Hipofizar kaxeksiya


Digərləri 06 Dek 2022 08:55:00 84 0

Hipofizar kaxeksiya

Ümumi məlumat: Hipofizar kaxeksiya - birincili hipofizar çatmamazlıq hesab olunur ki, bu zaman hipofiz hormonlarının çoxunun sekresiyasının pozulması baş verir. Bunun nəticəsində periferik endokrin vəzlərin ikincili hipofunksiyası inkişaf edir. Səbəbləri: Bu patologiyanın əsas səbəbləri travmalar, infeksiyalar ( sepsis, ensefalitlər, vərəm, sifilis), damar pozgunluqlarıdır ( spazm, kollaps).  Bunlar da hipofizin ön divarının hipotrofiyası və ya atrofiyasına səbəb olur. Bu da öz növbəsində periferik endokrin vəzlərin aktivliyini stimulyasiya edən hormonların hasil olmasını ləngidir. Klinikası: Xəstəliyin klinikası hipofizin funksiyasının azlma səviyyəsindən asılıdır. Bu zaman insanın çəkisi kəskin olaraq aşağı düşür, kaxeksiya- kəskin arıqlama baş verir. Xəstəlik zamanı elacə də qalxanvari vəzin, cinsiyyət vəzlərinin, böyrəküstü vəzlərin çatmamazlıqları simptomları meydana çıxır.

Siz nə edə bilərsiniz: Bu zaman mütləq həkim- endokrinoloqa müraciət etmək lazımdır

Həkim nə edə bilər: Həkim xəstəyə tərkibində kifayət qədər zülal, yağ, vitamin olan pəhriz təyin edir. Müvafiq hormonlarla əvəzedici terapiya aparılır.