Ceff Bezos və İlon Mask Azərbaycana gələ bilərlər


Dünya 06 Dek 2022 11:14:00 89 0

Ceff Bezos və İlon Mask Azərbaycana gələ bilərlər

"Burada NASA Kosmik Agentliyinin nümayəndələri də olacaq. Ceff Bezos, İlon Mask kimi tanınmışlar bu konqresə gələ bilərlər. Mərkəzi Asiya, xüsusilə Qafqazdan olan iştirakçılar çoxluq təşkil edəcəklər. Böyük şirkətlər burada öz biznes imkanlarını müzakirə edəcəklər".

Son.az xəbər verir ki, bunu 2023-cü ildə Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresi barədə məlumatlandırma məqsədilə keçirilən tədbirdə çıxış edən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin ("Azərkosmos") İdarə Heyətinin sədri Saməddin Əsədov deyib.

O, qonaqların viza məsələsində üzləşə biləcəyi çətinliklərdən də söz açıb:

"Qonaqların viza məsələsi, nəqliyyatla bağlı çətinliyi ola bilər. Əziz səfirliklər, xahiş edəcəyəm ki, onlara dəstək olasınız. Bu konqres üçün platforma yaradılacaq və onun vasitəsilə çalışacağıq ki, viza məsələsi elə hava limanında həll olunsun.

Konqres bir həftə davam edəcək və 6 oktyabrda başa çatacaq. BAF-nin kosmonavtları ilə birgə 28 sentyabrdan etibarən biz tədbirlərə başlayacağıq".

Qurum rəhbəri diqqətə çatdırıb ki, Bakı Konqres Mərkəzi və Heydər Əliyev Mərkəzində sərgilər təşkil ediləcək: