Vasif İranın planını pozdu


Siyasət 04 Fev 2023 21:38:00 176 0

Vasif İranın planını pozdu

İran rejimi hər hansı problemlə rastlaşanda diqqəti başqa istiqamətə yönləndirmək və xaricə mesaj ötürmək üçün həmişə səfirliyə hücum kimi variantlara çox əl atıb. Lakin Vasifin (Tağıyev) qəhrəmanlığı çirkin terror planını puç etdi.

Son.az axar.az-a istinadən bildirir ki, bu sözləri Güney azərbaycanlı yazar və siyasi fəal Əlirza Abdullahi bildirib.

O, İran rejiminin ssenarisinə əsasən, terrorçunun səfirliyə girib, səfir başda olmaqla, onun ailə üzvlərini və digər diplomatları öldürməli olduğunu açıqlayıb:

"İran beş aydır başlayan etirazlardan sonra kütləni daxili problemlərdən yayındırmaq və camaatın fikrini başqa istiqamətə yönəltmək istəyirdi. SEPAH-ın terrorçu kimi tanınması qorxusu da nəzərdən qaçmamalıdır. SEPAH İranda dövlət içində dövlət deməkdir. Hakimiyyət nümayəndələri, Məclisdə olan millət vəkillərinin çoxu SEPAH kökənlidir. Yəni SEPAH terrorçu kimi siyahıya salınarsa, İranın durumu daha da pisləşə bilər. Odur ki, hakimiyyət baş verənlərlə bağlı daxildə bir söz deməyə məcbur idi. Lakin deyiləcək sözü olmadığından, sadəcə, fikirləri yayındırmaq, gündəmi dəyişdirməyə çalışdı".

Milli fəal İranın Azərbaycanla bağlı düşüncələrinə də toxunub:

"İranın Azərbaycan Respublikasına baxışı hər zaman işğalçı olub. Azərbaycanı "İrani şumali","Cümhuri Baku" adlandırmaqdan çəkinmirlər. Qəhrəman Ordumuzun 44 günlük savaşda qələbəsindən sonra İran-Ermənistan işbirliyinin çökməsi və geopolitikanın dəyişməsi, Zəngəzur dəhlizinin gündəmə gəlməsi, Azərbaycan-Türkiyə münasibətlərinin daha da yaxınlaşması, Turan Birliyi, İlham Əliyevin Güney Azərbaycana verdiyi dəstək mesajları və ona sahib çıxmasına qarşı İran nəsə etmək istəyirdi. Zəngəzur dəhlizini və sərhədlərin dəyişməsini "qırmızı xətt" adlandırmaqdan savayı heç nə edə bilmədi. Azərbaycanı qorxutmaq üçün hərbi təlim keçirmək bəhanəsi ilə ordusunu Araz sahilinə gətirdi. Amma Azərbaycan dövləti və ordusu çəkinmədi. Cavab olaraq, sərhəddə Türkiyə ilə birgə təlim keçirdi. Buna görə Azərbaycana gözdağı vermək məqsədi ilə Tehrandakı səfirliyimizə hücum planı ortaya atıldı, lakin qəhrəman övladlarımız bu çirkin əməli pozdu, bir şəhid verib daha böyük faciənin qarşısı alındı".

Əlirza Abdullahi İranın terror aktları tarixçəsini də diqqətə çatdırıb:

"İranda 1979-cu ildə inqilabçılar Amerika səfirliyini ələ keçirib, diplomatları 444 gün girov saxlayıb. 1981-ci ildə baş verən partlayış nəticəsində İslam partiyasının tanınmış şəxsləri və 70-dən çox üzvü həlak olub. Sızan məlumatlardan bəlli olur ki, bu, hakimiyyət davasında rəqiblər arasında mübarizə idi. Hadisədə İranın keçmiş Məclis başçısı Rəfsəncanin əli olduğu deyilirdi. O, Xomeyni öldükdən sonra ölkədə ən nüfuzlu şəxs olaraq, Xameneini işlərin başına gətirir. Onu öz əlaltısı kimi hakimiyyətdə mövqe sahibi edir. Xamenei gücləndikdən sonra Rəfsəncani hovuzda üzərkən şübhəli şəkildə öldürülür. Həmin sistem, həmin hakimiyyətdir. 1994-cü ildə İranın Xorasan əyalətinin Məşhəd şəhərində İmam Rzanın məzarı yaxınlığında bir bomba partladılır və 26 nəfər ölür, 300 nəfər yaralanır. Bu da bir hakimiyyət davası idi və hadisələri yayındırmaq üçün törədilmişdi. Belə nümunələrin sayı çoxdur", - deyə o bildirib.

