“Zəhra anasının paltarlarını qucaqlayır”


Şou-biznes 04 Fev 2023 18:30:00 236 0

“Zəhra anasının paltarlarını qucaqlayır”

"Zəhra evlərində atasının yanındadır. Uşağın ürəyi partlayır. Mən onu başa düşürəm. Allah heç bir balaya göstərməsin. Mən də anama çox bağlı idim. Uşaq olanda anamla atam gedib Amerikada 6 ay qaldılar. Biz də iki bacı, iki qardaşıq, bibilərimizlə qaldıq. O qədər darıxmışdım ki, onlar üçün arıqlamışdım. Hələ bilirdim ki, anam gələcək. Zəhra bilir ki, anası qayıtmayacaq, onu yalnız seriallarda görür".

Son.az olay-a istinadən xəbər verir ki, bu sözləri TikTok-da canlı yayım zamanı Əməkdar artist Ülviyyə Əliyeva mərhum həmkarı və rəfiqəsi Tünzalə Əliyevanın övladı haqda deyib. O bildirib ki, Zəhra hər gün anasına görə onun son çəkildiyi serialı izləyir:

"Hər gün "Qaratikən" serialına baxır. Çox pis şeydir. Haradasa 11 gündür rəhmətə gedib. Uşaq arıqlayıb. Röyala deyirəm ki, toppuş elə bil arıqlayıb. Dərdini içində çəkir. Dünən Dilarə (Əməkdar artist Dilarə Əliyeva, - red.) həmin serialdan danışdı. Soruşdu ki, Zəhra, "Qaratikən"də ən çox kimə gülürsən, kim xoşuna gəlir? Deyir ki, anam. İndi onun anaya bağlı olan, onu qucaqlayan vaxtıdır. Amma anasının paltarlarını qucaqlayır. Uşağın üzünə heç baxa bilmirsən. Nə vaxt yanına gedirəm, ancaq anasından danışmaq istəyir. Hər şeydə onu axtarır. Ata nə qədər baxsa da, uşaq anadan yetim qalır".

Aktrisa həmçinin Xalq artisti Afaq Bəşirqızının Zəhra üçün fond yaradılması təklifindən də söz açıb:

"Afaq xanım sənət adamlarına müraciət etmişdi. Ona görə ki, 3 mərasimini, dəfnini Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra hakimiyyəti boynuna götürmüşdü. Allah onlardan razı olsun. Sənət yoldaşları mərasimdə el adəti ilə dəftər soruşdular ki, pul yazılsınlar. Biz dedik ki, pul yığılmır. Çünki ayıb olar ki, Nazirlik əziyyət çəkib mərasim verir, biz də dəftər qoyub pul yığaq. Onda da demişdilər ki, biz kömək olmaq istəyirik. O zaman Afaq xanım bu təklifi irəli sürdü ki, sənət yoldaşlarından kim istəyirsə, fond yaradılsın, Zəhra üçün ora pul yığılsın. Həmin məbləğ də banka yüklənsin, ehtiyacı olanda atası oradan çıxartsın. Yaxud da 18 yaşına çatanda onun təhsili üçün xərclənsin.

"Instagram"da mavi işarə ödənişli olacaq like
  • 04 Fev 18:22  
Digərləri "Instagram"da mavi işarə ödənişli olacaq

"Instagram" sosial şəbəkəyə ödənişli istifadəçi təsdiqi mex

arrow Ətraflı
Evli cütlük 150 ​​pişiyin əhatəsində ölü tapılıb  FOTO like
  • 04 Fev 17:55  
Dünya Evli cütlük 150 ​​pişiyin əhatəsində ölü tapılıb FOTO

İngiltərədə ailəli cütlük evlərində 150 ​​pişiyin əhatəsində ö

arrow Ətraflı
Azərbaycan və Monteneqro hava əlaqələri haqqında Saziş imzaladı like
  • 04 Fev 17:22  
Digərləri Azərbaycan və Monteneqro hava əlaqələri haqqında Saziş imzaladı

Bu gün ölkəmizdə səfərdə olan Monteneqro Hökumətinin vitse-prezidenti,

arrow Ətraflı
Nüsrətin restoranındakı qadını “İnterpol” axtarırmış  Sabiq Prezidentin qızıdır like
  • 04 Fev 17:11  
Digərləri Nüsrətin restoranındakı qadını “İnterpol” axtarırmış Sabiq Prezidentin qızıdır

