Meksikada erməni böhtanları növbəti dəfə


Siyasət 04 Fev 2023 08:24:00 249 0

Meksikada erməni böhtanları növbəti dəfə

Meksikanın Miçoakan ştatının aparıcı mətbu orqanlarından olan "Quadratin" qəzetində səfir Məmməd Talıbovun Meksika Deputatlar Palatasında fəaliyyət göstərən Meksika-Ermənistan parlamentlərarası dostluq qrupunun sədrinin Ermənistana səfərindən sonra yayılmış böhtan xarakterli məlumata geniş cavab müsahibəsi dərc olunub, həmçinin internet səhifəsində qısa video reportaj yayımlanıb.

Bu barədə Azərbaycanın Meksikadakı səfirliyindən məlumat verilib.

Yazıda ilk olaraq Ermənistan tərəfinin Meksika ictimaiyyətinin regiondakı vəziyyətə o qədər də agah olmamasından istifadə edərək riyakarcasına böhtan xarakterli məlumatlar yaydığı qeyd olunur.

Daha sonra müsahibədə keçmiş münaqişənin tarixi, Azərbaycanın 20% yaxın torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi, 200 minə yaxın azərbaycanlının etnik təmizləməyə məruz qalması, 1 milyona yaxın azərbaycanlının Ermənistan və işğal olunmuş ərazilərdən qovulması, Ermənistanın BMT Təhlükəsizlik Şurasının Azərbaycan ərazilərinin qeyd-şərtsiz azad edilməsini tələb edən qətnamələrinə heç bir zaman məhəl qoymaması, 2020-ci ildə ölkəmizin öz ərazilərini 30 illik erməni işğalından azad etdiyi 44 günlük Vətən Müharibəsinin nəticələri, torpaqlarımızın dağıdılması, talan edilməsi, kütləvi şəkildə minalanması barədə məlumat verilir.

Yazıda həmçinin, Azərbaycan hökuməti tərəfindən 1 milyona yaxın qaçqın və məcburi köçkünün öz evlərinə təhlükəsiz qayıtmasının təmin edilməsi üçün işğaldan azad edilmiş ərazilərdə geniş quruculuq və bərpa işlərinin aparıldığı, həmçinin, Azərbaycan tərəfindən sərhədlərin delimitasiyası və demarkasiyası, habelə regionda kommunikasiyaların açılması, işğalçılıq siyasətinə baxmayaraq, Ermənistanla sülh sazişinin imzalanması istiqamətində konstruktiv addımların atıldığı barədə məlumat verilir, lakin Ermənistanın müxtəlif təxribatlarla sülh sazişinin imzalanmasına mane olduğu vurğulanır.

Müsahibədə, Ermənistan tərəfinin 10 noyabr 2020-ci il tarixli bəyanatın müddəalarına zidd olaraq, Laçın yolundan həm hərbi təxribatlar, həm də qeyri-qanuni iqtisadi fəaliyyət üçün istifadə etdiyi, Azərbaycan ərazilərindəki təbii sərvətləri, xüsusən qızıl və mis-molibden yataqlarını talan etdiyi, Azərbaycan ərazilərinin məqsədyönlü şəkildə minalanmasına davam etdiyi, həmin ərazilərdən 2021-ci ildə Ermənistanda istehsal edilmiş minaların aşkar edildiyi, məhz Ermənistanın davam edən təxribatları nəticəsində 2020-ci il Vətən müharibəsinin başa çatmasından etibarən bu günədək 268 vətəndaşımız mina partlayışından zərər çəkdiyi, onlardan 3 nəfər jurnalist daxil 45 nəfərin həlak olduğu meksikalı oxucuların diqqətinə çatdırılır.

Yazıda həmçinin, 2020-ci ilin noyabr ayında imzalanmış üçtərəfli bəyanata uyğun olaraq, Azərbaycan ərazisində Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti olaraq yerləşdirildiyi, Ermənistanın sözügedən bəyanata zidd olaraq, özünün silahlı qüvvələrini Azərbaycan ərazisindən indiyədək çıxarmadığı qeyd olunur, habelə Azərbaycan ərazilərində qanunsuz olaraq separatist qruplaşmaların maliyyələşdirilməsi üçün əhalisi yoxsulluqdan əziyyət çəkən Ermənistan tərəfindən yüz milyonlarla dolların xərcləndiyi vurğulanır.

Sonda işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma və bərpa işləri barədə məlumat verilir, orada bu günə kimi artıq iki beynəlxalq hava limanının tikildiyi, 700 kilometrdən çox yolun salındığı, məktəblərin, ağıllı kəndlərin açıldığı, ilk məcburi köçkünlərin öz evlərinə qayıtdığı qeyd olunur. Həmçinin, Meksikanın hər zaman beynəlxalq hüququn normalarına sadiq ölkə kimi keçmiş münaqişə zamanı Azərbaycanın ərazi bütövlüyünü tanıyan rəsmi mövqeyinin yüksək qiymətləndirildiyi bildirilir və bundan sonra da Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından əl çəkməsinə çağırılması və Azərbaycanla sülh sazişini imzalaması prosesinə dəstək göstərməsinin vacibliyi vurğulanır.

