İtaliya baş naziri Azərbaycan qazından


Dünya 04 Dek 2022 20:52:00 90 0

İtaliya baş naziri Azərbaycan qazından

"Bildirmək istəyirəm ki, hazırda İtaliyanın Azərbaycandan təbii qaz tədarükü 60 faiz səviyyəsinə çatır".

Bunu İtaliyanın Baş nazir Ciorcia Meloni deyib.

Baş nazir İtaliyanın Xarici İşlər Nazirliyi və ölkənin strateji tərəfdaşları sayəsində Rusiya qazından asılılığını azaltdığını bildirib:

"Türkiyə, Yunanıstan və Albaniyadan keçən Trans-Adriatik boru kəməri vasitəsilə Azərbaycandan təbii qaz tədarükü hazırda 60 faizə çatır. Əlcəzair kimi Aralıq dənizi ölkələri də İtaliyanın enerji təhlükəsizliyində əsas pay sahibidir".