Bakıda qadın çarpayını sındıran ərini öldürdü: "Özümü bağışlamayacam"


Kriminal 23 Yan 2023 22:03:00 337 0

Bakıda qadın çarpayını sındıran ərini öldürdü: "Özümü bağışlamayacam"

CİNAYƏT İŞİ

Qısa arayış...

2022-ci il yanvarın 30-da Suraxanı rayonu Hövsan qəsəbəsi, Oqtay Şabanov küçəsindəki mənzillərin birində 1990-cı il təvəllüdlü Elşən Hadızadə bıçaqlanaraq, öldürülür. Dərhal polis və prokurorluq əməkdaşları faktla əlaqədar hadisə yerinə baxış keçirirlər. Qətlin törədildiyi evdən bir ədəd məişət təyinatlı bıçaq götürülür.

Polis əməkdaşlarının əməliyyat tədbirləri ilə şübhəli şəxs qismində mərhumun arvadı, Laçın şəhərində anadan olan 1991-ci il təvəllüdlü Gülnar Vəlizadə saxlanılır.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Son.az bildirir ki, lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.

İstintaqla müəyyən edilib ki, yanvarın 29-da Elşən Hadızadə təpiklə uşağın beşiyini vurub, sındırıb. Səhərisi gün beşiyin təmir etdirilməsi ilə əlaqədar aralarında baş vermiş münaqişə zamanı Gülnar Vəlizadə əri tərəfindən döyülüb. Bundan sonra qadın çarpayının altındaкı qabın içindən bıçaq götürərək, Elşən Hadızadənin sinəsinə bir dəfə zərbə endirib. Sonra əməlindən peşman olub, bir neçə dəfə Təcili Tibbi Yardım stansiyasına zəng etsə də, yoldaşı buna etiraz edərək, yardımdan imtina edib. Hadisədən təxminən 4 saat sonra 3 saylı şəhər Kliniki Xəstəxanasına çatdırılan zərərçəkmiş həkimlərin müdaxiləsinə baxmayaraq, dünyasını dəyişib.

İş üzrə dindirilmiş Gülnar Vəlizadə bildirib ki, Elşən Hadızadə ilə Azərbaycan Texniki Universitetində təhsil alarkən tanış olub. Bir-birlərini sevib 2014-cü ildə ailə qurublar:

"2015- və 2018-ci illərdə iki övladımız dünyaya gəldi. Uzun müddət kirayədə və atamın himayəsində yaşadıq, maddi çətinliklər çəkdik. Elşənin valideynlərinin maddi dəstəyi ilə Hövsan qəsəbəsində ev aldıq. Ev bir otaqdan, mətbəx və hamamdan ibarət idi. Elşən dost-tanışlarından müxtəlif məbləğlərdə borc pul alsa da, sonradan onları qaytara bilmədi. Borc pul verən şəxslər artıq qapıya gəldikdə, əsəbiləşirdim. Aramızda maddi sıxıntılara görə dəfələrlə mübahisələr yaranıb. Məni uşaqların gözü qarşısında döyüb, əlləri ilə boyunumdan tutaraq, boğub. Övladlarım da atalarının bu hərəkətlərindən qorxub. Ailə işlərinə müdaxilə etdiyindən Elşən atamdan işlərinə qarışmamasını tələb etdi. Ərim qəsəbədə fəaliyyət göstərən marketə satıcı kimi işləməyə başlamışdı. Yanvarın 29-da axşam Elşən işdən evə gələndə, uşaqlardan birinə dərs keçirdim. Ərim sakit olmağımızı tələb edəndə, ona "nə edim, uşağa dərs keçirəm də" deyə cavab verdim. Buna görə, dalaşdıq. Yoldaşım mənə əl qaldırdı. Uşağın beşiyini də təpiklə vurub, sındırdı. Ayın 30-u saat 8-də işə gedən Elşən günorta evə gəldi. Dişi ağrıdığı üçün əri çarpayıya uzanıb yatmaq istəsə də, onu uzanmağa qoymadım. Ondan uşağın beşiyini necə qırıbsa, elə də düzəltməsini tələb etdim. Yaranan növbəti mübahisə zamanı Elşən otaqda uşaqların gözü qarşısında məni döydü. Sağ əli ilə boğazımdan tutub boğdü. Get-gedə nəfəsim kəsilirdi. Bir anda güclə də olsa, Elşənin əlindən çıxdım. Qab-qaşıq yığdığımız qabdan mətbəx bıçağını götürdüm. Sol əlimdə saxladığım bıçaqla Elşənin sinəsinə zərbə endirdim. Qan axmağa başladı, ərim çöməlib yerə oturdu. Qaçaraq, qonşum Leyli Məmmədovadan hidrogen peroksid aldım və onunla birlikdə evə qayıtdım. Leyli Elşənin yarasını perekislə sildi, yod vuraraq pambıq qoydu. Sakitləşdirici iynə vurduqdan sonra onu çarpayıya uzatdıq. Qonşuma Elşənin bıçaqla özünə xəsarət yetirdiyini bildirdim. Çünki, ərim mənə "kim soruşsa deyərsən özüm-özümü vurmuşam, bilsələr sən vurmusan, polislər səni tutacaq" demişdi. Bundan sonra, Leylinin tapşırığı ilə aptekə gedərək, lazımi dərmanlar aldım. O vaxta gədər atam, əmim, həmçinin yoldaşımın Azad adlı dostu da bizə gəldilər. Elşən "bıçağın təsadüfən ona batdığını" bildirəndə, atam "yalan danışmağın yeri yoxdur, polislərə düzünü söyləyəcəyik" dedi".

