İran rejiminin soydaşlarımıza qarşı QƏTLİAM PLANI


Siyasət 01 Fev 2023 14:12:00 185 0

İran rejiminin soydaşlarımıza qarşı QƏTLİAM PLANI

İran molla-fars rejiminin Azərbaycana olan kin-küdurəti günbəgün özünü daha bariz büruzə verməyə başlayır. Biz bunu rəsmi Tehranın son vaxtlar daha intensiv şəkildə Ermənistana etdiyi humanitar, siyasi, iqtisadi, hərbi dəstək baxımından xüsusilə son 2 il ərzində çox aydın müşahidə edirik. Molla rejiminin Ermənistana bir qara qəpiksiz kamikadze dronlar, raketlərlə təchiz etməkdə bir məqsədi var - bu silahlar Azərbaycana, Azərbaycan xalqına qarşı istifadə edilsin. 

Son olaraq Tehrandakı səfriliyimizə edilən terror hücumu və ortaya çıxan mənzərədən də gördük ki, İran rejimi hər yolla Azərbaycana qarşı təhdid, hədə-qorxu gəlməkdən çəkinmir. Son iki gündə ölkəmizdə İranın casus şəbəkəsinə xidmət edən xeyli sayda şəxsin ələ keçirilməsi də deməyə əsas verir ki, molla rejimi Azərbaycanı parçalamaqda, onu bölməkdə tarixən olduğu kimi indi də ən çox maraqlı olan qüvvələrdən biridir. 

Lakin elə məsələlər də var ki, bu sadəcə dövlətə, dövlətçiliyə, rejimə, onun mövcudluğuna qarşı yox, xalqa, millətə qarşı yönəlmiş düşmənçilik siyasətini özündə açıq şəkildə büruzə verir. Elə belə hadisələrdən biri günlər öncə Güney Azərbaycan ərazisində baş verən güclü zəlzələ fonunda ortaya çıxdı. 

Belə ki, güclü zəlzələ nəticəsində Xoyda yaşayan soydaşlarımız qarlı və şaxtalı gecələri küçələrdə ocaq başında keçirmək məcburiyyətində qaldılar. Dağıdıcı zəlzələ nəticəsində minlərlə soydaşımız evsiz qalıb, xeyli sayda yaralı və ölənlər var. Lakin molla-fars rejimi güneyli azərbaycanlıların yaşadığı deyil, digər vətəndaşlarının yaşadıqları ərazilərdəki dağıntıları, fəsadları aradan qaldırmaq, sakinlərə humanitar yardım etmək istiqamətində fəallıqları ilə seçilirlər. 

Onlardan fərqli olaraq molla fars rejimi soydaşlarımıza şaxtalı, qarlı havada şəraitsiz vəziyyətdə uşaq, yaşlı demədən soyuqdan donaraq ölmələri üçün əlindən gələni edir. Mənzərə olduqca acınacaqlıdır. Ailələr övladlarının və yaşlı valideyinlərinin soyuqdan donaraq ölməməsi üçün bütün qalın geyimlərini, üst örtüklərini onlara verdikləri üçün həmin şəxslərin özləri çovğunda dözülməz şəraitdən dünyasını dəyişməyə başlayıb. 

Hətta İran molla rejimi Qızıl Aypara Cəmiyyətinin Türkiyənin Qərbi Azərbaycan əyalətinin Xoy şəhərində zəlzələdən zərər çəkənlərə kömək etmək təklifini qəbul etməyib.

Mola rejimi niyə yardımları qəbul etmir?

⚫️ İslam Respublikasının "köməyə ehtiyacı olmadığını" və problemin öhdəsindən gələcək qədər böyük olduğunu bildirmələri gözdən pərdə asmaqdan başqa bir şey deyil. Böyük ehtimalla molla rejimi Türkiyənin və Azərbaycanın insani yardımını özü üçün təhlükə kimi görür.

