Həqiqi yol nədir?


Digərləri 04 Fev 2023 20:55:00 158 0

Həqiqi yol nədir?

Dinin doğru və ya yanlışlığına gəlincə, onu ölçmək üçün müxtəlif meyarlar nəzərə alınır. Quran ayələrindən biri bu məsələyə işarə edərək sadə və aydın bir prinsipi ifadə edir:

"Allah yanında (haqq olan) din, əlbəttə, islamdır. Kitab verilmiş şəxslər (yəhudilər və xaçpərəstlər) ancaq (bu dinin həqiqi olduğunu) bildikdən sonra aralarındakı paxıllıq üzündən ixtilafa (ayrılığa) başladılar. Allahın hökmlərini inkar edənlərlə, şübhəsiz ki, Allah tezliklə haqq-hesab çəkəcəkdir" (Ali-İmran, 19).

Bu ayənin ilk cümləsinə nəzər salmaqla deyə bilərik: "Allah qatında din İslamdır (və haqqa təslimiyyətdir)".

Belə düşünmək olar ki, Quranda yalnız İslam adlı müəyyən bir dinin düzgünlüyündən bəhs edilir. Lakin bu ayələrin təfsirində xüsusilə "İslam" sözünün mənasında maraqlı məqamlar bəyan edilmişdir. "İslam" sözü ərəbcə "təslim olmaq" deməkdir.

"Nümunə" təfsirinin müəllifi yazır: "Allah dərgahında haqq din Onun əmrinə "təslim olmaqdır". Əslində, dinin ruhu hər bir dövrdə və hər bir zamanda haqqa təslim olmaqdan başqa bir şey olmamışdır və olmayacaqdır.

Bu ayə ilahi dinin həqiqi vəhdətinə baxmayaraq meydana çıxan dini ixtilafların mənbəyini belə izah edir: "Kitab verilmiş şəxslər (yəhudilər və xaçpərəstlər) ancaq (bu dinin həqiqi olduğunu) bildikdən sonra aralarındakı paxıllıq üzündən ixtilafa (ayrılığa) başladılar".

Odur ki, ixtilafların yaradılması, birincisi, elm və agahlıqdan sonra idi. İkincisi, üsyan, zülm və paxıllıqdan başqa bir məqsədi yox idi.

Məsələn, İslam Peyğəmbəri (s) açıq-aşkar möcüzələrdən, o cümlədən Qurani-Kərimdən və bu dinin mətnində verilən açıq-aydın dəlillərdən əlavə, onun sifətləri və xüsusiyyətləri əvvəlki müqəddəs kitabda bəyan edilmişdir.

Bu səbəbdən də zühur etməzdən əvvəl onların alimləri o həzrətin zühurunu böyük şövq və vurğu ilə elan edirdilər. Amma göndərilən kimi öz mənafelərini təhlükədə gördükləri üçün üsyan, zülm və paxıllıq üzündən hər şeyi görməzdən gəldilər.

Bu səbəbdən də ayənin sonunda onların və onlar kimilərin aqibətini bildirir və buyurur: "Hər kim Allahın ayələrini inkar edərsə (Allah onunla haqq-hesab çəkər, çünki) Allah tez haqq-hesab çəkəndir".

Bəli! İlahi ayələri nəfsinin oyuncağına çevirənlər, etdikləri işin nəticəsini dünya və axirətdə görəcəklər.

"Nur" təfsirindəki ayənin mesajları

1- Əvvəlki ayədə (Ali-İmran, 18) deyildiyi kimi, Allahın birliyinə, ədalətinə, izzətinə və hikmətinə inanmaq insanın təslim olmasının əsasını təşkil edir. "إِنَّ الدِّينَ عِنْدَ اللَّهِ الْإِسْلامُ"

2-Allaha təslim olmağın tələbi İslamı son ilahi din kimi qəbul etməkdir. "إِنَّ الدِّينَ عِنْدَ اللَّهِ الْإِسْلامُ"

3- Haqqın hüdudlarını aşmaq ixtilaflara səbəb olur.

"وَ مَا اخْتَلَفَ الَّذِينَ ... بَغْياً"

4- Bəzi dini ixtilafların mənbəyi paxıllıq və zülmdür; Cahillik deyil.

"مِنْ بَعْدِ ما جاءَهُمُ الْعِلْمُ"

5- Paxıllıq küfrün əsasıdır. "بَغْياً ... وَ مَنْ يَكْفُرْ"

6- Təkcə kitab və elm nicata aparmaz. "أُوتُوا الْكِتابَ، جاءَهُمُ الْعِلْمُ، مَنْ يَكْفُرْ"

7- Bilə-bilə ixtilaf yaradanlara tezliklə cəzasını görəcəklər.