"Səs yazısı" protokoluna əsasən, ilk dəfə saat 15:34-də 103 xidmətinə zəng daxil olub və 14 dəqiqədən sonra həmin çağırış ləğv edilib:

"Dəfələrlə telefonu alıb Təcili Tibbi Yardıma zəng etmək istəsəm də, ərim buna imkan vermədi. Növbəti dəfə 103 xidmətinə saat 16:35-də zəng etdim. Yoldaşımın vəziyyəti ağırlaşdığı üçün, saat 17:39-da Təcili Yardım Stansiyasına axırıncı dəfə zəng etdim. Tibbi briqada gələrək, Elşəni xəstəxanaya apardı".

Gülnar Vəlizadə əlavə edib ki, Elşəni öldürmək məqsədi olmayıb. Bir neçə dəfə aralarında dava baş verəndə, bıçaqla bir neçə dəfə onu qorxudub. Amma həmin gün kəsici alət təsadüfən, özü də bilmədən onun sinəsinə batıb. Əməlindən çox peşmandır, bütün həyatı bir anda dəyişib. Elşənlə bir-birlərini istəyib, evləniblər. Aralarındakı mübahisələrə baxmayaraq, onu sevib. 2 körpə övladı hazırda qayınanasının himayəsindədir. Özünü ölənədək bağışlaya bilməyəcək və əzabla yaşayacaq.

Zərərçəkmiş şəxsin hüquqi varisi Mahirə Hadıyeva ifadəsində göstərib ki, yanvarın 29-da oğlu ilə gəlini arasında olan mübahisədən xəbəri olmayıb:

"Ayın 30-u saat 14 radələrində onlara zəng edəndə, telefona cavab verən Gülnar "Elşənin əlini kəsdiyini" deyərək, dəstəyi oğluma verdi. Nə baş verdiyini soruşanda Elşən ciddi bir şey olmadığını söylədi. Ona "əgər dolana bilmirsiz, gəlin Sabirabadda yaşayın" dedim. Whatsapp vasitəsilə görüntülü əlaqə saxlayanda, gəlinim Elşənin qarnından xəsarət aldığını bildirdi. "Niyə həkim çağırmadıqlarını?" soruşanda, Elşən "həkimlərin polislərə məlumat verəcəklərini" dedi. Saat 17:30-da qudam ərimə zəng edərək, Elşənin halının ağırlaşması və təcili yardım briqadasının onu xəstəxanaya aparması barədə məlumat verdi. Rayondan xəstəxanaya gəlib çatanadək oğlum dünyasını dəyişdi".

Şahid Azad Əsədov bildirib ki, yanvarın 30-da dostu Elşən Hadızadə ona zəng edərək, yıxılıb əzildiyini və onlara gəlməsini deyib:

"Evə daxil olanda Elşənin çarpayıda, üzü yuxarı vəziyyətdə uzandığını gördüm. Gülnardan nə baş verdiyini soruşanda, qadın həyətlərində iş görən zaman ərinin yıxıldığını və əlindəki bıçağın sinəsinə batdığını bildirdi. Köynəyini qaldıraraq, yarasını göstərdi. Dərhal təcili yardım çağırmaq lazım olduğunu bildirsəm də, Elşən buna ehtiyac olmadığını söylədi. Bir neçə saatdan sonra Gülnarın atası və əmisi gələrək, Elşənə "tərslik etməməsini" və təcili yardım çağırmasını dedilər. Dostum ayağa qalxdı, məni kənara çəkərək, Gülnar tərəfindən bıçaqlandığını dedi. Sonra dostlarımla çay içmək üçün, Elşəngildən çıxdım. Saat 22 radələrində zəng əsasında 30-cu Polis Şöbəsinə gələndə dostumun atası oğlunun öldüyünü dedi".

