İranın terror siyasəti onu məhvə aparır TƏHLİL


Digərləri 29 Yan 2023 13:00:00 227 0

İranın terror siyasəti onu məhvə aparır  TƏHLİL

Xəbər verdiyimiz kimi 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar.

Hadisə baş verəndən İran tərəfi müxtəlif aldadıcı variantlar səsləndirməyə başladı. Gah Azərbaycan səfirliyinə hücum edənin yanında uşaqlarının olduğunu, gah hadisənin ailə-məişət zəmnində baş verdiyi kimi cəfəng iddalar səsləndirildi. Hücum anının görüntüləri yayıldıqdan sonra isə İran tərəfinin bütün iddialarının yalan olduğu məlum oldu.

Bu hadisədən sonra onsuz da xaosun içərisində batan İran daha da çalxalanmağa başladı. Dünəndən etibarən İranın terror siyasətinə cavab olaraq ayrı-ayrı qruplar tərəfindən ölkənin müxtəlif vilayətlərində hücumlar həyata keçirildi.

Həmçinin, aylardır, İranın bütün şəhər və kəndlərində davam edən etiraz aksiyaları daha da şiddətlənib və bəzi yerlərdə hətta iğtişaşlar halını alıb. Molla rejimindən, onun siyasətindən və yanlış idarəçiliyindən cana doyan əhali həbs olunmasına, edam edilməsinə baxmayaraq, mübarizələrini davam etdirirlər.

Əlbəttə, bir çox beynəlxalq təşkilatlar, dövlətlər və qurumlar haqlı olaraq Azərbaycan səfirliyinə qarşı tətbiq edilən bu terror əməlini şiddətlə pislədi və bunda birbaşa olaraq mövcud İran hakimiyyəti qınanıldı. Artıq heç bir bəhanə İran rejimini bu məsuliyyətdən yayındıra bilməz.

Beləliklə, hazırda İranda hökm sürən qeyri-ictimai-siyasi sabitlik özünün ən pik həddinə çatıb. Bu vəziyyət molla rejiminin çöküşünü hər gün daha da yaxınlşadırır.

Azərbaycan səfirliyinə xain hücumla bağlı Trend-ə açıqlama verən Milli Məclisin deputatı Sevinc Hüseynova qeyd edib ki, İrandakı Azərbaycan səfəriliyinə edilən terror hücumuna görə məsuliyyət bilavasitə İranın üzərinə düşür. Azərbaycan cəmiyyəti bu hadisəni qəti şəkildə pisləyir və hesab edirəm ki, İranın ali rəhbərliyi Azərbaycan xalqından üzr istəməlidir.

"Vyana Konvensiyasının müddəaları kobud şəkildə pozulub. Hadisə ciddi şəkildə araşdırılmalı və cinayətkar, onun arxasında dayananlar öz cəzasını almalıdır. Azərbaycan dövləti məsələnin obyektiv araşdırılmasını gözləyir. Lakin buna ümid çox azdır. Belə ki, İran həmişə terror dəstək verən bir ölkə kimi tanınır. İranda səfirliklərə, diplomatik nümayəndəliklərə, həmçinin xarici vətəndaşlara qarşı hücumların olması ilə bağlı çoxsaylı faktlar mövcuddur. Ona görə də səfirliyimizə qarşı törədilən terror hadisəsinin obyektiv araşdırılmasına böyük şübhələr var. Yayılan məlmatlardan da görünür ki, hadisəni törədən Yasin Hüseynzadə İran vətəndaşıdır və o, İranın xüsusi xidmət orqanları, xüsusilə də SEPAH-la əlaqəli olan bir şəxsdir. Əgər səfirliyin öz mühafizəsi terrorçunun qarşısını almasaydı, bütün səfirlik əməkdaşları qətlə yetirilə bilərdi. Yayılan videogörüntülərdən də görünür ki, İran polisi terror hücumun qarşısını almaq üçün heç bir cəhd göstərməyib və hazırda da hər hansı bir operativ addımların atılması müşahidə olunmur.

İran tərəfi hadisənin məsuliyyətini üzərindən atmaq üçün hadisənin mahiyyətini təhrif etməyə çalışır. Guya ki, bu hadisə məişət zəminində baş verib. İran tərəfi terrorçunun həmin əraziyə uşaqla gəlməsi və s. kimi yalan məlumatlar yayır. Bütün bunlar yalandır və İran xüsusi xidmət orqanları ilə bağlı olan terrorçunun hədəfdən yayındırılması məqsədi güdür. Cinayətkar mütləq öz cəzasını almalıdır", - deyə o əlavə edib.

