OPEC+ neft hasilatı səviyyəsini saxlayıb


Dünya 04 Dek 2022 18:56:00 98 0

OPEC+ neft hasilatı səviyyəsini saxlayıb

OPEC+ ölkələri oktyabrda keçirilən görüşdə razılaşdırılmış sutkalıq 2 milyon barel neft hasilatının saxlanılmasına qərar veriblər.

Son.az-ın xəbərinə görə, bu barədə OPEC-in saytında dərc olunan kommünikedə qeyd edilib.

OPEC+ üzvlərinin növbəti görüşü 4 iyun 2023-cü ildə keçiriləcək.

Sənəddə o da qeyd edilib ki, OPEC+ üzvləri bazarda tələbə uyğun olaraq istənilən vaxt görüş keçirməyə və əlavə addımlar atmağa hazır olduqlarını təsdiqləyiblər.