Azərbaycanın olimpiya çempionu


Digərləri 24 Yan 2023 14:13:00 190 0

Azərbaycanın olimpiya çempionu

Azərbaycanın tanınmış güləşçisi, yeniyetmələr arasında olimpiya çempionu, I Avropa Oyunları, Avropa və dünya mükafatçısı Elman Muxtarov həbs edilib.

Son.az "Report"a istinadən bildirir ki, onun barəsində Cinayət Məcəlləsinin quldurluq və qəsdən sağlamlığa yüngül zərər vurma maddələri ittiham irəli sürülüb.

İstintaq materialında qeyd edilib ki, E.Muxtarov 2022-ci ilin iyul ayının 12-də paytaxtın Nizami rayonu ərazisində yaxın münasibətdə olduğu Günay Əliyevanın (ad, soyadı şərti) həyat yoldaşı Zamiq Əliyevin (ad, soyadı şərti) üz nahiyəsinə bıçaqla xəsarət yetirib.

Bundan başqa, o, həmin ilin sentyabr ayının 6-da Z.Əliyevin oğlu Dadaş Əliyevi (ad, soyadı şərtidir) yaşadığı binanın qarşısında izləyib. D.Əliyev evə daxil olan zaman Elman da mənzilə soxulub. Bu zaman Z.Əliyev də evdə olub. İttiham aktına görə, evə basqın edən idmançı Z.Əliyevə yumruq zərbələri endirib, bıçaqla hədələyib. Daha sonra E.Muxtarov evdən 2 min 800 manat pulu götürərək hadisə yerini tərk edib.

Hadisə barədə zərərçəkmiş hüquq-mühafizə orqanlarına müraciət edib. E.Muxtarov polis əməkdaşları tərəfindən saxlanılıb və Nizami Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkanı seçilib.

E.Muxtarov istintaq zamanı özünü təqsirli bilməyib. Onun sözlərinə görə, uzun müddətdir ki, G.Əliyeva ilə yaxın münasibətdə olub, tez-tez onunla görüşüb.

O ifadəsində deyib ki, Z.Əliyev ona qarşı nalayiq ifadələr işlətdiyi üçün kişini yaxınlıqda işlədiyi bazarda tutaraq bıçaqla vurub. Bildirib ki, bir müddət sonra Günayla parkda görüşən E.Muxtarov qadının mobil telefonunu lombarda girov qoyaraq pul götürüb. Həmin pulu isə mərc oyununda uduzub.

Xatırladaq ki, E.Muxtarov uzun illər güləş üzrə Azərbaycan yığmasının üzvü olub. 2010-cu ildə Sinqapurda keçirilən Yeniyetmələrin Olimpiya Oyunlarında qızıl, 2015-ci ildə Bakıdakı Avropa Oyunlarında bürünc medal qazanıb. O, sonuncu dəfə 2019-cu ildə Qazaxıstanda güləş üzrə dünya çempionatında yarışıb. Daha sonra karyerasını başa vurub.

Son.az 

Vüsalə Əlizadənin verilişi yenə yarımçıq dayandırıldı like
  • 24 Yan 14:07  
Şou-biznes Vüsalə Əlizadənin verilişi yenə yarımçıq dayandırıldı

ATV-də yayımlanan və aparıcılığını Vüsalə Əlizadənin etdiyi "7

arrow Ətraflı
Rusiya Ukraynaya yeni qoşun göndərib like
  • 24 Yan 13:56  
Digərləri Rusiya Ukraynaya yeni qoşun göndərib

Son bir neçə ay ərzində Rusiya Ukraynada cəbhə xəttini gücləndirmək ü

arrow Ətraflı
Mətanət: “Məni zorla qalmaqalın içinə salmaq istəyirlər” like
  • 24 Yan 13:45  
Şou-biznes Mətanət: “Məni zorla qalmaqalın içinə salmaq istəyirlər”

"Ətrafımda qalmaqallar olanda, narahat olurdum. Çünki insanlar məni ya

arrow Ətraflı
Tovuzlu fermer təsərrüfatında 120dən çox dovşan saxlayır like
  • 24 Yan 13:34  
Digərləri Tovuzlu fermer təsərrüfatında 120dən çox dovşan saxlayır

Regionlarda yaşayanların əsas məşğuliyyət növlərindən biri bəlkə d�

arrow Ətraflı
Samirə buna görə efirə çıxmır like
  • 24 Yan 13:23  
Şou-biznes Samirə buna görə efirə çıxmır

Müğənni Samirə Əli Məryəm verilişlərə çıxmamasının səbəbini aç

arrow Ətraflı
Rəssamlar bir uzun kağız parçası üzərində sərbəst mövzuda əsərlər yaratdılar like
  • 24 Yan 13:14  
Kriminal Rəssamlar bir uzun kağız parçası üzərində sərbəst mövzuda əsərlər yaratdılar

Beynəlxalq Suluboya Cəmiyyəti Azərbaycan Nümayəndəliyi (İWS Azerbaijan )

arrow Ətraflı
Direktor müavini məktəbliləri qayışla döydü like
  • 24 Yan 13:12  
Digərləri Direktor müavini məktəbliləri qayışla döydü

Rusiyada məktəbdə direktor müavininin uşaqları qayışla vurması sosial

arrow Ətraflı
"Valideynlərim də bu xəstəlikdən vəfat edib" like
  • 24 Yan 13:01  
Şou-biznes "Valideynlərim də bu xəstəlikdən vəfat edib"

"Hamımız pisik, özümüzü yaxşı hiss edə bilmərik. Tünzalənin o a

arrow Ətraflı
Bank Respublika 2022ci ildə tarixinin ən yüksək nəticələrini əldə edib! like
  • 24 Yan 13:00  
Digərləri Bank Respublika 2022ci ildə tarixinin ən yüksək nəticələrini əldə edib!

Ölkənin ən böyük banklarından biri olan Bank Respublika, 2022-ci ilin yeku

arrow Ətraflı
Üçüncü Dünya Müharibəsi Zəngəzurda başlaya bilər like
  • 24 Yan 12:56  
Siyasət Üçüncü Dünya Müharibəsi Zəngəzurda başlaya bilər

"Cənubi Qafqazda Avropa İttifaqı üçün potensial müsbət fürsətdir.

arrow Ətraflı
Gözdən əlillərin qarşılaşdığı problemlər like
  • 24 Yan 12:50  
Digərləri Gözdən əlillərin qarşılaşdığı problemlər

Uzun illərdir Məmmədli qəsəbəsindəki Bakı Yaşayış Kompleksində yaşa

arrow Ətraflı
Bakıda qanunsuz yanacaq satılan obyekt aşkarlandı like
  • 24 Yan 12:46  
Digərləri Bakıda qanunsuz yanacaq satılan obyekt aşkarlandı

Bakıda qanunsuz yanacaq satışının qarşısı alınıb.

arrow Ətraflı
Zaur, Xoşqədəm və Elgiz həkimləri neçəyə reklam edir? like
  • 24 Yan 12:39  
Digərləri Zaur, Xoşqədəm və Elgiz həkimləri neçəyə reklam edir?

Televiziyanın əsas funksiyalarından biri maarifləndirməkdir. Ancaq təəss�

arrow Ətraflı
İƏTin Daşkənd Kommünikesində Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə olunub like
  • 24 Yan 12:36  
Siyasət İƏTin Daşkənd Kommünikesində Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə olunub

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Özbəkistan

arrow Ətraflı