Milli Məclisin deputatı Cavid Osmanov isə bildirib ki, İranda heç bir səfirliyin, diplomatik nümayəndəliyin, eyni zamanda, Azərbaycan səfirliyinin toxunulmazlığına heç bir zəmanət yoxdur.

"Çünki indiki hakimiyyət terror hadisələrini törədənlərin, terror təşkilatı yaradanların arxasında duran qüvvələrdir. İranda indiyə qədər bir çox səfirliklərə, diplomatik nümayəndəliklərə, xarici vətəndaşlara qarşı terror hadisələri törədilib. Azərbaycan səfirliyində də törədilən bu terror hadisəsi cəmiyyətimizi çox ciddi narahat edir. Azərbaycan tərəfi İran tərəfindən bu terror hadisəsini obyektiv araşdırmağı gözləyir, ancaq buna da ümid yoxdur. İranın Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirməsi, əsassız ittihamlar səsləndirməsi, Azərbaycanla münasibətləri gərginləşdirməsi fonunda bunlar heç də ümidverici deyil", - deyə deputat əlavə edib.

C.Osmanov vurğulayıb ki, hadisəni törədən şəxs Yasin Hüseynzadə İran vətəndaşıdır. "Əlbəttə ki, birmənalı qeyd etmək olar ki, onun İranın xüsusi xidmət orqanları ilə, xüsusilə də SEPAH-la əlaqəli olduğuna dair çox böyük şübhələr var.

Səfirliyimizin mühafizəçisi terrorun qarşısını almasaydı, terrorçu səfirliyin bütün əməkdaşlarını qətlə yetirəcəkdi.

İsrailin Azərbaycandakı keçmiş səfiri Artur Lenk öz tvitter hesabında etdiyi paylaşımında vurğulayıb ki, İsrail Azərbaycanın İrandakı diplomatik missiyasına hücumu kəskin şəkildə qınayır.

"Necə dəhşətlidir. Azərbaycanın Xarici İşlər Nazirliyinə dərin hüznlə başsağlığı verirəm. Kimsə bunun niyə İranda baş verdiyinə təəccübləndi?", - deyə o qeyd edib.

Nəticə etibarı ilə İranda Azərbaycan səfirliyinə edilən xain hücum birbaşa İran rejiminin günahıdır və bəlkə də öz təşkilatçılığı ilə baş tutub. Bu terror molla rejiminin Azərbaycan dövlətinə və xalqına bəslədiyi düşmənçilik siyasətindən qaynaqlanır. İran daim terrora dəstək verən ölkə kimi tanınıb, burada tarixən terrorçular üçün münbit şərait olub. Belə olduğu halda rəsmi Tehran diplomatik korpusların, xarici nümayəndəliklərin təhlükəsizliyinə necə zəmanət verə bilər? Digər tərəfdən İranın ölkəmizə qarşı tutduğu düşmənçilik mövqeyi sirr deyil. Xüsusilə də son iki ildə İran tərəfinin təhdidləri, bizimlə açıq hədə dili ilə danışması məlumdur. Bütün bunlar onu deməyə əsas verir ki, bu gün Azərbaycan səfirliytinə edilən silahlı hücum əvvəlcədən məqsədli şəkildə planlaşdırılmış terror aktıdır.

Ən nəhayət, İranın həyata keçirdiyi terror siyasəti onu məhvə aparır. Bundan qaçış yoxdur!

Trend

Baş nazirin keçmiş müavini vəfat etdi like
  • 29 Yan 12:51  
Digərləri Baş nazirin keçmiş müavini vəfat etdi

Azərbaycan Baş nazirinin sabiq müavini Əsgər Məmmədov vəfat edib.

arrow Ətraflı
Britaniya kəşfiyyatı Rusiyada təhsilin hərbiləşdirilməsi barədə məlumat yaydı like
  • 29 Yan 12:49  
Dünya Britaniya kəşfiyyatı Rusiyada təhsilin hərbiləşdirilməsi barədə məlumat yaydı

