Türkiyə hazırda beynəlxalq diplomatiyada ən etibarlı tərəflərdən biridir


Siyasət 06 Dek 2022 09:11:00 110 0

Türkiyə hazırda beynəlxalq diplomatiyada ən etibarlı tərəflərdən biridir

Türkiyə hazırda beynəlxalq diplomatiyada ən etibarlı tərəflərdən biridir. Çünki biz nə söyləyiriksə, onu da edirik, nə ediriksə, onu söyləyirik.

Son.az Trend-ə istinadən bildirir ki, bu fikirləri Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Ankara Hacı Bayram Vəli Universitetində təşkil olunan "Türkiyənin sahibkarlıq və humanitar xarici siyasəti" mövzusunda konfransdakı çıxışında ifadə edib.

Diplomat xatırladıb ki, Türkiyənin vasitəçiliyi ilə bağlanmış İstanbul Taxıl Sazişi sayəsində qlobal ərzaq böhranının qarşısını almaq mümkün olub.

Mövlud Çavuşoğlu qeyd edib ki, Ankaranın enerji böhranının qarşısını almaq üçün atdığı son addımlar həm Türkiyədə, həm də onun ətrafındakı ölkələrdə enerji təhlükəsizliyini artırıb.

Son.az