"Best Model of Azerbaijan 2022” qalibləri


Şou-biznes 05 Dek 2022 17:48:00 106 0

"Best Model of Azerbaijan 2022” qalibləri

Ötən axşam "Best Model of Azerbaijan 2022" müsabiqəsinin final mərhələsi keçirilib.

Son.az bizim.media-ya istinadən xəbər verir ki, "Baku Crystal Hall"da baş tutan yarışmada 14 iştirakçı "Best Model of Azerbaijan 2022" uğrunda mübarizə aparıb.  Münsiflər heyətində isə bir sıra yerli məşhurlarla yanaşı "Best Model" müsabiqənin təsisçisi, türkiyəli iş adamı Erkan Özerman da yer alıb.

Tədbirin sonunda münsiflər heyətinin verdiyini qərara əsasən, bəylərdən Natiq Xələfov xanımlardan isə Lina Uzun birinci yerə layiq görülüb. Yarışmadan çəkilən fotoları aparıcı və xeyriyyəçi Hacı Nuran Məmmədov sosial şəbəkə hesabında izləyiciləri ilə paylaşıb. "Best Model of Azerbaijan 2022" qalibləri dünyanın qırxdan çox ölkəsinin təmsilçilərinin iştirakı ilə dekabrın 19-da İstanbulda keçiriləcək 35-ci "Best Model of the World" müsabiqəsinin finalında Azərbaycanı təmsil edəcək.