KOBİAnın İdarə Heyətinin sədri ikinci “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb FOTO


Digərləri 03 Fev 2023 18:21:00 166 0

KOBİAnın İdarə Heyətinin sədri ikinci “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb  FOTO

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov 2-ci "Yüksəliş" müsabiqəsinin Mentorluq proqramı çərçivəsində müsabiqənin qaliblərindən olan Hüseyn Mahmudov ilə görüşüb.

KOBİA-dan bildirilib ki, görüşdə "Yüksəliş" müsabiqəsinin qalibini təbrik edən Orxan Məmmədov, gələcək fəaliyyətində ona uğurlar arzulayıb, mentorluq proqramının müsabiqə qalibləri üçün faydalı olduğunu, onların mövcud potensialının inkişafına, hədəflədikləri istiqamət üzrə bilik və bacarıqlarının artırılmasına xidmət etdiyini, proqram çərçivəsində qazandıqları təcrübənin çalışacaqları sahələrdə işin səmərəli təşkilində əhəmiyyətli olacağını vurğulayıb. KOBİA-nın İdarə Heyətinin sədri layihənin idarəçi rəhbərlərindən biri kimi 1 illik fərdi inkişaf planı əsasında müsabiqə qalibi ilə sıx əməkdaşlıq edəcəyini, onunla təcrübəsini bölüşəcəyini və potensialını üzə çıxarmasına kömək edəcəyini bildirib.

2021-ci ildə layihənin idarəçi rəhbərlərindən biri olaraq 1-ci "Yüksəliş" müsabiqəsinin qalibi ilə də Mentorluq proqramında iştirak etdiyini xatırladan O.Məmmədov ötən müddət ərzində müsabiqə qalibi ilə effektiv idarəçilik, böhran menecmenti və digər istiqamətlərdə əməkdaşlıq edildiyini, onun müxtəlif görüş və tədbirlərdə iştirak etdiyini diqqətə çatdırıb. İdarə Heyətinin sədri 2-ci "Yüksəliş" müsabiqəsinin qalibi ilə də səmərəli əməkdaşlığın qurulacağına əminliyini ifadə edib.

Görüşdə müsabiqə qalibi Hüseyn Mahmudov 2-ci "Yüksəliş" müsabiqəsinin Mentorluq proqramı çərçivəsində yeni bacarıqlara yiyələnmək istədiyini, KOBİA-nın İdarə Heyətinin sədrinin təcrübəsindən faydalanaraq, özünü inkişaf etdirməsi üçün yaradılan şəraitə və səmimi qəbula görə təşəkkürünü bildirib.

Xatırladaq ki, "Yüksəliş" müsabiqəsi Azərbaycan Respublikasının Prezidentinin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə 21-51 yaş aralığında, iki illik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan Respublikasının vətəndaşlarını əhatə edir. Müsabiqə 5 mərhələdən - qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Müsabiqə qalibləri idarəçi rəhbərlər (https://yukselish.az/mentors.html) tərəfindən 1 illik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünüinkişaf qrantı əldə edirlər. Növbəti, sayca 3-cü "Yüksəliş" müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 20 dekabr 2022-ci il tarixində Sərəncam imzalanıb.

Bu nömrədən sizə zəng gəlibsə polisə müraciət edin  VİDEO like
  • 03 Fev 18:00  
Digərləri Bu nömrədən sizə zəng gəlibsə polisə müraciət edin VİDEO

Sosial şəbəkələrdə və elan saytlarında bahalı mobil telefonları almaq

arrow Ətraflı
“Şəhid övladlarını öz balalarımdan ayırmıram”  Cəlal Qurbanov  FOTO like
  • 03 Fev 17:58  
Digərləri “Şəhid övladlarını öz balalarımdan ayırmıram” Cəlal Qurbanov FOTO

"Fire Land Production"ın təşkilatçılığı, Şahdağ Turizm Mərk

arrow Ətraflı
"Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolu artıb" like
  • 03 Fev 17:29  
Digərləri "Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolu artıb"

Gərgin enerji böhranının yaşandığı bir dövrdə Azərbaycanın Avropanı

arrow Ətraflı
Yoluxanların sayı açıqlandı like
  • 03 Fev 17:27  
Digərləri Yoluxanların sayı açıqlandı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 24 yeni yolux

arrow Ətraflı
"Üç kuruş"un aktyoru evləndi  FOTO like
  • 03 Fev 17:11  
Şou-biznes "Üç kuruş"un aktyoru evləndi FOTO

Sonuncu dəfə "Üç kuruş" serialında rol alan aktyor Bora Akkaş a

arrow Ətraflı
ABŞ kəşfiyyatından Ukrayna müharibəsi ilə bağlı yeni proqnoz like
  • 03 Fev 16:40  
Dünya ABŞ kəşfiyyatından Ukrayna müharibəsi ilə bağlı yeni proqnoz

"Qarşıdakı 6 ay Rusiyanın Ukraynaya qarşı müharibəsinin yekun nəti

arrow Ətraflı
"Türkiyə Cənubi Qafqazın inkişafı üçün atılan addımlarda səmimidir" like
  • 03 Fev 16:39  
Digərləri "Türkiyə Cənubi Qafqazın inkişafı üçün atılan addımlarda səmimidir"

Türkiyə və Azərbaycan Cənubi Qafqazın inkişafı üçün atılan addımlar

arrow Ətraflı
Marketdə vitrində göstərilən qiymətlə kassadakı qiymət fərqlənərsə, like
  • 03 Fev 16:20  
Digərləri Marketdə vitrində göstərilən qiymətlə kassadakı qiymət fərqlənərsə,

Son dövrlər marketə məhsul almağa daxil olan alıcı vitrində gördüyü q

arrow Ətraflı
“6 milyon manatı mən yox, telekanallar mənimsəyib” like
  • 03 Fev 16:11  
Digərləri “6 milyon manatı mən yox, telekanallar mənimsəyib”

Prezidentin seriallara ayırdığı 6 milyonu mənimsəyən qurumun bəlli oldu�

arrow Ətraflı
"4 kq çəki atmışam, amma bədənimdə yığılma var" like
  • 03 Fev 16:00  
Şou-biznes "4 kq çəki atmışam, amma bədənimdə yığılma var"

"Hər zaman yazırlar ki, Kamilə Babayeva artıq çəki alıb. İndi arıq

arrow Ətraflı
Rumıniya Prezidenti İçərişəhərdə təndir çörəyi yedi  FOTO like
  • 03 Fev 15:51  
Digərləri Rumıniya Prezidenti İçərişəhərdə təndir çörəyi yedi FOTO

Rumıniya Prezidenti Klaus Yohannis fevralın 3-də İçərişəhərlə tanış

arrow Ətraflı
Ziraat Bank Azərbaycan ilə ev sahibi olun! like
  • 03 Fev 15:50  
Digərləri Ziraat Bank Azərbaycan ilə ev sahibi olun!

Ziraat Bank Azərbaycan, Azərbaycan Respublikasının İpoteka və Kredit Zəma

arrow Ətraflı
Baş nazirdən soğanın qiymətinə təsir edəcək qərar like
  • 03 Fev 15:44  
Digərləri Baş nazirdən soğanın qiymətinə təsir edəcək qərar

Baş (adi) soğan və şalot soğanı (yaşıl soğan, habelə örtülü şərai

arrow Ətraflı