Ailəsini şəhidin sağ olduğuna inandırıb 100 min manat istəyənlərə


Digərləri 23 Yan 2023 19:19:00 199 0

Ailəsini şəhidin sağ olduğuna inandırıb 100 min manat istəyənlərə

Şəhid ailəsinə qarşı dələduzluqda ittiham olunan İxtiyar Orucov və Balaxan Hüseynlinin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Son.az APA-ya istinadən bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda hökm oxunub.

Hökmə əsasən, İxtiyar Orucov 7 il, Balaxan Hüseynli isə 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, İxtiyar Orucov və Balaxan Hüseynli Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həbs olunub.

Araşdırmalarıla şəhid İsa Məmmədlinin döyüşdə həlak olandan sonra yaşadığı rayonda dəfn edildiyi, bundan sonra onun anasının övladının bəlkə də dünyasını dəyişmədiyini, şəhidin isə başqa birisi olduğunu zənn edərək çıxış yolunu falçılara müraciət etməkdə gördüyü müəyyənləşdirilib.

Bu məqsədlə şəhid anası Rəna Məmmədova Xəzər rayonunda yaşayan və falçı kimi tanıdığı Elmira Orucovaya müraciət edib. Həmin şəxs 100 manat pul müqabilində fala baxaraq şəhidin dünyasını dəyişmədiyini və əsirlikdə olduğunu bildirib.

Sonradan falçının oğlu İxtiyar Orucov və şəhidin yaxın qohumu Balaxan Hüseynlinin ünsiyyəti yaranıb. Onlar əlbir olaraq şəhidin ailə üzvlərinə dövlət tərəfindən ayrılan pulu, eləcə də onların əlində olan əlavə maddi vəsaitləri dələduzluq yolu ilə ələ keçirmək barədə razılığa gəliblər.

Həmin şəxslər öz çirkin əməllərini həyata keçirmək üçün şəhidin fotolarını montaj edərək guya onun əsirlikdə sağ olmasını əks etdirən yeni şəkillər hazırlayıblar. Onlar hətta qrim ustasının yanına gedərək guya şəhid haqqında sənədli film çəkiləcəyini qeyd ediblər. Balaxan Hüseynlinin qrimdən istifadə edərək şəhidə bənzədilməsinə nail olublar.

Balaxan Hüseynlinin qrimlənmiş şəkillərini və videogörüntülərini şəhidin anasına göstərərək onu övladının sağ olduğuna inandırmağa nail olublar.

Niyyətlərini həyata keçirmək məqsədi ilə mərhumun qohumu Balaxan Hüseynli öz səsini şəhid qohumunun səsinə bənzədib, bir neçə dəfə İxtiyar Orucovun telefonunda şəhidin anası ilə danışıb və sağ olduğuna dair onlarda yanlış təsəvvür yaradıb.

Daha sonra hər iki şəxs şəhidin anasından və qohumlarından pul almaq üçün guya əsirlikdən olan övladlarını qonşu ölkələrdən biri vasitəsilə Azərbaycana gətirəcəkləri adı ilə aldadıblar, bu məqsədlə onlardan 100 min manat pul istəyib və müxtəlif vaxtlarda hissə-hissə şəhidin qohumlarından 26 min 800 manat alıblar.

Vətən müharibəsində şəhid olan Məmmədli İsa Sarı oğlu 2002-ci ildə anadan olub.

İsa Məmmədli Laçın uğrunda gedən döyüşlərdə döyüşlərdə şəhid olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən, İsa Məmmədli ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Hərbi xidmətlərə görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.

“Adım Farah” ulduzları Ərəbistanda  FOTO like
  • 23 Yan 19:11  
Şou-biznes “Adım Farah” ulduzları Ərəbistanda FOTO

"Adım Farah" serialının ulduzları Demet Özdemir və Engin Akyüre

arrow Ətraflı
Aksiyada ekofəallar arasında canlanma müşahidə olunur  FOTO like
  • 23 Yan 18:59  
Digərləri Aksiyada ekofəallar arasında canlanma müşahidə olunur FOTO

Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Laç�

arrow Ətraflı
Milli standartlaşdırma ilə bağlı növbəti iki il üçün dövlət proqramı təsdiqləndi like
  • 23 Yan 18:58  
Siyasət Milli standartlaşdırma ilə bağlı növbəti iki il üçün dövlət proqramı təsdiqləndi

Prezident İlham Əliyev "Milli standartlaşdırma sisteminin beynəlxalq t

arrow Ətraflı
Nəsibə Zeynalovanın nəvəsi: "10 il xəstə yatdı"  VİDEO like
  • 23 Yan 18:51  
Şou-biznes Nəsibə Zeynalovanın nəvəsi: "10 il xəstə yatdı" VİDEO

"Çox nadir hallarda ağlayırdı. Kimsə xətrinə dəyəndə, demirdi, i�

arrow Ətraflı
Ötən il 251 kriminal qrup zərərsizləşdirilib like
  • 23 Yan 18:40  
Digərləri Ötən il 251 kriminal qrup zərərsizləşdirilib

Ötən il həyata keçirilmiş əməliyyat tədbirləri ilə Azərbaycanda 251 k

arrow Ətraflı
Fransa Ermənistanı masaya qoydu  Xankəndi bəhanədir: like
  • 23 Yan 18:28  
Siyasət Fransa Ermənistanı masaya qoydu Xankəndi bəhanədir:

Rusiyanın Qarabağa göndərdiyi adamı elə Moskvanın baş bəlasına çevril

arrow Ətraflı
Sevgilisi ilə görüşə getmək üçün traktor qaçırdı like
  • 23 Yan 18:20  
Digərləri Sevgilisi ilə görüşə getmək üçün traktor qaçırdı

Tambov vilayətində polis Tokarevka kəndindəki fermadan traktorun oğurlanmas

arrow Ətraflı
Ombudsman Ermənistanla bağlı bu faktları beynəlxalq təşkilatlara göndərib like
  • 23 Yan 18:19  
Siyasət Ombudsman Ermənistanla bağlı bu faktları beynəlxalq təşkilatlara göndərib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)

arrow Ətraflı
Xankəndidən gizli şəkildə iki avtoritet necə çıxarılıb?  VİDEO like
  • 23 Yan 18:11  
Digərləri Xankəndidən gizli şəkildə iki avtoritet necə çıxarılıb? VİDEO

Erməni mənbələr sülhməramlıların Laçın yolunda aksiyanın başlanması

arrow Ətraflı
Səlim Müslümovun vəkili məhkəmədən vaxt istədi like
  • 23 Yan 17:59  
Digərləri Səlim Müslümovun vəkili məhkəmədən vaxt istədi

Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq əmək və əhalinin sosial mü

arrow Ətraflı
Bakıda "Cavanşir” körpüsü söküləcək?  Rəsmi like
  • 23 Yan 17:49  
Digərləri Bakıda "Cavanşir” körpüsü söküləcək? Rəsmi

2019-cu ildə Bakının Afiyəddin Cəlilov və Üzeyir Hacıbəyov küçələri

arrow Ətraflı
Suriyada döyüşlərdə iştirak edən şəxs istintaq təcridxanasına köçürüldü like
  • 23 Yan 17:41  
Digərləri Suriyada döyüşlərdə iştirak edən şəxs istintaq təcridxanasına köçürüldü

Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada qanunsuz silahlı birləşm�

arrow Ətraflı