Türkiyəli tanınmış aşpaz Nüsrət Gökçenin Dubaydakı restoranında qona

arrow Ətraflı
Xarici səyyahlar Füzulidə minalardan təmizləmə prosesi ilə tanış olublar  FOTO like
  • 04 Fev 16:55  
Digərləri Xarici səyyahlar Füzulidə minalardan təmizləmə prosesi ilə tanış olublar FOTO

Xarici səyahətçilərdən ibarət nümayəndə heyətinin Azərbaycanın işğ

arrow Ətraflı
"Rusiya vətəndaşı olduğuma görə utanıram" like
  • 04 Fev 16:27  
Şou-biznes "Rusiya vətəndaşı olduğuma görə utanıram"

2013-cü ildə Rusiyaya köçən və vətəndaşlıq alan fransalı aktyor Jera

arrow Ətraflı
Kartlarda olan pullar vergiyə cəlb olunacaq? like
  • 04 Fev 16:16  
Digərləri Kartlarda olan pullar vergiyə cəlb olunacaq?

"Bu il fevralın 1-dən etibarən fiziki şəxslərin əmanəti üzrə öd�

arrow Ətraflı
Baxmutda könüllü xidmət göstərən amerikalı həkim həlak olub like
  • 04 Fev 16:05  
Dünya Baxmutda könüllü xidmət göstərən amerikalı həkim həlak olub

Ukraynanın Donetsk vilayətinin Baxmut şəhərində dinc əhaliyə yardım ed�

arrow Ətraflı
Türkiyə ordusu İraqın şimalında 3 terrorçunu zərərsizləşdirdi like
  • 04 Fev 15:54  
Digərləri Türkiyə ordusu İraqın şimalında 3 terrorçunu zərərsizləşdirdi

Türkiyə ordusu İraqın şimalında 3 PKK terrorçusunu zərərsizləşdirib.

arrow Ətraflı
“Prezidentin ayırdığı 9 milyonu nazirlik “hop” deyib yedi” like
  • 04 Fev 15:43  
Kriminal “Prezidentin ayırdığı 9 milyonu nazirlik “hop” deyib yedi”

Son günlər Azərbaycan Kinematoqrafçılar İttifaqındakı kütləvi istefal

arrow Ətraflı
bp "Şahdəniz"də daha 3 quyunu istismara verməyi planlaşdırır  Qeri Cons like
  • 04 Fev 15:32  
Digərləri bp "Şahdəniz"də daha 3 quyunu istismara verməyi planlaşdırır Qeri Cons

bp bu il "Şahdəniz" qaz-kondensat yatağında daha 3 quyunu istismar

arrow Ətraflı
Qəfildən bütünlüklə yoxa çıxan göl  FOTO like
  • 04 Fev 15:20  
Digərləri Qəfildən bütünlüklə yoxa çıxan göl FOTO

Rusiyada göl qəfil şəkildə bütövlükdə yoxa çıxıb. Söhbət Yakutiya

arrow Ətraflı
“Şou əhli ailəvi dost olandan sonra birbirinin zibillərini mediaya yayırlar”  VİDEO like
  • 04 Fev 15:11  
Digərləri “Şou əhli ailəvi dost olandan sonra birbirinin zibillərini mediaya yayırlar” VİDEO

"Bizdə şou-biznes əhli bir-biri ilə dost olurlar, sonra da düşmənə

arrow Ətraflı
Beynəlxalq səyyahlar Şuşada uşaqlara hədiyyələr veriblər  FOTO like
  • 04 Fev 15:10  
Digərləri Beynəlxalq səyyahlar Şuşada uşaqlara hədiyyələr veriblər FOTO

Hazırda Şuşada olan xarici qonaqlar yerli uşaqlara hədiyyələr veriblər.

arrow Ətraflı
Azərbaycanda yeni cərimələr müəyyənləşdi like
  • 04 Fev 15:02  
Siyasət Azərbaycanda yeni cərimələr müəyyənləşdi

Müvafiq icazə olmadan radioelektron vasitələrin layihələndirilməsi, qura�

arrow Ətraflı