Türkiyədə yaşayış binasında partlayış: xəsarət alanlar var


Dünya 04 Dek 2022 12:13:00 142 0

Türkiyədə yaşayış binasında partlayış: xəsarət alanlar var

Türkiyənin Şanlıurfa şəhərinin Akçakale rayonunda bazar günü altımərtəbəli yaşayış binasının birinci mərtəbəsində partlayış baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, partlayış nəticəsində 4 nəfər xəsarət alıb.

Məlumata əsasən, partlayışın baş verdiyi binanın birinci mərtəbəsində iş yerləri olub. Partlayış dalğasından binanın bir neçə divarı qismən uçub, qonşu binalarda şüşələr qırılıb, küçədə dayanan avtomobillərə ziyan dəyib.

Partlayışla bağlı araşdırma aparılır. Hadisənin səbəbləri araşdırılır.

Son.az