“Kaş Tacir konservatoriyadan yox, Bakıdan qovulardı”


Şou-biznes 23 Yan 2023 21:00:00 339 0

“Kaş Tacir konservatoriyadan yox, Bakıdan qovulardı”

"Necə ola bilər ki, mən manısın fanatı ola bilərəm?! Mən musiqiçiyəm, konservatoriya bitirmişəm, böyük sənətkarımız Arif Babayevdən muğam dərsi, xalq artisti Şəfiqə Məmmədovadan səhnə və nitq mədəniyyəti, Teymur Əmrahdan vokal dərsi almışam. Ümumiyyətlə uşaq yaşlarımdan Əbülfət Əliyevə, Şövkət Ələkbərovaya, Qulu Əsgərova, Rübabə Muradovaya qulaq asmışam, onları dinləmişəm. Bunları saymaqla qurtarmaz. Tacir onların yanında kimdir axı?! O manısdır! Mən necə manısın fanatı ola bilərəm ki?"

Son.az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında tanınmış və sevilən müğənni İlahə Fəda deyib.

"Özü o vaxt efirdə dedi ki, mən konservatoriyaya getdim, Fərhad Bədəlbəyli məni oradan qovdu. Mən də deyirəm ki, Fərhad Bədəlbəyli onu yaxşı qovmayıb. Onu nəinki konservatoriyadan, gərək Bakı şəhərindən qovardı. Fərhad Bədəlbəyli onu Üzeyir bəyin yaratdığı musiqi ocağından qovub! Bu o deməkdir ki, Tacir musiqi dünyasından qovulub! O mikrobdur, düşüb musiqinin canına. Ümumiyyətlə bilmirəm ki, bu adam məndən nə istəyir?! O yazvadır, yazva! Görür ki, adı it dəftərində yoxdur! Adam nə qədər yaşına, kişiliyə yaraşmayan hərəkət edər?! İstəyir ki, gündəmə gəlsin, onda da mənim adımı çəkir. Ay bala, sən hara, mən hara?! Mən ali savadlı, Azərbaycan musiqisinə düzgün xidmət edən ifaçıyam, musiqiçiyəm. Sən get toylarını oxu da! Mənimlə nə işin var?! Mənim səviyyəm hara, səninki hara?!" deyə sənətkar bildirib.

"Bu məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etməyi düşünürsünüz?" sualına isə İlahə Fəda belə cavab verib.

"Xeyr, onu və dediklərini ciddiyə almıram. Heç ağlıma da belə bir şey gəlmir, siz dediniz indi. Hüquq-mühafizə orqanlarını, onların vaxtlarını bu cür mənasız adam üçün məşğul etmək istəmərəm. Hüquq-mühafizə orqanları qoy bizim xalqımızın keşiyində dursunlar, cinayətkarları aşkarlasınlar ki, biz rahat yaşayaq. Tacir kimdir ki, hüquq-mühafizə orqanları ona vaxtlarını sərf etsin?! Buna qətiyyən dəyməz" deyə müğənni bildirib.

Qeyd edək ki, müğənni Tacir Şahmalıoğlu ötən həftə "Şou-xəbər" verilişinə açıqlamasında İlahə Fədanı fanatı adlandırmışdı.

Vaqif Axundovun polkovnik bacısı oğlu hansı şərtlə azadlığa buraxılıb? like
  • 23 Yan 20:41  
Digərləri Vaqif Axundovun polkovnik bacısı oğlu hansı şərtlə azadlığa buraxılıb?

Rüşvət almaqda şübhəli bilinərək 2 il öncə həbs edilmiş general-polk

arrow Ətraflı
“Onun son günlərinin şəklini paylaşmayın”  VİDEO like
  • 23 Yan 20:40  
Şou-biznes “Onun son günlərinin şəklini paylaşmayın” VİDEO

Mərhum aktrisa Tünzalə Əliyevanın yaxın dostu və həmkarı Ülviyyə Əli

arrow Ətraflı
Bu ölkədə yumurtanın qiyməti rekord həddə çatdı like
  • 23 Yan 20:31  
Dünya Bu ölkədə yumurtanın qiyməti rekord həddə çatdı

ABŞ-da quş qripi epidemiyası yumurta istehsalını azaldıb, inflyasiyanın d

arrow Ətraflı
Afaq Bəşirqızından Tünzalə Əliyevanın ölümü barədə təsirli paylaşım like
  • 23 Yan 20:30  
Şou-biznes Afaq Bəşirqızından Tünzalə Əliyevanın ölümü barədə təsirli paylaşım

"Çox heyf, səndən heyf... Amma bu yazılmış yazı idi, buna pozu yox i

arrow Ətraflı
“Şəhərdəki bütün qızlar birbirinə bənzəyir” like
  • 23 Yan 20:20  
Şou-biznes “Şəhərdəki bütün qızlar birbirinə bənzəyir”

Aparıcı-aktrisa Turanə Hüseynli sosial şəbəkə paylaşımı ilə diqqət

arrow Ətraflı
"Toylarda "vilka, lojka, salfetka" mahnıları səslənir"  VİDEO like
  • 23 Yan 20:00  
Şou-biznes "Toylarda "vilka, lojka, salfetka" mahnıları səslənir" VİDEO

"Bu günki mentalitet ara musiqilərinə üstünlük verir. Lakin əvvələ

arrow Ətraflı
Ərdoğan seçkilərin 14 may tarixində keçirilməsinin səbəbini açıqladı like
  • 23 Yan 19:59  
Digərləri Ərdoğan seçkilərin 14 may tarixində keçirilməsinin səbəbini açıqladı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan prezident və parlament seçkilər

arrow Ətraflı
Volski açıqladı: Bakıİrəvan üçün ən yaxşı məkan... like
  • 23 Yan 19:51  
Digərləri Volski açıqladı: Bakıİrəvan üçün ən yaxşı məkan...

Gürcüstan Ermənistan və Azərbaycan arasında danışıqlar üçün ən yax�

arrow Ətraflı
Toivo Klaar Paşinyanla görüşdü like
  • 23 Yan 19:50  
Digərləri Toivo Klaar Paşinyanla görüşdü

İrəvanda səfərdə olan Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürc�

arrow Ətraflı
“Dedilər, onun haqda danışma, öləcəksən”  VİDEO like
  • 23 Yan 19:29  
Şou-biznes “Dedilər, onun haqda danışma, öləcəksən” VİDEO

Həyat yoldaşı Röya xanımı itirən Xalq artisti Cavan Zeynallı açıqlamas

arrow Ətraflı
Pensiyaçılara artıq ödənilmiş vəsait geri alınmayacaq like
  • 23 Yan 19:22  
Siyasət Pensiyaçılara artıq ödənilmiş vəsait geri alınmayacaq

Azərbaycanda pensiyaçılara 2020-ci ildən əvvəl verilən artıq ödənişl�

arrow Ətraflı
İran internetdən istifadədə ən sərt qaydalara malik ikinci ölkədir like
  • 23 Yan 19:20  
Digərləri İran internetdən istifadədə ən sərt qaydalara malik ikinci ölkədir

"Surfshark" internet saytı dünyada internet məhdudiyyətləri ilə

arrow Ətraflı