Britaniya kəşfiyyatı Rusiya Federasiyasında təhsilin hərbiləşdirilməsi

arrow Ətraflı
Sərdarın 92 milyona satdığı villası  FOTO like
  • 29 Yan 12:40  
Şou-biznes Sərdarın 92 milyona satdığı villası FOTO

Türkiyəli müğənni Sərdar Ortaç İstinye bölgəsində yerləşən villas�

arrow Ətraflı
Terrorçunu zərərsizləşdirən Vasifin əməliyyatdan sonrakı FOTOsu like
  • 29 Yan 12:31  
Digərləri Terrorçunu zərərsizləşdirən Vasifin əməliyyatdan sonrakı FOTOsu

Xəbər verdiyimiz kimi, Azərbaycanın İrandakı səfirliyinə hücum zamanı

arrow Ətraflı
“Taliban” qızların qəbul imtahanlarında iştirakını qadağan etdi like
  • 29 Yan 12:20  
Dünya “Taliban” qızların qəbul imtahanlarında iştirakını qadağan etdi

Əfqanıstanda hakimiyyəti ələ keçirən "Taliban" hərəkatı qız

arrow Ətraflı
Pakistanda avtobus alışdı, 41 nəfər yanaraq öldü like
  • 29 Yan 12:09  
Dünya Pakistanda avtobus alışdı, 41 nəfər yanaraq öldü

Pakistanın Bəlucistan əyalətində avtobus qəzası nəticəsində azı 41 n�

arrow Ətraflı
Xoy və Salmasda məktəblər bağlandı like
  • 29 Yan 12:00  
Digərləri Xoy və Salmasda məktəblər bağlandı

Yanvarın 29-da Güney Azərbaycanın Xoy və Salmas şəhərlərində zəlzəl�

arrow Ətraflı
Çağla yeni sevgilisi ilə paparassilərə hədəf oldu  FOTO like
  • 29 Yan 11:50  
Şou-biznes Çağla yeni sevgilisi ilə paparassilərə hədəf oldu FOTO

Türkiyəli model Çağla Şikəl yeni münasibətə başlayıb.

arrow Ətraflı
Venesuela Azərbaycana başsağlığı verdi like
  • 29 Yan 11:41  
Dünya Venesuela Azərbaycana başsağlığı verdi

Venesuela Tehrandakı səfirliyinə hücumla bağlı Azərbaycana başsağlığ�

arrow Ətraflı
Nikol qadınları orduya yığır: bəs, kişilər hanı? like
  • 29 Yan 11:30  
Digərləri Nikol qadınları orduya yığır: bəs, kişilər hanı?

Ermənistan Baş naziri Nikol Paşinyanın qadınları orduya cəlb etmək qəra

arrow Ətraflı
“Çukur”un aktyoru Şahruddindən danışdı: "Getmə qabağa"  VİDEO like
  • 29 Yan 11:21  
Şou-biznes “Çukur”un aktyoru Şahruddindən danışdı: "Getmə qabağa" VİDEO

Türkiyənin məşhur "Çukur " serialında Celasun obrazını canland

arrow Ətraflı
Mağazanın damını söküb, içəri girib 6500 manat oğurladı  FOTO like
  • 29 Yan 11:10  
Kriminal Mağazanın damını söküb, içəri girib 6500 manat oğurladı FOTO

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əm�

arrow Ətraflı
Yanacaq sərfiyyatının artmasının like
  • 29 Yan 11:01  
Digərləri Yanacaq sərfiyyatının artmasının

Avtomobil sürən şəxsləri maraqlandıran əsas məqamlardan biri yanacaq sə

arrow Ətraflı
Tanınmış klarnet ifaçısı vəfat etdi  FOTO like
  • 29 Yan 10:40  
Digərləri Tanınmış klarnet ifaçısı vəfat etdi FOTO

Tanınmış klarnet ifaçısı Hacı Həmidoğlu vəfat edib.

arrow Ətraflı
Azərbaycanda həkimlər uşaqlarla bağlı həyəcan təbili çaldı  Bunu qətiyyən etməyin!  VİDEO like
  • 29 Yan 10:39  
Digərləri Azərbaycanda həkimlər uşaqlarla bağlı həyəcan təbili çaldı Bunu qətiyyən etməyin! VİDEO

Bir neçə gün öncə Şəki rayon Xəstəxanasına qızdırma ilə gətirilən

arrow Ətraflı