, Böyük Pyotr və Yekaterina", - Lavrov cavab verib.

"Putinin işğal planına görə, rus qoşunları Kiyevi nisbətən qansız blitskriqlə bir neçə gün ərzində ələ keçirməli idi", - nəşr yazıb.

Nəşr bildirib ki, onu tanıyanların dediyinə görə, işğalın Rusiyaya baha başa gələcəyi Putinə aydın olsa da, Kreml lideri həmişə olduğu kimi məsələni həll etməkdə qərarlı idi.

"Hər şey dəhşətli dərəcədə səhv getdi. Putin hərbi əməliyyatlara haqq qazandırmaq üçün yeni arqumentlər axtarır və israr edir ki, istənilən vasitə ilə işğalı davam etdirməkdən başqa seçimi yoxdur. O, yaxın adamlarına deyir: "Belə çıxır ki, biz tamamilə hazırlıqsız idik. Orduda özbaşınalıqdır. Sənayemiz bərbad vəziyyətdədir. Amma nə yaxşı ki, biz bunu NATO-nun bizə hücumu zamanı deyil, elə indi bildik", - keçmiş yüksək rütbəli rusiyalı məmur deyib.

"Faynənşl Tayms" yazıb ki, Putini tanıyanlar onu müharibə başlayandan bəri daha da təcrid olunmuş lider kimi xarakterizə edirlər:

"Stalin bədxah, amma yaxşı idarəçi idi, çünki onu aldatmaq olmazdı. Amma heç kim Putinə həqiqəti deyə bilməz. Putninin təcridi COVİD-19 pandemiyası zamanından dərinləşib. O zaman o, əvvəllər onunla əlaqədə olan nisbətən liberal, qərbyönümlü sirdaşlarından əlaqəni böyük ölçüdə kəsmişdi. Əvəzində o, ilk bir neçə ayı Valdaydakı iqamətgahında yaxın oliqarx Yuri Kovalçukla keçirdi və bu, Putini Böyük Pyotr kimi Rusiyanın böyüklüyünü təsdiqləmək kimi tarixi missiyası haqqında düşünməyə ruhlandırdı.

Salyanda 13 yaşlı qızın zorlanmasına görə like
  • 24 Fev 15:50  
Kriminal Salyanda 13 yaşlı qızın zorlanmasına görə

Salyanın Cadırlı kəndində 13 yaşlı qız zorlanıb.

arrow Ətraflı
Bakıda səkini zəbt edərək dayanacaq tikirlər? like
  • 24 Fev 15:45  
Digərləri Bakıda səkini zəbt edərək dayanacaq tikirlər?

Səki dağıldığı üçün piyadalar yolun hərəkət hissəsi ilə gedirlər.

arrow Ətraflı
Polkovnik: "Arxivə baxanda bizim diqqətimizi Məmmədhüseyn Əsədov cəlb etdi" like
  • 24 Fev 15:40  
Siyasət Polkovnik: "Arxivə baxanda bizim diqqətimizi Məmmədhüseyn Əsədov cəlb etdi"

Məlumdur ki, 1941-1945-ci illərdə bütün SSR-i məkanında olan dövlətlər

arrow Ətraflı
Əməkdar artist ƏMƏLİYYAT OLUNDU like
  • 24 Fev 15:34  
Şou-biznes Əməkdar artist ƏMƏLİYYAT OLUNDU

Əməkdar artist Bəsti Bəkirova bir neçə gün əvvəl əməliyyat olunub. 

arrow Ətraflı
Azad olunmuş ərazilərə mart ayına olan avtobus biletləri like
  • 24 Fev 15:23  
Digərləri Azad olunmuş ərazilərə mart ayına olan avtobus biletləri

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göst�

arrow Ətraflı
Xəstəxanalarda təhlükəli müayinə aparatları var? like
  • 24 Fev 15:12  
Digərləri Xəstəxanalarda təhlükəli müayinə aparatları var?

Standartlara uyğun olmayan rentgen və komputer-tomoqrafiya aparatları təhlü

arrow Ətraflı
İlham Əliyev Küveyt Dövlətinin Əmirinə məktub göndərib like
  • 24 Fev 15:08  
Siyasət İlham Əliyev Küveyt Dövlətinin Əmirinə məktub göndərib

Prezident İlham Əliyev Küveyt Dövlətinin Əmiri Əlahəzrət Şeyx Nəvaf �

arrow Ətraflı
Daşınmaz əmlakla bağlı yeni proses planlaşdırılır like
  • 24 Fev 15:01  
Digərləri Daşınmaz əmlakla bağlı yeni proses planlaşdırılır

Azərbaycanda daşınmaz əmlakın ilkin qeydiyyat prosesinin avtomatlaşdırıl

arrow Ətraflı
Bu bələdiyyə sədrləri ilə bağlı cinayət işi qaldırılıb like
  • 24 Fev 14:55  
Digərləri Bu bələdiyyə sədrləri ilə bağlı cinayət işi qaldırılıb

2022-ci il ərzində yerli büdcə vəsaitlərinin səmərəli istifadə olunmas

arrow Ətraflı
İranda etiraz aksiyalarında yeni şüar: “Dollar bahalaşıb, Xamenei yatıb!” like
  • 24 Fev 14:50  
Digərləri İranda etiraz aksiyalarında yeni şüar: “Dollar bahalaşıb, Xamenei yatıb!”

İranın paytaxtı Tehranda və bir sıra şəhərlərdə etiraz aksiyaları yen

arrow Ətraflı
Əlikram bu xəbərin yayılmasını istəmirmiş like
  • 24 Fev 14:39  
Şou-biznes Əlikram bu xəbərin yayılmasını istəmirmiş

Xəbər verdiyimiz kimi, müğənni Əlikram Bayramov Biləsuvar rayon Mədəniy

arrow Ətraflı
"Azərbaycanın qardaş dəstəyini heç vaxt unutmayacağıq" like
  • 24 Fev 14:28  
Siyasət "Azərbaycanın qardaş dəstəyini heç vaxt unutmayacağıq"

Zəlzələ zamanı Azərbaycanın Türkiyəyə göstərdiyi qardaş dəstəyini

arrow Ətraflı
Dövlət Xidmətindən “Trendyol”la bağlı like
  • 24 Fev 14:23  
Digərləri Dövlət Xidmətindən “Trendyol”la bağlı

Bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə müzak

arrow Ətraflı