"Kurtlar Vadisi" yenidən ekranlarda:
Digərləri 20 Yan 2023 19:14:00 141 0
Məşhur türk aktyoru Necati Şaşmaz "Kurtlar Vadisi"nin yanvar ayında ekranlara dönəcəyi xəbərini açıqlayıb. Maraqla gözlənilən serialın hansı kanalda tamaşaçı ilə görüşəcəyi də bəlli olub. Çağlar Ərtoğrul və Kənan İmirzalıoğlunun filmdə yer alacağı iddiaları da həyəcan yaradıb.
Bu xəbəri də oxu: Məktəblini avtobus vuraraq
Son.az afn.az-a istinadən xəbər verir ki, Türkiyə televiziya tarixinin unudulmaz əsərlərindən olan "Kurtlar Vadisi" serialındakı "Polat Alemdar" obrazı ilə yadda qalan məşhur aktyor Necati Şaşmaz bir müddət əvvəl TRT Music-də qatıldığı canlı yayımda Mazhar Alansonun suallarını cavablandırarkən sevənlərinə əfsanəvi serial "Kurtlar Vadisi"nin yenidənq ekranlara qayıtması müjdəsini vermişdi. Çoxdan gözlənilən layihə üçün yeni iddialar səslənib.
Necati Şaşmaz yayımlandığı dövrdə reytinq rekordları qıran serialın yanvar ayında ekranlara qayıdacağını açıqlamışdı. Aktyor, "Kurtlar Vadisi"ndə 397 seriya oynadım, həyatımın 20 ilini "Kurtlar Vadisi" ilə keçirdim. Dəyərli amma yorucu bir iş idi, ona görə də ara verməli olduğumuzu düşündük. Yenidən serial tələb olunmağa başladı. Əgər mümkün olsa, baş verəcək, məncə, yanvarda olacaq" - deyə müəmmalı açıqlaması ilə gündəm olmuşdu.
Şaşmazın bu açıqlamaları serialın pərəstişkarlarında böyük həyəcan yaratsa da, "İskəndər Büyük" obrazı ilə yadda qalan Musa Uzunların serialda olmayacağı xəbəri onları kədərləndirdi. Lakin Kənan İmirzalıoğlu və Çağlar Ərtoğrulun "Vadi"yə qatıla biləcəyi iddiası seriala marağı artırıb. TRT 1 ekranlarında tamaşaçılarla görüşən "Təşkilat" serialında "Serdar Kılıçarslan" obrazına həyat verən məşhur oyuçunun seriala qatılmağa razı olduğu iddia olunur.
Pərəstişkarlarının maraqla gözlədiyi layihə ilə bağlı yeni iddia ortaya atılıb. "Yeni Akit" xəbər verir ki, serialın yeni bölümləri iyun ayında Türkiyədə təqdim edilən və abunə sayının sürətlə artması müşahidə edilən ABŞ-ın onlayn serial və film platforması "Disney Plus"da tamaşaçılara təqdim ediləcək.
Nərimanov rayonunda azyaşlıya qarşı qeyri-etik hərəkətlər etməkdə ş�

Niderland Həmkarlar İttifaqları Konfederasiyası (FNV) və müxtəlif həmkar

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus

Rusiyanın paytaxtı Moskvada Müqəddəs İoann Kronştad kilsəsinə ibadətə

Əməkdar artist Aybəniz Haşımova mərhum bəstəkar, Əməkdar mədəniyyət

Azərbaycanda lombardların fəaliyyətinə ciddi nəzarət edilmir. Bu isə v�

Ermənilər daim çalışırdılar ki, Azərbaycana qarşı torpaq iddiaları ir

Nəqliyyat, logistika və enerji təhlükəsizliyi sahəsində hər dövlətin �

"Çarli Çaplinin nəvəsi Una Çaplin Ceyms Kemeronun "Avatar" f

Rusiyada avtobusların birində çəkilən görüntülər sosial şəbəkələrd

Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində 20 Yanvar Faciəs

"Netflix"in həmtəsisçisi Rid Hastinqs platformanın baş direktoru

Qanlı 20 Yanvar faciəsindən 33 il keçir. Sovet imperiyasının Bakıda tör�
