İranda rejim azğınlaşıb, hər şey edir… Mərdani


Dünya 01 Fev 2023 08:47:00 2039 0

İranda rejim azğınlaşıb, hər şey edir…  Mərdani

Son.az Güney Azərbaycan Öyrənci Hərəkatının (AZOH) sözçüsü Əmir Mərdaninin axar.az-a müsahibəsini təqdim edir:

- Azərbaycan Öyrənci Hərəkatının fəaliyyət istiqaməti nədir?

- Milli mənfəətlərin və bütün haqların əldə olunmasını özümüzə hədəf seçmişik. Bu, bizim manifestimizdə də qeyd olunub. Millətin öz müqəddaratını təyinetmə yolunda haqqının bərpa olunmasını istəyirik. Müstəqil Güney Azərbaycana, yaxud da Bütöv Azərbaycana nail olduğumuz günə kimi əlimizdə olan bütün imkanlardan faydalanmağa çalışırıq. Odur ki, AZOH-un gördüyü işlər sırasında İranın daxilində, yaxud da xaricdə aksiyaların keçirilməsi, müxtəlif çap vasitələri ilə paylaşımlarımız, seminar və konfransların təşkili, divar yazılarının yazılması kimi işlərin olduğunu deyə bilərəm. Milli düşüncəyə aid olan sözləri evlərin divarına yazmaq bəlkə adi gələ bilər, amma təsiri böyükdür. Bu işləri hər zaman etmişik. Son 5 ay ərzində İranda vəziyyətin gərginləşməsi ilə vəzifələrimiz daha da artdı. Bunlardan biri Güney Azərbaycanda aksiyaların qurulması idi. Həmçinin, içəridə baş verən hadisələri, xəbərləri geniş şəkildə və sürətlə paylaşmaq lazım idi. Tutulanların son durumunu izləmək və bu barədə medialara bilgi paylaşmaq mühüm olduğundan əsas bu istiqamətdə fəaliyyətimizi davam edirdik.

- Güney Azərbaycanın hansı problemini qabartmısınız?

- Urmu gölünün ekoloji fəlakətə uğramasını gündəmə gətirmək əsas məqsədlərimizdən biri olub. Bunun üçün seminar və konfranslar təşkil etdik. Avropanın 40-a yaxın parlament nümayəndəsi və Amerika Senatının bəzi şəxsləri ilə görüşlərimiz olub. Nəhayət, Avropa Komissiyasından İranın Urmu gölünün qurumasının qarşısını almağa dair bir qərar alınmasına nail olduq. Belə məsələlərdə digər milli fəallarımız da bizimlə birgə olur. Lakin fars müxalifətinin əlində olan media bizim səsimizi batırmaq üçün durmadan çalışır. Avropa Parlamentinin nümayəndələri ilə görüşə getdiyimiz zaman məlum oldu ki, bizim haqqımızda onlara doğru olmayan xəbərlər çatdırılıb. Sonra biz haqlı olduğumuzu isbatlaya bildik. Bütün bu çətinliklərə baxmayaraq, işlərimizi davam etdiririk. Türkiyədə, Şimali Azərbaycanda mütamadi olaraq seminar və iclaslar təşkil edirik. Bu iş birliyimizi dərinləşdirmək niyyətindəyik. Həmçinin, bəzi təşkilatlarla əməkdaşlığımız var. İranda yaşayan qeyri-fars millətlərin təmsil olunduğu qurumlarla da danışıqlarımız olub və onlarla gələcəkdə əməkdaşlıq qurmağa cəhd edirik.

- İranda baş verən son etirazlarda azərbaycanlı tələbələr nə tələb edirdilər?

- Etiraz edən nümayişçilərin yaşı 20-30 arasında idi. Bu etirazlara qatılanların çoxu da tələbədir... Həmçinin, Güney Azərbaycanda baş tutan aksiyalarda da ön sırada gənclər və tələbələr idi. Tələbələrin bu fəallığı hər zaman olub. Güney azərbaycanlı gənclərin aktivliyini İranda baş verən bütün etirazlarda görə bilərik. Fars və ya qeyri-fars millətlərə baxdığımızda onların etirazlardakı fəallığı haqqında birmənalı danışmaq olmur. Amma azərbaycanlılar, istisnasız olaraq, ön sıradadılar. "Traktor"un oyunlarına onminlərlə azarkeş qatılır. Onlar da milli şüarlar səsləndirir. Oyunu izləyənlərin çoxu gənc və tələbələrdir. Fəallıq göstərdiyi üçün tutulanlar arasında tələbələrin sayı çox olur. Etirazlarda daha çox dörd tələbimizin həyata keçirilməsini istəyirdik. Bunlar gender bərabərliyi, dini tolerantlıq, hakimiyyətdə təmsil olunan bir qrup oliqarxın ölkə sərvətlərini mənimsəməsinə son qoymaq, qeyri-farslara olan ayrı-seçkilik siyasətinin qarşısını almaqdır. Tələblərimiz qəti idi və haqlarımızın bərpası yolunda ölən, tutulan və hələ də xəbər ala bilmədiyimiz öyrəncilərimiz oldu.

- Təbriz Universitetinin tələbəsi Aylar Həqqinin qatillərinin nə vaxtsa cəzalanacığına ümid edirsinizmi?

