Xarkovda komendant saatının müddəti


Siyasət 06 Dek 2022 08:56:00 122 0

Xarkovda komendant saatının müddəti

Ukraynanın Xarkov vilayətində komendant saatının müddəti azaldılıb.

Son.az axar.az-a istinadən bildirir ki, bu barədə Xarkov hərbi administrasiyasının rəhbəri Oleq Sinequbov məlumat verib.

Onun sözlərinə görə, qərar biznes, dolanışıq təmin edən müəssisələrin, nəqliyyat işçilərinin və s. nümayəndələrin çoxsaylı müraciətlərinə cavab olaraq qəbul edilib.

"Düşməni sıxışdırıb çıxaran Silahlı Qüvvələrimizin sayəsində bizi çox çətin qış gözləsə də, yerli sakinlər tədricən Xarkov şəhərinə və bölgənin icmalarına qayıdırlar. Buna uyğun olaraq qida zəncirlərinin daha uzun müddət fəaliyyət göstərməsinə ehtiyac yaranıb. Bu qərar hərbi rəhbərliklə razılaşdırılıb. İndi təhlükəsizlik vəziyyəti bizə komendant saatının müddətini azaltmağa imkan verir", - Sinequbov bildirib.

Qeyd edək ki, daha öncə Xarkovda komendant saatı 23:00-dan 05:00-a qədər idisə, hazırda bu müddət 00:00-dan 05:00-ə kimi qüvvədə olacaq.