Məhkəmə iclasında Gülnar Vəlizadə ittiham üzrə özünü qismən təqsirli bilib. Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini, övladlarına tez qovuşa bilməsi üçün ona mümkün qədər ən yungül cəza təyin edilməsini xahiş edib.

Zərərçəkmiş şəxsin hüquqi varisi hadisə nəticəsində oğlunu itirdiyini bildirərək, gəlininə ağır cəza verilməsini istəyib.

Məhkəmə qənaətə gəlib ki, Gülnar Vəlizadənin Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Gülnar Vəlizadə 9 il müddətinə azadlıqdan məhrum olunub.

Keçmiş rektorun qardaşına vəzifə verildi like
  • 23 Yan 21:56  
Digərləri Keçmiş rektorun qardaşına vəzifə verildi

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) yeni təyinat olub.

arrow Ətraflı
Çinlə müharibə başlayandan bir həftə sonra ABŞ...  VSJ like
  • 23 Yan 21:49  
Dünya Çinlə müharibə başlayandan bir həftə sonra ABŞ... VSJ

ABŞ hərbi sənayesi Çinə qarşı uzun miqyaslı müharibəyə hazır deyil.

arrow Ətraflı
ABŞ dövlət katibi İlham Əliyevə zəng edib like
  • 23 Yan 21:42  
Siyasət ABŞ dövlət katibi İlham Əliyevə zəng edib

Yanvarın 23-də ABŞ dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasın�

arrow Ətraflı
Yol polisi ilə sürücünün əlbəyaxa olması görüntüləri barədə AÇIQLAMA like
  • 23 Yan 21:41  
Digərləri Yol polisi ilə sürücünün əlbəyaxa olması görüntüləri barədə AÇIQLAMA

Baş Dövlət Yol Polisi İdarəsi sosial şəbəkələrdə yayılan və sürüc

arrow Ətraflı
"Azəri camaatı"nın üzvü məhkəmə qarşısına çıxarıldı like
  • 23 Yan 21:34  
Kriminal "Azəri camaatı"nın üzvü məhkəmə qarşısına çıxarıldı

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi il�

arrow Ətraflı
NATOnun bu ölkədə təlimləri başladı like
  • 23 Yan 21:27  
Dünya NATOnun bu ölkədə təlimləri başladı

NATO-nun Rumıniyada hərbi təlimləri başlayıb.

arrow Ətraflı
İsveçdən sonra Hollandiyada Quranı cırıb yandırdılar like
  • 23 Yan 21:14  
Dünya İsveçdən sonra Hollandiyada Quranı cırıb yandırdılar

İsveçdə İslamın müqəddəs kitabı Qurani-Kərimin yandırılması qalmaqa

arrow Ətraflı
Azərbaycan əhalisi pullarının çoxunu bu məhsullara xərcləyir like
  • 23 Yan 21:07  
Digərləri Azərbaycan əhalisi pullarının çoxunu bu məhsullara xərcləyir

2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda istehlakçıların pərakən

arrow Ətraflı
“Kaş Tacir konservatoriyadan yox, Bakıdan qovulardı” like
  • 23 Yan 21:00  
Şou-biznes “Kaş Tacir konservatoriyadan yox, Bakıdan qovulardı”

"Necə ola bilər ki, mən manısın fanatı ola bilərəm?! Mən musiqiçi

arrow Ətraflı
Vaqif Axundovun polkovnik bacısı oğlu hansı şərtlə azadlığa buraxılıb? like
  • 23 Yan 20:41  
Digərləri Vaqif Axundovun polkovnik bacısı oğlu hansı şərtlə azadlığa buraxılıb?

Rüşvət almaqda şübhəli bilinərək 2 il öncə həbs edilmiş general-polk

arrow Ətraflı
“Onun son günlərinin şəklini paylaşmayın”  VİDEO like
  • 23 Yan 20:40  
Şou-biznes “Onun son günlərinin şəklini paylaşmayın” VİDEO

Mərhum aktrisa Tünzalə Əliyevanın yaxın dostu və həmkarı Ülviyyə Əli

arrow Ətraflı
Bu ölkədə yumurtanın qiyməti rekord həddə çatdı like
  • 23 Yan 20:31  
Dünya Bu ölkədə yumurtanın qiyməti rekord həddə çatdı

ABŞ-da quş qripi epidemiyası yumurta istehsalını azaldıb, inflyasiyanın d

arrow Ətraflı
Afaq Bəşirqızından Tünzalə Əliyevanın ölümü barədə təsirli paylaşım like
  • 23 Yan 20:30  
Şou-biznes Afaq Bəşirqızından Tünzalə Əliyevanın ölümü barədə təsirli paylaşım

"Çox heyf, səndən heyf... Amma bu yazılmış yazı idi, buna pozu yox i

arrow Ətraflı