Praqada Putinin abidəsi ucaldıldı


Siyasət 06 Dek 2022 08:51:00 108 0

Praqada Putinin abidəsi ucaldıldı

Çexiyanın paytaxtı Praqada Rusiya Prezidenti Vladimir Putinin abidəsi qoyulub.

Son.az axar.az-a istinadən bildirir ki, burada Rusiya lideri qaz kranı üzərindəki qoblinə (mənfi xüsusiyyətli obraz - red.) bənzədilib.

Məlumata görə, abidə SSRİ marşalı İvan Konevin heykəlinin yerində ucaldılıb.

Abidənin müəllifi Duşan Dostalın sözlərinə görə, əsər "Ariman" adlanır ki, bu ad da fars mifologiyasından gəlmədir və tamamilə şəri təmsil edir.

Abidədə diqqətçəkən məqamlardan biri də burada rusiyalı liderin Hitler salamı verməsi formasında təsvir edilməsidir. Bununla müəllif demək istəyib ki, Putin Hitlerin fəaliyyətini davam etdirir.