Çürümüş sümüklərin dirildilməsi


Digərləri 03 Dek 2022 23:50:00 139 0

Çürümüş sümüklərin dirildilməsi

وَضَرَبَ لَنَا مَثَلًا وَنَسِيَ خَلْقَهُ قَالَ مَنْ يُحْيِي الْعِظَامَ وَهِيَ رَمِيمٌ قُلْ يُحْيِيهَا الَّذِي أَنْشَأَهَا أَوَّلَ مَرَّةٍ وَهُوَ بِكُلِّ خَلْقٍ عَلِيمٌ

"O Bizə bir məsəl çəkdi, lakin yaradılışını unutdu. O dedi: "Çürümüş sümükləri kim dirildə bilər?" De: "Onları ilk dəfə yaradan Özü onları dirildəcəkdir. O, hər bir məxluquna yaxşı bələddir."" (Yasin, 78-79). İzah: Bu ayə həm məadın kafirlər tərəfindən inkar olunmasına bir cavabdır, həm də cismani məada sübutdur. Çünki çürümüş sümükləri diriltməkdən söhbət açır. Qeyd edək ki, bu ayə müşriklərdən birinə cavab olaraq nazil olmuşdur.

O, məzarlıqdan çürümüş bir sümük tapdı və Peyğəmbərin (s) yanına gəldi. Sonra o sümüyü əlində əzib o həzrətə (s) dedi: "Bu parçalanmış sümüyü yenidən kim dirildəcək?" Yuxarıdakı ayə nazil oldu və ona cavab verdi.

Hədis: Materialist bir şəxs İmam Sadiqə (ə) dedi: "İnsan ölümdən sonra yenidən necə dirilir? Bir halda ki bədəni çürümüş, bədən üzvləri parçalanmışdır. Bir üzvü filan şəhərdə yırtıcılara yem olmuş, başqa bir üzvü başqa bir yerdə sürünənlərə yem olmuş, digər bir üzvü torpağa çevrilmiş və ondan hasar tikilmişdir".

Həzrət (ə) buyurdu: "Bədəni yoxdan yaradan, ona heç bir nümunə və örnək olmadan surət verən kəs ilk dəfə olduğu kimi bir daha geri qaytara bilər." (İhticac, səh. 350).