Zelenski: "Rusiya ilə sülh danışıqları olmayacaq”


Dünya 05 Dek 2022 20:20:00 110 0

Zelenski: "Rusiya ilə sülh danışıqları olmayacaq”

"Bəzi beynəlxalq tərəfdaşların çağırışlarına baxmayaraq, Rusiya ilə sülh danışıqları istisnadır".

Son.az report-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski "Financial Times"a müsahibəsində deyib.

O bildirib ki, Rusiya ilə danışıqlar məsələsində rəsmi Kiyevlə Qərbin maraqları fərqli ola bilər: "Rusiyanın müharibə cinayətləri Ukrayna ictimaiyyətini Moskva ilə kompromislərlə bağlı daha sərt mövqe tutmağa vadar etdi. Bəzi müttəfiqlər Ukraynanın Krımı azad etmək cəhdinin nüvə eskalasiyasının başlanmasına səbəb olacağından ehtiyat edirlər".