"Kubinka"da üzərində "patı" və silah gəzdirən 8 nəfər saxlanılıb VİDEO FOTO
Kriminal 21 Yan 2023 18:48:00 79 0
Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayonun "Papanin", "Kubinka" kimi tanınan ərazilərində - Cəlil Məmmədquluzadə, Naxçıvanı, Asəf Zeynallı və Namiq Məlikov küçələrində növbəti əməliyyatlar keçirilib. Tədbir zamanı qeyd edilən ərazilərdə narkotiklərin qanunsuz dövriyyəsi və satışını həyata keçirən 7 nəfər - Rəşad Ağayev, Kamal Saməddinzadə, Elxan Qasımov, Elçin Əsədullayev, Ramil Əlibəyov, Eldəniz Şərifov və Anar Bəxtiyarzadə saxlanılıblar.
Bu xəbəri də oxu: Mağazanın damını söküb, içəri girib 6500 manat oğurladı FOTO
DİN-dən bildirilib ki, həmin şəxslərdən ümumilikdə 2 kiloqrama yaxın heroin, tiryək, psixotrop maddə olan metamfetamin və satışı qadağan edilən 100 ədəd preqabalin həbi aşkar edilib. Saxlanılanlar narkotik vasitələri sosial şəbəkələrdə tanımadıqları xarici ölkə vətəndaşlarından onlayn yolla şəxsi istifadələri ilə yanaşı paytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.
Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən əvvəllər məhkum olunmuş paytaxt sakini İlqar Əliyev də tutulub. Onun üzərinə baxış zamanı 1 ədəd "Makarov" markalı tapança, 4 ədəd patron və sandıqça aşkar edilərək götürülüb.
Faktlarla bağlı toplanan materiallar Nəsimi RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Bu şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Tennessi ştatındakı Çattabuqa şəhərindəki Volkswagen zavodunun konveyeri

Amerikalı müğənni Britni Spirs adını dəyişdiyini açıqlayıb.

Azərbaycanda məktəbin sinif otağından növbəti qalmaqallı görüntü yay

Cadenza Contemporary Orchestra 24 yanvar saat 19:00-da Beynəlxalq Muğam Mərk

Almaniya Qərb ölkələrinin Ukraynaya "Leopard 2" tanklarının veri

Xərçəng xəstəliyindən əziyyət çəkən Əməkdar artist Tünzalə Əliye

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 24 yeni yoluxma faktı qeyd

Türkiyənin Şanlıurfa şəhərində 18 ildən sonra nəsillərində doğulan

Şəkidə iki avtomobil toqquşub, onlardan biri çaya düşüb.

Məşhur aparıcısı Nərgiz Cəlilova yenidən ekrana qayıdır.

Qəribə elanı Fransanın Tuluz şəhərindəki Kosmik Tibb İnstitutu verib.

Fransada genişmiqyaslı etiraz aksiyaları keçirilir.

Yanvarın 19-da saat 7 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsin

Müğənni Əlikram Bayramov oğlu Qalib Bayramovla duet oxuyub.
