24 gün dənizdə çarəsiz qalan “Robinzon Kruzo”: “Nə torpaq göründü, nə danışmağa adam...” FOTO


Dünya 21 Yan 2023 15:29:00 292 0

24 gün dənizdə çarəsiz qalan “Robinzon Kruzo”: “Nə torpaq göründü, nə danışmağa adam...”  FOTO

Dominikanlı Elvis Françoisin başına filmlərdəki kimi hadisə gəlib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, Elvis François dekabr ayında Karib dənizindəki Sent-Martin adasının limanında qayığı təmir etməyə çalışarkən axına düşüb və açıq dənizə sürüklənməyə başlayıb.

Dənizçiliklə bağlı məlumatlı olmayan François telefon şəbəkəsi ilə əlaqə kəsildiyi üçün kömək də istəyə bilməyib. 47 yaşlı Elvis günlərlə dənizdə qalıb, 24 gün ərzində 1 şüşə ketçup, sarımsaq tozu və ət suyu həbləri yeyərək sağ qalıb.

Daha sonra içində olduğu qayığa su dolmağa başlayıb və tapıldığı günə qədər əlindəki parça ilə qayığın içindəki suyu boşaltmağa çalışıb.

O, köməyə çağırmaq üçün ocaq qalamağa cəhd edib, lakin buna nail ola bilməyib. Daha sonra yelkənli qayığın gövdəsinə "Kömək" yazıb. Həmçinin günəş şüalarını təyyarəyə əks etdirmək üçün güzgüdən istifadə edib və nəhayət, diqqət cəlb etməyi bacarıb. Təyyarənin ekipajı vəziyyət barədə Kolumbiya donanmasına məlumat verib.

Donanma öz növbəsində ticarət gəmisi ilə əlaqə saxlayıb və gəmi təxminən bir ay dənizdə qalan Françoisi xilas edərək liman şəhəri olan Kartagenaya gətirib.

"İyirmi dörd gün, nə torpaq göründü, nə də danışmağa adam oldu... Nə edəcəyimi bilmirdim, harada olduğumu bilmirdim. Qayıqda yemək yox idi. Ketçup, sarımsaq tozu və ət suyu həbləri var idi. Ət suyu həblərini su ilə qarışdırıb içdim. Bir nöqtədə artıq ümidimi itirdim, ailəmi düşündüm. Donanmaya təşəkkür edirəm. Onlar olmasaydı, mən bu hekayəni danışa bilməzdim", - deyə François yaşadıqlarını danışıb.

Komandir Karlos Urbano Montes verdiyi açıqlamada Elvis Françoisin sağlamlıq yoxlamasından keçdiyini və səhhətinin yaxşı olduğunu, lakin bir qədər arıqladığını bildirib.

Tibbi müayinədən keçdikdən sonra onun evinə qayıda bilməsi üçün immiqrasiya idarəsinə məlumat verilib.

Serenayın yataq səhnəsi müzakirələrə səbəb oldu  FOTO like
  • 21 Yan 15:20  
Şou-biznes Serenayın yataq səhnəsi müzakirələrə səbəb oldu FOTO

"Netflix"də yayımlanan "Şahmaran" serialı müzakirələr

arrow Ətraflı
Bakıda ana oğlunu döyən məktəblini polisə verdi like
  • 21 Yan 15:00  
Digərləri Bakıda ana oğlunu döyən məktəblini polisə verdi

Bakı sakini G.Əliyeva Xətai rayonu 27 saylı orta məktəbdə təhsil alan ö

arrow Ətraflı
Nigar Camal sinəsi açıq FOTOsu ilə diqqət çəkdi like
  • 21 Yan 14:51  
Şou-biznes Nigar Camal sinəsi açıq FOTOsu ilə diqqət çəkdi

Azərbaycanın ən cazibədar müğənnilərindən hesab olunan Nigar Camal şə

arrow Ətraflı
“Blockchain” nədir, Azərbaycanda necə tətbiq olunur? like
  • 21 Yan 14:29  
Digərləri “Blockchain” nədir, Azərbaycanda necə tətbiq olunur?

"Blockchain". Bu texnoloji yenilik müasir rəqəmsal dünya üçün n

arrow Ətraflı
Mehmet Ali Erbil hakim qarşısına çıxdı like
  • 21 Yan 14:20  
Şou-biznes Mehmet Ali Erbil hakim qarşısına çıxdı

Tiktoker Ece Ronayla məhkəməsi davam edən aparıcı Mehmet Ali Erbilin 8 il

arrow Ətraflı
Ötən əsrlərin FOTOlarında niyə heç kim gülməyib? like
  • 21 Yan 14:11  
Digərləri Ötən əsrlərin FOTOlarında niyə heç kim gülməyib?

Keçmişin portret fotolarına baxanda ümumi bir tendensiya görə bilərik. İ

arrow Ətraflı
Pike Parisdə İrina Şeyklə görüşdü  VİDEO like
  • 21 Yan 13:49  
Şou-biznes Pike Parisdə İrina Şeyklə görüşdü VİDEO

Dünya şöhrətli supermodel İrina Şeyk və futbolçu Jerar Pike ötən axşa

arrow Ətraflı
Azərbaycanda kişi yuxudaykən yanıb öldü like
  • 21 Yan 13:40  
Digərləri Azərbaycanda kişi yuxudaykən yanıb öldü

Lənkəranda kişi faciəli şəkildə ölüb.

arrow Ətraflı
Prezident Çin Sədrini təbrik edib like
  • 21 Yan 13:38  
Siyasət Prezident Çin Sədrini təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çin təqvimi ilə Yeni

arrow Ətraflı
Nazirlik tərəfindən satışa çıxarılan mənzillərlə bağlı əhaliyə xəbərdarlıq like
  • 21 Yan 13:30  
Digərləri Nazirlik tərəfindən satışa çıxarılan mənzillərlə bağlı əhaliyə xəbərdarlıq

Son günlər bəzi ev alqı-satqısı ilə məşğul olan dəllallar ("makl

arrow Ətraflı
Xilasedicilərin qopan buz parçası üzərində qalan balıqçılarla qaçdıqovdu mübarizəsi  VİDEO like
  • 21 Yan 13:20  
Digərləri Xilasedicilərin qopan buz parçası üzərində qalan balıqçılarla qaçdıqovdu mübarizəsi VİDEO

Rusiyada Oneqa gölündə qırılan buz parçasının üzərində qalmış iki b

arrow Ətraflı
Azərbaycanda əmək pensiyasının minimum məbləği artırılır like
  • 21 Yan 13:01  
Digərləri Azərbaycanda əmək pensiyasının minimum məbləği artırılır

Azərbaycanda əmək pensiyasının minimum məbləği artırılır.

arrow Ətraflı
Xatirə ilə həyat yoldaşı arasında GƏRGİNLİK: like
  • 21 Yan 13:00  
Şou-biznes Xatirə ilə həyat yoldaşı arasında GƏRGİNLİK:

Müğənni Xatirə İslam ilə həyat yoldaşı Fəxrəddin arasında mübahisə

arrow Ətraflı