Keçmiş sevgilisini uşaqlarla birlikdə üç dəfə yandırmaq istədi


Dünya 06 Dek 2022 05:22:00 105 0

Keçmiş sevgilisini uşaqlarla birlikdə üç dəfə yandırmaq istədi

Rusiyada, Krasnoyarsk diyarında üçüncü dəfə keçmiş sevgilisini və iki uşağını yandırmağa cəhd edən Vladimir Volqin saxlanılıb.

Son.az bildirir ki, bu barədə "Baza" Telegram kanalında məlumat verilib.

Son hadisə 3 dekabr 2022-ci ildə baş verib. Şübhəli şəxs keçmiş sevgilisinin evinə gəlib. Qadının evdə olduğunu bilib və onunla danışmaq istəyib. Lakin 12 yaşlı qızı kişini içəri buraxmayıb. Həmin vaxt orada səkkiz yaşlı bir uşaq da olub.

Kişi evə girə bilmədikdən sonra çıxışı bağlayıb və evi yandırıb. Qadın uşaqlarla birlikdə yanan evdən pəncərədən çıxa bilib.

Qonşuların dediyinə görə, kişinin tez-tez qadına əl qaldırması onların ayrılmasına səbəb olub. Bundan əvvəl Volgin iki dəfə yanğın törətməyə cəhd edib. O, polisə də çoxsaylı şikayətlər edib.