Çox güman, hesab edirlər ki, qonşu dövlətlərin yardımı mərkəzi hakimiyyətin zəifliyini nümayiş etdirəcək. Ancaq heç özləri də küçələrdə gecələyən Xoy camaatına kömək etməyə tələsmirlər.

⚫️ Mola-fars rejimi hər vəchlə çalışır ki, İrandakı azərbaycanlıların hər hansı bir yolla mümkün qədər qətliamına səbəb olsun. Bununla da rejimin Azərbaycandan çəkinmələrinə səbəb olan ən böyük "təhlükəni" (40 milyon azərbaycanlı) qismən də aralarında azaltmaq barədə düşündükləri istisna edilmir. 

Bu səbəbdən də İranın dövlət qurumları bilərəkdən zəlzələ nəticəsində evləri dağılan, ərzaq çatışmazlığı yaşayan və soyuqdan əziyyət çəkən vətəndaşlarına yardım etmək əvəzinə, başqalarına da yardıma imkan vermirlər. 

⚫️ Molla rejimi bununla eyni zamanda vətəndaşı olan soydaşlarımıza bir mesaj verir ki, siz proseslərə müdaxilə etmək barədə düşünməyin, bunu heç ağlınızdan keçirməyin. Əks təqdirdə vəziyyətiniz bunlardan da betər ola bilər. 

İstənilən halda, bu, bir daha İrandakı rejimin vətəndaşlarına qeyri-insani münasibətindən xəbər verir. Rejim mövcudluğunu qorumaq üçün vətəndaşlarını qurban etməyi gözə alacaq qədər azğınlaşıb.

Minlərlə insanın aqibəti İranın olmayan mərhəmətinin ümidinə buraxılmamalıdır. Xoyda vəziyyətin bu qədər acınacaqlı, dözülməz həddə çatması son zamanlar qırmızı xətti keçməkdə artıq rekordçu olan Tehranla Bakı arasında yardım məsələsiylə bağlı müəyyən razılıqları ön plana çıxara bilər. Tehranda səfrilik binasına edilən terror hücumuna görə Azərbaycan dövlətinin və xalqının əsas qınaq obyekti olan və şübhəli qismində gördüyü rejim bu iddiaları geri çevirmək üçün Bakının Xoydakı soydaşlarına yardım təklifinə "hə" deyə bilər. 

Amma bu o demək deyil ki, İran molla-fars rejimi Azərbaycana qarşı siyasi ritorikasında hansısa dəyişikliyə gedəcək. Əksinə olaraq rəsmi Tehrandan bundan sonra daha təhlükəli gedişlər istisna edilmir. Çünki İran mollabaşları üçün terror dövlət siyasəti səviyyəsində görülən cinayət əməlidir. Bu səbəbdən Bakı vəziyyəti kontrolda saxlamaq adına və diplomatlarını risk qarşısında qoymamaq üçün səfirliyi bağlamaq qərarı verməkdə tərəddüd etmədi. Azərbaycan bu rejimin dabbağda gönünə bələddir.

Təhməz Əsədov Son.az

Bu küçədə yol hərəkəti nə vaxt tənzimlənəcək? like
  • 01 Fev 14:11  
Digərləri Bu küçədə yol hərəkəti nə vaxt tənzimlənəcək?

İllərdir küçədə işıqfor yoxdur. Quraşdırılan dırnaqarası yol hərə

arrow Ətraflı
Van Dammın azərbaycanlı gəlini Amerikada şok yaşadı: "İlk ayda..." like
  • 01 Fev 14:00  
Digərləri Van Dammın azərbaycanlı gəlini Amerikada şok yaşadı: "İlk ayda..."