"سَرِيعُ الْحِسابِ"

Saleh övlad yetişdirmək üçün 9 tövsiyə like
  • 04 Fev 20:50  
Digərləri Saleh övlad yetişdirmək üçün 9 tövsiyə

Saleh övlada malik olmaq üçün Məsumlarımızdan (ə) bəzi tövsiyələr g�

arrow Ətraflı
Di George Sindromu – like
  • 04 Fev 20:45  
Digərləri Di George Sindromu –

DG sindromu 22 ci xromosomun 22q11.2 delesiyası və ya translokasiyası nətic�

arrow Ətraflı
İmam Hadi öz ordusunu xəlifəyə necə göstərdi? like
  • 04 Fev 20:40  
Digərləri İmam Hadi öz ordusunu xəlifəyə necə göstərdi?

Qətəb Ravəndi nəql edir: "Mütəvəkkil öz ordusuna əmr verir ki, Sam

arrow Ətraflı
İşgəncələrə görə xəstəxanaya düşmüş zəncanlı like
  • 04 Fev 20:37  
Siyasət İşgəncələrə görə xəstəxanaya düşmüş zəncanlı

İranda zənсanlı qadın fəal Nilufər Şakiriyə altı il həbs cəzası ver

arrow Ətraflı
Göz damcılarının bilmədiyimiz zərərləri like
  • 04 Fev 20:35  
Digərləri Göz damcılarının bilmədiyimiz zərərləri

Amerikalı mütəxəssislər göz damcıları ilə bağlı araşdırma aparıbla

arrow Ətraflı
Qrip epidemiyası nə vaxt bitəcək? like
  • 04 Fev 20:34  
Digərləri Qrip epidemiyası nə vaxt bitəcək?

Bu il qışın isti keçməsi ilə əlaqədar viruslar özlərini rahat hiss edi

arrow Ətraflı
Yüksək xolesterindən necə şübhələnmək olar? like
  • 04 Fev 20:30  
Digərləri Yüksək xolesterindən necə şübhələnmək olar?

Təəssüf ki, yüksək xolesterin özünü heç bir simptomla büruzə vermir v

arrow Ətraflı
Axşam 11də yatmayanların immuniteti çökür like
  • 04 Fev 20:25  
Digərləri Axşam 11də yatmayanların immuniteti çökür

İmmunoloq və teleaparıcı Andrey Prodeus böyüklərdə və uşaqlarda gücl�

arrow Ətraflı
Təvəsüllün nəticəsi like
  • 04 Fev 20:25  
Digərləri Təvəsüllün nəticəsi

Bəhlulun ömür səhifəsini vərəqləyərkən hər səhifəsində bir ibrət,

arrow Ətraflı
Məhəbbət dini like
  • 04 Fev 20:20  
Digərləri Məhəbbət dini

Insanın məhəbbət cazibəsi o qədərdir ki, insanı qul olma həddinə qəd�

arrow Ətraflı
Sərxoş halda avtomobil idarə edən şəxs like
  • 04 Fev 20:16  
Digərləri Sərxoş halda avtomobil idarə edən şəxs

Yardımlı rayonu ərazisində hərəkətdə olan "VAZ-2106" markalı

arrow Ətraflı
Yatmazdan neçə saat əvvəl yemək olar? like
  • 04 Fev 20:15  
Digərləri Yatmazdan neçə saat əvvəl yemək olar?

Bu sual bir çox insanları maraqlandırır.

arrow Ətraflı
"2024cü ildə Azərbaycandan təbii qaz alacağımıza ümid edirik” like
  • 04 Fev 20:14  
Digərləri "2024cü ildə Azərbaycandan təbii qaz alacağımıza ümid edirik”

Serbiya 2024-cü ilin əvvəlində Azərbaycanın təbii qazının tədarükün�

arrow Ətraflı
Azərbaycanda yeni cərimələr olacaq like
  • 04 Fev 20:12  
Digərləri Azərbaycanda yeni cərimələr olacaq

Müvafiq icazə olmadan radioelektron vasitələrin layihələndirilməsi, qura�

arrow Ətraflı
Yəqin məqamı like
  • 04 Fev 20:10  
Digərləri Yəqin məqamı

عن ابی الحسن الرضا (علیه السلام): " أَحْسِن

arrow Ətraflı