Aksiyanın 56cı günü:


Siyasət 05 Fev 2023 09:08:00 223 0

Aksiyanın 56cı günü:

Soyuq və şaxtalı hava şəraitinin müşahidə olunmasına baxmayaraq, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası əlli altı gündür davam edir.

Son.az xəbər verir ki, aksiya iştirakçıları ötən gecə boyu da yüksək fəallıq nümayiş etdiriblər.

Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunan toplanış yerində gecə boyu da heç bir insident baş verməyib.

Həmişə olduğu kimi, etirazçılar bu səhəri də Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə açıblar. Daha sonra vətənpərvərlik ruhunda mahnılar ifa ediblər.

Eyni zamanda ekofəallar yolun hər iki tərəfində, hərəkətə maneə törətmədən üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırıb, şüarlar səsləndirirlər.

Aksiya iştirakçılarının tələbləri ilk gündən olduğu kimi, dəyişməz olaraq qalır.

Belə ki, ekofəallar və gənc könüllülər "Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!", "Azərbaycan vahiddir, sərvətinə sahibdir!", "Ekoloji cinayətə son!", "Stop ekoterror!", "Берегите природу!", "Экоциду нет! Мониторингу да!" şüarlarını səsləndirirlər.

Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

2022-ci il dekabrın 12-dən etibarən isə etiraz aksiyası başlayıb.

Son.az 

"Moldova Azərbaycanı qaz ehtiyacını ödəmək üçün prioritet mənbə kimi görür" like
  • 05 Fev 09:04  
Siyasət "Moldova Azərbaycanı qaz ehtiyacını ödəmək üçün prioritet mənbə kimi görür"

Moldova Azərbaycanı qaza olan tələbatını ödəmək üçün prioritet mənb

arrow Ətraflı
“WhatsApp”da yenilik like
  • 05 Fev 05:22  
Digərləri “WhatsApp”da yenilik

"WhatsApp" istifadəçiləri bundan sonra şəxsi mesajlarda və qrup

arrow Ətraflı
"iPhone"nun bu modelləri iOS 17 yeniləməsini almayacaq like
  • 05 Fev 04:44  
Digərləri "iPhone"nun bu modelləri iOS 17 yeniləməsini almayacaq

Apple bəzi köhnə "iPhone" modellərində iOS 17 yeniləməsi üçü

arrow Ətraflı
Avtomobil sürməyə yeni başlayanlar mütləq bu VİDEOya baxsın like
  • 05 Fev 02:44  
Digərləri Avtomobil sürməyə yeni başlayanlar mütləq bu VİDEOya baxsın

Avtomobil sürənlərin əsas çətinliklərindən biri onu park etməkdir.

arrow Ətraflı
Rəqqas bürclər  Məclislərin bəzəyi beşlik like
  • 05 Fev 01:22  
Digərləri Rəqqas bürclər Məclislərin bəzəyi beşlik

Rəqs etmək heç də hamının bacardığı özəllik deyil. Bəzi insanlar bun

arrow Ətraflı
Azərbaycanda nadir hadisə: körpə iki dişlə doğuldu  VİDEO like
  • 05 Fev 00:44  
Digərləri Azərbaycanda nadir hadisə: körpə iki dişlə doğuldu VİDEO

Sumqayıtda yeni doğulan körpəni müayinə edən zaman həkimlər maraqlı v�

arrow Ətraflı
Günün qoroskopu: ədalətli, soyuqqanlı, təmkinli olun like
  • 05 Fev 00:01  
Digərləri Günün qoroskopu: ədalətli, soyuqqanlı, təmkinli olun

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
“Azərbaycan və Qazaxıstanla güclü mexanizmləri həyata keçirdik” like
  • 04 Fev 23:59  
Siyasət “Azərbaycan və Qazaxıstanla güclü mexanizmləri həyata keçirdik”

"Ölkəmiz, millətimiz və bölgəmiz üçün imkanları dəyərləndirmə

arrow Ətraflı
Ukraynalıları öldürməyə gedən Dövlət Dumasının deputatı qorxusundan like
  • 04 Fev 23:57  
Siyasət Ukraynalıları öldürməyə gedən Dövlət Dumasının deputatı qorxusundan

Rusiya Dövlət Dumasının Novosibirskdən olan deputatı Dmitri Savelyev bu g�

arrow Ətraflı
Ermənilər Araz çayı üzərindən Türkiyə ilə sərhədin like
  • 04 Fev 23:56  
Siyasət Ermənilər Araz çayı üzərindən Türkiyə ilə sərhədin

On illər boyunca Türkiyə və Azərbaycana qarşı şər-böhtanlarından əl

arrow Ətraflı
İmam Əlinin Tövratdan seçdiyi 12 kəlam like
  • 04 Fev 23:55  
Digərləri İmam Əlinin Tövratdan seçdiyi 12 kəlam

Həzrət Əli (ə) buyurur: Tövratdan on iki ayə seçib ərəb dilinə tərcü

arrow Ətraflı
Bu şəxslərin cinsi həyatı like
  • 04 Fev 23:53  
Digərləri Bu şəxslərin cinsi həyatı

Məlum olduğu kimi, bir çox insan irritabl bağırsaq sindromundan əziyyət �

arrow Ətraflı
6 il sonra ölkəsinə gedən məşhur fenomen atası tərəfindən like
  • 04 Fev 23:52  
Dünya 6 il sonra ölkəsinə gedən məşhur fenomen atası tərəfindən

Bir müddətdir Türkiyədə yaşayan yutuber Tiba al-Ali ölkəsinin futbol kom

arrow Ətraflı
“Qızıl Xaç” Qarabağdan Ermənistana like
  • 04 Fev 23:51  
Siyasət “Qızıl Xaç” Qarabağdan Ermənistana

Beynəlxalq Qırmızı Xaç Komitəsi fevralın 4-də daha 6 xəstəni Qarabağd

arrow Ətraflı