Açıq fikirli mehriban insanlar, kovboylar, möhtəşəm musiqi, azad ruhlar v�

arrow Ətraflı
Binanın həyətində yaşıllıq məhv olub like
  • 01 Fev 13:49  
Digərləri Binanın həyətində yaşıllıq məhv olub

Bir vaxtlar görünüşü ilə göz oxşayan yaşıllıq ərazidən indi əsər-

arrow Ətraflı
Saakaşvilinin SON HALI like
  • 01 Fev 13:40  
Dünya Saakaşvilinin SON HALI

Tbilisi Şəhər Məhkəməsində Gürcüstanın həbsdə olan üçüncü Prezi

arrow Ətraflı
Azərbaycanlı ana molla rejiminə ÜSYAN ETDİ: "Allahdan qorx" like
  • 01 Fev 13:38  
Digərləri Azərbaycanlı ana molla rejiminə ÜSYAN ETDİ: "Allahdan qorx"

Güney Azərbaycanın Xoy şəhərində baş vermiş dağıdıcı zəlzələdən

arrow Ətraflı
“Bu gün güclü kimdirsə, onun yanında olmaq ermənilərin xüsusiyyətidir” like
  • 01 Fev 13:36  
Siyasət “Bu gün güclü kimdirsə, onun yanında olmaq ermənilərin xüsusiyyətidir”

"Erməni təxribatları hələ də davam edir. Ümumiyyətlə ermənilər v

arrow Ətraflı
Prezident: İranın polis və təhlükəsizlik qüvvələri tərəfindən hər hansı ciddi tədbir görülməyib like
  • 01 Fev 13:28  
Siyasət Prezident: İranın polis və təhlükəsizlik qüvvələri tərəfindən hər hansı ciddi tədbir görülməyib

Azərbaycanın İrandakı səfirliyinin mühafizə əməkdaşının qəhrəmanl�

arrow Ətraflı
Xəzər dənizində suyun səviyyəsi azalır like
  • 01 Fev 13:27  
Digərləri Xəzər dənizində suyun səviyyəsi azalır

Son vaxtlar Xəzər dənizində suyun səviyyəsində kəskin azalma müşahidə

arrow Ətraflı
Bu şəxslərin də maaşları artırıldı like
  • 01 Fev 13:22  
Digərləri Bu şəxslərin də maaşları artırıldı

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar D�

arrow Ətraflı
Gündüz çiskinli olacaq, gecəyə doğru isə...  PROQNOZ like
  • 01 Fev 13:19  
Digərləri Gündüz çiskinli olacaq, gecəyə doğru isə... PROQNOZ

Fevralın 2-nə gözlənilən hava proqnozu açıqlanıb.

arrow Ətraflı
“Prezidentin seriallara ayırdığı 6 milyonu yedilər” like
  • 01 Fev 13:18  
Digərləri “Prezidentin seriallara ayırdığı 6 milyonu yedilər”

Aktyor, rejissor Hikmət Rəhimovun "Dikdaban" verilişindəki açıql

arrow Ətraflı
Afaq Hacı Nuranın sirrini canlı efirdə açdı like
  • 01 Fev 13:16  
Şou-biznes Afaq Hacı Nuranın sirrini canlı efirdə açdı

Dünən doğum günü olan aparıcı və xeyriyyəçi Hacı Nuran Məmmədovun g

arrow Ətraflı
Milli.Az 13 yaşında! like
  • 01 Fev 13:12  
Digərləri Milli.Az 13 yaşında!

Bu gün Son.az-ın 13 yaşı tamam oldu. Tam 13 il əvvəl yaranmış sayt o d

arrow Ətraflı
Bakıda yataqxananın tavanı çöküb like
  • 01 Fev 13:05  
Digərləri Bakıda yataqxananın tavanı çöküb

Yataqxananın beton tavanı çöküb. Bura paytaxtın Binəqədi rayonu Ağasad�

arrow Ətraflı
Tehranda gənclər yenidən AYAĞA QALXDI like
  • 01 Fev 12:54  
Digərləri Tehranda gənclər yenidən AYAĞA QALXDI

Ötən gecə Tehranda gənclər yenidən etiraza qalxıb.

arrow Ətraflı