İrəvandan Lavrova: Rusiya da Bakıdan like
  • 04 Fev 21:36  
Siyasət İrəvandan Lavrova: Rusiya da Bakıdan

Rusiya XİN rəhbəri Sergey Lavrovun Ermənistanın Azərbaycanın 7 rayonunu o

arrow Ətraflı
Qripdən tez sağalmaq üçün nə etməli? – like
  • 04 Fev 21:35  
Digərləri Qripdən tez sağalmaq üçün nə etməli? –

Əgər soyuqdəymə və qripin əlamətini, yoluxduğunu ilk başda, hələ simp

arrow Ətraflı
Konqresmenlərdən Türkiyəyə like
  • 04 Fev 21:33  
Dünya Konqresmenlərdən Türkiyəyə

ABŞ-da 27 senatorun imzası ilə Prezident Co Baydenə Türkiyə əleyhinə mə

arrow Ətraflı
29 ildir rəis olan məşhur general istefaya göndərilir – like
  • 04 Fev 21:32  
Digərləri 29 ildir rəis olan məşhur general istefaya göndərilir –

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi

arrow Ətraflı
Terrorçu Yasin Qasım Süleymani ilə like
  • 04 Fev 21:31  
Siyasət Terrorçu Yasin Qasım Süleymani ilə

Azərbaycanın İrandakı səfirliyinə hücum edən terrorçu Yasin Hüseynzad�

arrow Ətraflı
D vitamini çatışmazlığını göstərən qeyriadi simptomlar like
  • 04 Fev 21:30  
Digərləri D vitamini çatışmazlığını göstərən qeyriadi simptomlar

Amerikalı əczaçı Syuzi Koen orqanizmdə D vitamini çatışmazlığını gö

arrow Ətraflı
Qızdırmalı halda hamamda çimmək olmaz like
  • 04 Fev 21:25  
Digərləri Qızdırmalı halda hamamda çimmək olmaz

Qrip və kovid zamanı xəstənin hamama girməsi, duş qəbul etməsi yolverilm

arrow Ətraflı
Bakıda məşhur ifaçıların iştirakı ilə Vaxtanq Kikabidzenin like
  • 04 Fev 21:24  
Digərləri Bakıda məşhur ifaçıların iştirakı ilə Vaxtanq Kikabidzenin

Bakıda yerləşən "Georgian Point" gürcü restoranında tanınmış

arrow Ətraflı
Sülhməramlıların iki avtomobilinin Xankəndiyə maneəsiz keçidinə şərait yaradılıb  FOTO like
  • 04 Fev 21:21  
Siyasət Sülhməramlıların iki avtomobilinin Xankəndiyə maneəsiz keçidinə şərait yaradılıb FOTO

Rusiya sülhməramlılarına məxsus avtomobillər Laçın-Xankəndi yolunda din

arrow Ətraflı
Həqiqi yol nədir? like
  • 04 Fev 20:55  
Digərləri Həqiqi yol nədir?

Dinin doğru və ya yanlışlığına gəlincə, onu ölçmək üçün müxtəli

arrow Ətraflı
Saleh övlad yetişdirmək üçün 9 tövsiyə like
  • 04 Fev 20:50  
Digərləri Saleh övlad yetişdirmək üçün 9 tövsiyə

Saleh övlada malik olmaq üçün Məsumlarımızdan (ə) bəzi tövsiyələr g�

arrow Ətraflı
Di George Sindromu – like
  • 04 Fev 20:45  
Digərləri Di George Sindromu –

DG sindromu 22 ci xromosomun 22q11.2 delesiyası və ya translokasiyası nətic�

arrow Ətraflı
İmam Hadi öz ordusunu xəlifəyə necə göstərdi? like
  • 04 Fev 20:40  
Digərləri İmam Hadi öz ordusunu xəlifəyə necə göstərdi?

Qətəb Ravəndi nəql edir: "Mütəvəkkil öz ordusuna əmr verir ki, Sam

arrow Ətraflı
İşgəncələrə görə xəstəxanaya düşmüş zəncanlı like
  • 04 Fev 20:37  
Siyasət İşgəncələrə görə xəstəxanaya düşmüş zəncanlı

İranda zənсanlı qadın fəal Nilufər Şakiriyə altı il həbs cəzası ver

arrow Ətraflı
Göz damcılarının bilmədiyimiz zərərləri like
  • 04 Fev 20:35  
Digərləri Göz damcılarının bilmədiyimiz zərərləri

Amerikalı mütəxəssislər göz damcıları ilə bağlı araşdırma aparıbla

arrow Ətraflı