- Aylar Həqqinin qatillərinin nə vaxtsa cəzalandırılması bu rejimdə mümkün olmayacaq. Bu, birinci dəfə deyil və təəssüf ki, sonuncu da olmayacaq. Bənzər hadisələr çox olub. Hətta qətl törədən şəxslər bəlli olsa da, onlara heç bir cəza verilməyib. 2006-cı il may qiyamında bizim bir çox şəhidimiz oldu. Qatilləri məlum idi, ailələr şikayət edib, onların cəzalandırlmasını istədilər. Məcbur qalıb bu işləri görən şəxslərin adlarını açıqladılar, lakin cəza vermədilər. Deməli, bu sistem heç bir zaman istəmir ki, öz adamlarını mühakimə etsin. Yeri gələndə gənclərin qatilləri mükafatlandırılır və vəzifələrini artırırlar.

- Hələ də İran həbsxanlarında etirazlar fonunda saxlanılan, həmçinin universitetdən xaric edilən tələbələr var...

Abramoviç “Çelsi”nin satışından əldə olunan gəliri Ukraynaya verəcək like
  • 01 Fev 08:42  
Dünya Abramoviç “Çelsi”nin satışından əldə olunan gəliri Ukraynaya verəcək

"Çelsi"nin satışından əldə edilən 2,3 milyard funt sterlinq Ukr

arrow Ətraflı
Rusiya Suma raket zərbəsi endirdi: yaralılar var like
  • 01 Fev 07:57  
Dünya Rusiya Suma raket zərbəsi endirdi: yaralılar var

Rusiya Ukraynanın Sum rayonunda dövlət müəssisələrindən birinə raket z�

arrow Ətraflı
Sabiq prezident viza üçün ABŞyə müraciət edib like
  • 01 Fev 07:52  
Dünya Sabiq prezident viza üçün ABŞyə müraciət edib

Braziliyanın keçmiş prezidenti Jair Bolsonaru altı aylıq ABŞ vizası üç�

arrow Ətraflı
Avropada Rusiya səfiri qalmamalıdır  Nazir like
  • 01 Fev 07:46  
Dünya Avropada Rusiya səfiri qalmamalıdır Nazir

Bir çox hallarda hansısa Avropa paytaxtında Rusiya səfirinin olmasının o q

arrow Ətraflı
Fransa Ukraynaya 12 "Sezar" özüyeriyən artilleriya qurğusu verəcək like
  • 01 Fev 07:26  
Dünya Fransa Ukraynaya 12 "Sezar" özüyeriyən artilleriya qurğusu verəcək

Fransa Ukraynaya 12 "Sezar" özüyeriyən artilleriya qurğusu tədar�

arrow Ətraflı
Rita səhnəyə elə geyimdə çıxdı ki...  Alt paltarı göründü  FOTO like
  • 01 Fev 04:22  
Şou-biznes Rita səhnəyə elə geyimdə çıxdı ki... Alt paltarı göründü FOTO

Müğənni Rita Ora Londonun "Heaven" gecə klubunda həyat yoldaşın

arrow Ətraflı
Mələkxanım Xalq artistləri ilə arxiv görüntüsünü paylaşdı  VİDEO like
  • 01 Fev 03:44  
Şou-biznes Mələkxanım Xalq artistləri ilə arxiv görüntüsünü paylaşdı VİDEO

Xalq artisti Mələkxanım Eyubova sosial şəbəkə hesabında arxiv görüntü

arrow Ətraflı
İki dəfə həbs olundu, oğluna ölüm hökmü verdilər  Səttarxan haqqında bilmədiklərimiz...  FOTO like
  • 01 Fev 02:22  
Kriminal İki dəfə həbs olundu, oğluna ölüm hökmü verdilər Səttarxan haqqında bilmədiklərimiz... FOTO

Kulis.az Məşrutə inqilabının görkəmli xadimi, əsas liderlərindən biri

arrow Ətraflı
Bürclərin pula münasibəti – Xəsis buğalar, bədxərc qoçlar... like
  • 01 Fev 01:44  
Digərləri Bürclərin pula münasibəti – Xəsis buğalar, bədxərc qoçlar...

Pul deyəndə hər kəs fərqli düşünür. Kimisi pul yığmaq qabiliyyəti il

arrow Ətraflı
İranın terror siyasətinin növbəti təzahürü  Azərbaycan like
  • 01 Fev 00:06  
Siyasət İranın terror siyasətinin növbəti təzahürü Azərbaycan

Xəbər verdiyimiz kimi 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səh�

arrow Ətraflı
Günün qoroskopu: Gəlir əldə edə bilərsiniz like
  • 01 Fev 00:01  
Digərləri Günün qoroskopu: Gəlir əldə edə bilərsiniz

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
Qəbirlər hər gün 5 kəlmə ilə insanı çağırar like
  • 31 Yan 23:55  
Digərləri Qəbirlər hər gün 5 kəlmə ilə insanı çağırar

Qəbir - insanın gedəcəyi son mənzil və axirətə açılan qapıdır. İnsa

arrow Ətraflı
Abramoviçə 2,3 milyardlıq like
  • 31 Yan 23:53  
Siyasət Abramoviçə 2,3 milyardlıq

Böyük Britaniya hökuməti rusiyalı oliqarx Roman Abramoviçin "Çelsi&q

arrow Ətraflı
Ermənistan bu yolla milyardlar qazanır like
  • 31 Yan 23:52  
Digərləri Ermənistan bu yolla milyardlar qazanır

Ermənistan artıq bir neçə aydır dünyaya yeni hekayə yaymağa çalışır

arrow Ətraflı
Saakaşvili: Gürcüstanda siyasətlə məşğul like
  • 31 Yan 23:51  
Siyasət Saakaşvili: Gürcüstanda siyasətlə məşğul

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili Vahid Milli Hərəkat Partiyas�

arrow Ətraflı