Mədəniyyət naziri UNESCOya çağırış etdi


Siyasət 08 Dek 2022 09:46:00 104 0

Mədəniyyət naziri UNESCOya çağırış etdi

Torpaqlarımız azad ediləndən sonra Azərbaycan UNESCO-ya dəfələrlə müraciət edib.

Son.az Trend-ə istinadən bildirir ki, bunu bu gün "Mədəni sərvətlərin mühafizəsi və onların həyata keçirilməsinin təkmilləşdirilməsi aspektlərinə dair YUNESKO Konvensiyalarının Rolu" mövzusunda beynəlxalq konfransda çıxışı zamanı Azərbaycanın mədəniyyət naziri Anar Kərimov deyib.

Nazir bildirib ki, bütün bu müraciətlərə baxmayaraq, UNESCO missiyasını yerinə yetirməyib, öz öhdəliyini icra etməyib:

"Bu təşkilatın siyasi motivlər üzərində texniki missiyanı həyata keçirməməsi onun nüfuzuna böyük bir xələl gətirib. Konfransdan istifadə edərək UNESCO-ya çağırış edirik və öz mandatını yerinə yetirməyə səsləyirik", - A.Kərimov deyib.

Son.az