“Toyuq əti və yumurta yenə bahalaşacaq”


Digərləri 03 Fev 2023 20:31:00 193 0

“Toyuq əti və yumurta yenə bahalaşacaq”

Yaxın vaxtlarda Azərbaycanda toyuq əti və yumurtanın qiymətində bahalaşma ola bilər.

Bu barədə bizim.media-ya açıqlamasında Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin sədri Mürvət Həsənli deyib.

Onun sözlərinə görə, əgər quş yemi üçün qoyulan ƏDV götürülməzsə, gələn aylardan qiymətlərdə artım qaçılmaz olacaq:

"Quşçuluq fabriklərində yumurta və toyuq əti istehsalı kifayət qədər yüksəkdir. Hazırda süfrə yumurtası istehsalı 120-130 faizin üzərindədir. Toyuq əti istehsalı isə 88 faizə yaxın olur, ilin sonuna kimi rəqəm 100 faizi üstələyəcək. Xarici ölkələrdən Qətərə, Səudiyyə Ərəbistanına, Birləşmiş Ərəb Əmirliklərinə, Əfqanıstana, İraqa, İsrailə yumurta ixracımız var və yaxın günlərdə Belçikaya da ixrac olunacaq. Ət istehsalında da bir problem yoxdur. Hazırda yumurtanın qiyməti 16-17 qəpikdir".

Mürvət Həsənli bildirib ki, keçən il ƏDV-nin qaldırılması qiymətin ucuzlaşmasına səbəb olub: 

"Yanvarın 1-dən soya üçün ƏDV təkrar bərpa olunub. Ümid edirik ki, yaxın günlərdə ƏDV-nin təkrar ləğvi məsələsi öz həllini tapacaq. Bir kiloqram ətin maya dəyərinin 68-70 faizində yemin qiyməti rol oynayır. Təbii ki, yemin qiymətində bahalaşma olacaqsa, ətə də təsir edəcək". 

M.Həsənli bildirib ki, toyuq yemləri daha çox Rusiya, Ukrayna, Argentina, Braziliya, Qazaxıstan kimi ölkələrdən gətirilir. Müharibəyə görə Ukrayna və Rusiyadan yemlərin idxalında azalma var:

"Amma digər ölkələrdən idxal edə bilirik. Ötən il kifayət qədər yerli buğda və qarğıdalı istehsalı olub ki, bu da quşçulara kömək edib". 

Qeyd edək ki, Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının 25 üzvü var və hamısı fəaliyyətdədir.

Xatırladaq ki, Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli qərarı ilə "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri"nə dəyişiklik edilmiş, Azərbaycana idxal edilən heyvan yemləri və əlavələri 15 faiz gömrük rüsumundan azad edilmişdi. Lakin sözügedən qərar ötən ilin 31 dekabr tarixinədək qüvvədə olub.

Nazarbayevin qardaşının əlindən 300 min hektar torpağı alınıb like
  • 03 Fev 20:20  
Dünya Nazarbayevin qardaşının əlindən 300 min hektar torpağı alınıb

Qazaxıstanın eks-prezidenti Nursultan Nazarbayevin qardaşı Bolatın əlində

arrow Ətraflı
Gürcüstanı “Avroviziya”da like
  • 03 Fev 20:11  
Digərləri Gürcüstanı “Avroviziya”da

Avroviziya-2023 beynəlxalq mahnı müsabiqəsində Gürcüstanı İru Xeçanova

arrow Ətraflı
İranda hicabsızların şəxsiyyət vəsiqəsi bloklanacaq like
  • 03 Fev 20:00  
Digərləri İranda hicabsızların şəxsiyyət vəsiqəsi bloklanacaq

Hicaba riayət etməyənlərin şəxsiyyət vəsiqəsi bloklanacaq və onlara so

arrow Ətraflı
"Məqsəd bahalaşmasının qarşısını almaqdır" like
  • 03 Fev 19:51  
Digərləri "Məqsəd bahalaşmasının qarşısını almaqdır"

Bugünki Nazirlər Kabinetinin baş soğan və şalot soğanın ixracı müvəqq

arrow Ətraflı
"Azərbaycan qazının Balkan ölkələrinə nəqli üçün heç bir maneə yoxdur" like
  • 03 Fev 19:41  
Digərləri "Azərbaycan qazının Balkan ölkələrinə nəqli üçün heç bir maneə yoxdur"

Azərbaycan qazının Balkan ölkələrinə nəqli üçün yeni sazişlərə eht

arrow Ətraflı
Avropalıların 40 faizi istidən ölübmüş  FOTO like
  • 03 Fev 19:31  
Dünya Avropalıların 40 faizi istidən ölübmüş FOTO

Mütəxəssislər 2015-ci ilin iyun-avqust ayları arasında Avropanın 93 şəh

arrow Ətraflı
Öküz turistlərə hücum etdi  VİDEO like
  • 03 Fev 19:20  
Digərləri Öküz turistlərə hücum etdi VİDEO

Rusiyanın Roza Xutor dağ-xizək kurortunda (Soçi) qəfildən yamacda peyda ol

arrow Ətraflı
Hadisənin yeni sevgilisi  FOTO like
  • 03 Fev 19:11  
Şou-biznes Hadisənin yeni sevgilisi FOTO

Türkiyəli müğənni Hadisənin yeni eşqə yelkən açdığı iddia olunub.

arrow Ətraflı
Mübariz İbrahimov haqqında 90 dəqiqəlik film çəkildi  FOTO like
  • 03 Fev 18:55  
Digərləri Mübariz İbrahimov haqqında 90 dəqiqəlik film çəkildi FOTO

Milli qəhrəman Mübariz İbrahimov haqqında bədii filmi cəkilib. 

arrow Ətraflı
KOBİAnın İdarə Heyətinin sədri ikinci “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb  FOTO like
  • 03 Fev 18:21  
Digərləri KOBİAnın İdarə Heyətinin sədri ikinci “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb FOTO

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin s�

arrow Ətraflı
Bu nömrədən sizə zəng gəlibsə polisə müraciət edin  VİDEO like
  • 03 Fev 18:00  
Digərləri Bu nömrədən sizə zəng gəlibsə polisə müraciət edin VİDEO

Sosial şəbəkələrdə və elan saytlarında bahalı mobil telefonları almaq

arrow Ətraflı
“Şəhid övladlarını öz balalarımdan ayırmıram”  Cəlal Qurbanov  FOTO like
  • 03 Fev 17:58  
Digərləri “Şəhid övladlarını öz balalarımdan ayırmıram” Cəlal Qurbanov FOTO

"Fire Land Production"ın təşkilatçılığı, Şahdağ Turizm Mərk

arrow Ətraflı
"Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolu artıb" like
  • 03 Fev 17:29  
Digərləri "Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolu artıb"

Gərgin enerji böhranının yaşandığı bir dövrdə Azərbaycanın Avropanı

arrow Ətraflı
Yoluxanların sayı açıqlandı like
  • 03 Fev 17:27  
Digərləri Yoluxanların sayı açıqlandı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 24 yeni yolux

arrow Ətraflı