Ombudsman Ermənistanla bağlı bu faktları beynəlxalq təşkilatlara göndərib


Siyasət 23 Yan 2023 18:19:00 228 0

Ombudsman Ermənistanla bağlı bu faktları beynəlxalq təşkilatlara göndərib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə başçəkmələr müntəzəm olaraq davam etdirilir.

Məlum olduğu kimi, 44 günlük Vətən müharibəsi dövründə Ermənistanın hərbi-siyasi rəhbərliyi tərəfindən beynəlxalq hüququn norma və prinsipləri, o cümlədən 1949-cu il Cenevrə Konvensiyaları və ona Əlavə Protokollarının, Haaqa Konvensiyalarının, BMT-nin "Muzdluların cəlb edilməsinə, onlardan istifadə olunmasına, onların maliyyələşdirilməsinə və təliminə qarşı mübarizə haqqında" Beynəlxalq Konvensiyasının, BMT-nin Təhlükəsizlik Şurasının 405 və 419 saylı qətnamalərinin tələbləri kobudcasına pozulmaqla Azərbaycan ərazilərində müxtəlif terrorçu qruplaşmaların üzvləri və muzdlular cəlb olunmaqla müharibə cinayətləri törədilmişdir.

Ombudsman Aparatından verilən məlumata görə, 1949-cu il Cenevrə Konvensiyalarının 1 saylı Əlavə Protokolunun 47-ci maddəsinə əsasən, muzdlunun kombatant və ya hərbi əsir statusu almaq hüququ yoxdur. Yəni muzdluların hərbi münaqişədə iştirakı beynəlxalq humanitar hüquqa ziddir.

Ermənistanın bilavasitə imzaladığı Beynəlxalq Ədalət Məhkəməsinin Roma Statutunun 8-bis maddəsinin yarımbəndinə əsasən, iştirakçı dövlətin digər dövlətin ərazisinə silahlı qruplaşmalar, qeyri-müntəzəm silahlı birləşmələr və muzdlular göndərməsi həmin dövlətə qarşı təcavüz xarakterli cinayət əməlini ehtiva edir.

Ombudsman Səbinə Əliyeva və Milli Preventiv Qrupun (MPQ) üzvləri Azərbaycan ərazilərində törətdikləri cinayət əməllərinə görə həbs edilmiş bu qəbildən olan şəxslərin saxlandıqları müəssisələrə dəmüntəzəm olaraq baş çəkirlər. Başçəkmələrdə Milli Preventiv Qrupun ixtisasca həkim və psixoloq üzvünün də iştirakı təmin olunub.

Başçəkmələr zamanı həmin şəxslər Ombudsman Səbinə Əliyeva və MPQ üzvləri tərəfindən fərdi qaydada qəbul olunmaqla dinlənilib, onlara müraciət mexanizmləri ilə bağlı öz dillərində qanunvericilik aktları təqdim edilməklə hüquqları izah olunub.

Həmin şəxslərə münasibətdə hər hansı bir fərq qoyulmadan lazımi şəraitin, tibbi-psixoloji xidmətin, ailə üzvləri ilə telefon danışığı və digər hüquqlarının təmin olunduğu, onlarla rəftara dair qanunvericiliyin tələblərinə riayət edildiyi müşahidə olunub. Qəbul edilmiş şəxslər Ermənistanın azərbaycanlılara göstərdiyi münasibətdən fərqli olaraq yaradılmış şəraitdən, tibbi xidmətdən, qidalanmadan razılıq etməklə yanaşı, saxlandıqları müəssisədə onlara göstərilən humanist münasibətə görə təşəkkürlərini bildiriblər.

Qeyd olunmalıdır ki, Azərbaycan Ombudsmanının Ermənistan tərəfindən muzdluların cəlb olunmasını faktlar əsasında sübut edən müraciət və məlumatları da ardıcıl şəkildə beynəlxalq təşkilatlara göndərilib.

Xankəndidən gizli şəkildə iki avtoritet necə çıxarılıb?  VİDEO like
  • 23 Yan 18:11  
Digərləri Xankəndidən gizli şəkildə iki avtoritet necə çıxarılıb? VİDEO

Erməni mənbələr sülhməramlıların Laçın yolunda aksiyanın başlanması

arrow Ətraflı
Səlim Müslümovun vəkili məhkəmədən vaxt istədi like
  • 23 Yan 17:59  
Digərləri Səlim Müslümovun vəkili məhkəmədən vaxt istədi

Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq əmək və əhalinin sosial mü

arrow Ətraflı
Bakıda "Cavanşir” körpüsü söküləcək?  Rəsmi like
  • 23 Yan 17:49  
Digərləri Bakıda "Cavanşir” körpüsü söküləcək? Rəsmi

2019-cu ildə Bakının Afiyəddin Cəlilov və Üzeyir Hacıbəyov küçələri

arrow Ətraflı
Suriyada döyüşlərdə iştirak edən şəxs istintaq təcridxanasına köçürüldü like
  • 23 Yan 17:41  
Digərləri Suriyada döyüşlərdə iştirak edən şəxs istintaq təcridxanasına köçürüldü

Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada qanunsuz silahlı birləşm�

arrow Ətraflı
TRTnin nümayəndə heyəti Azərbaycanda radiomonitorinq apardı  FOTO like
  • 23 Yan 17:39  
Digərləri TRTnin nümayəndə heyəti Azərbaycanda radiomonitorinq apardı FOTO

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəvəti ilə Azərbaycanda sə

arrow Ətraflı
Gənc məktəb direktoru vəfat etdi like
  • 23 Yan 17:32  
Digərləri Gənc məktəb direktoru vəfat etdi

Zərdabda gənc məktəb direktoru dünyasını dəyişib.

arrow Ətraflı
Britni Spirs evini satır  FOTO like
  • 23 Yan 17:31  
Şou-biznes Britni Spirs evini satır FOTO

Amerikalı müğənni Britni Spirs atasının himayəsindən ayrıldıqdan sonra

arrow Ətraflı
“Toppuş bacı”nın ölümünü nə sürətləndirdi?  Həkimdən açıqlama like
  • 23 Yan 16:52  
Şou-biznes “Toppuş bacı”nın ölümünü nə sürətləndirdi? Həkimdən açıqlama

Xəbər verdiyimiz kimi, Əməkdar artist Tünzalə Əliyeva ötən gün uzun s�

arrow Ətraflı
Metropolitendən dünyasını dəyişən maşinistlə bağlı açıqlama like
  • 23 Yan 16:51  
Digərləri Metropolitendən dünyasını dəyişən maşinistlə bağlı açıqlama

Bakı metropolitenində dünyasını dəyişmiş motovoz maşinistinin sərnişi

arrow Ətraflı
Avtomobillərə plyonka çəkilməsi qaydası təsdiqləndi like
  • 23 Yan 16:50  
Digərləri Avtomobillərə plyonka çəkilməsi qaydası təsdiqləndi

Nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin çəkilməsi qaydası

arrow Ətraflı
Şəkidə 5 yaşlı uşağa sistem köçürüləndən sonra dünyasını dəyişib?  VİDEO like
  • 23 Yan 16:41  
Digərləri Şəkidə 5 yaşlı uşağa sistem köçürüləndən sonra dünyasını dəyişib? VİDEO

Şəkidə 5 yaşlı uşağa sistem köçürüləndən sonra dünyasını dəyiş

arrow Ətraflı