“Regionda gərginlik artır, ABŞ və Türkiyənin istəyi...” like
  • 04 Fev 08:23  
Siyasət “Regionda gərginlik artır, ABŞ və Türkiyənin istəyi...”

"ABŞ-ın gəlib bölgəyə girməsi ilə bağlı biz real addımları gör

arrow Ətraflı
Salvadorda 40 min yerlik nəhəng like
  • 04 Fev 08:22  
Dünya Salvadorda 40 min yerlik nəhəng

Salvadorda 40 min yerlik meqa həbsxana açılıb.

arrow Ətraflı
Süni mayalanma üçün vaxtın seçilməsi like
  • 04 Fev 08:21  
Digərləri Süni mayalanma üçün vaxtın seçilməsi

Süni mayalanma lazım gəldikdə qadın və kişinin sağlamlığının diqqət

arrow Ətraflı
Ukrayna Aİyə üzvlüklə bağlı danışıqlara like
  • 04 Fev 08:20  
Siyasət Ukrayna Aİyə üzvlüklə bağlı danışıqlara

"Ukrayna Aİ-yə üzvlüklə bağlı danışıqlara 2023-cü ildən başlay

arrow Ətraflı
İran dişləyə bilər, təxribat hazırlayır – like
  • 04 Fev 08:18  
Siyasət İran dişləyə bilər, təxribat hazırlayır –

İranın davranış tərzi onun sadəcə olaraq küncə sıxışdırılması il�

arrow Ətraflı
Suraxanıda motosiklet qəzasında sürücü like
  • 04 Fev 08:17  
Digərləri Suraxanıda motosiklet qəzasında sürücü

Bakının Suraxanı rayonunda 23 yaşlı gənc yol-nəqliyyat hadisəsi zamanı

arrow Ətraflı
Anemiya nədir? like
  • 04 Fev 08:15  
Digərləri Anemiya nədir?

Anemiya qanın vahid həcmində hemoqlabinin miqdarının azalmasıdır ki ,bu d

arrow Ətraflı
Aİ Rusiyaya qarşı 10 milyard avroluq like
  • 04 Fev 08:14  
Digərləri Aİ Rusiyaya qarşı 10 milyard avroluq

Brüsselin fevralın 24-dək tətbiq etməyi planlaşdırdığı Aİ-nin Rusiyay

arrow Ətraflı
"Zaminbank"ın ən vəzifəli şəxsinin cəzası yüngülləşdirildi like
  • 04 Fev 08:13  
Digərləri "Zaminbank"ın ən vəzifəli şəxsinin cəzası yüngülləşdirildi

"Zaminbank" ASC-nin Müşahidə şurasının sabiq sədri Nadir İsmay

arrow Ətraflı
Peqova qarşı ittiham irəli like
  • 04 Fev 08:12  
Siyasət Peqova qarşı ittiham irəli

Ukrayna Baş Prokurorluğu rusiyalı hərbi müxbir, "WarGonzo" layih�

arrow Ətraflı
Beyin exinokokkozu like
  • 04 Fev 08:11  
Digərləri Beyin exinokokkozu

Beyin exinokokkozu exinokokk tərəfindən törədilir. Bu zaman beyində exinok

arrow Ətraflı
Kanada Rusiyanın bu müğənnilərinə like
  • 04 Fev 08:10  
Siyasət Kanada Rusiyanın bu müğənnilərinə

Kanada Nikolay Baskov, Mixail Boyarski, Oleq Qazmanov və bir neçə rus ifaçı

arrow Ətraflı
Paşinyan ermənilərə Azərbaycan vətəndaşlığı t like
  • 04 Fev 08:08  
Siyasət Paşinyan ermənilərə Azərbaycan vətəndaşlığı t

Ermənistan hökuməti Baş nazir Nikol Paşinyanın nəzarətində olan "H

arrow Ətraflı
Ağrı nədir? like
  • 04 Fev 08:05  
Digərləri Ağrı nədir?

Ağrı insanın həyata gəldiyi gündən mövcud olan və insanın həyat fəal

arrow Ətraflı
Rusiyalıların pulları və əmlakı Ukraynaya like
  • 04 Fev 08:04  
Siyasət Rusiyalıların pulları və əmlakı Ukraynaya

ABŞ ilk dəfə olaraq Ukraynanın xeyrinə rusiyalıların aktivlərini müsadi

arrow Ətraflı