Ceyhun Bayramov Qarabağda yaşayan ermənilərdən danışdı


Siyasət 05 Dek 2022 17:40:00 118 0

Ceyhun Bayramov Qarabağda yaşayan ermənilərdən danışdı

Qarabağda yaşayan ermənilər Azərbaycanın bütün digər vətəndaşlarının malik olduğu hüquq və təminatlara malik olacaqlar.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu bazar ertəsi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla Moskvada keçirdiyi mətbuat konfransında deyib.

"Keçmiş münaqişə ərazisinin erməni əhalisinin reinteqrasiyası ilə bağlı Azərbaycanın mövqeyi dəfələrlə ifadə olunub. Erməni milliyyətindən olan vətəndaşlar konstitusiyamıza və beynəlxalq müqavilələrə uyğun olaraq Azərbaycanın bütün digər vətəndaşlarının malik olduğu hüquq və təminatlara malik olacaqlar. Hesab edirik ki, Azərbaycanın qanunvericiliyi bunun üçün çox yaxşı əsasdır. Biz inanırıq ki, bütün beynəlxalq aktorlar regionumuzda uzunmüddətli sülh, təhlükəsizlik və sabitliyin bərqərar olması məqsədi daşıyan bu prosesi dəstəkləməlidirlər", - nazir bildirib.