Pelenin vəziyyəti


Dünya 03 Dek 2022 21:29:00 155 0

Pelenin vəziyyəti

Futbol üzrə üçqat dünya çempionu, Braziliya millisinin əfsanəvi hücumçusu Pelenin bədəni artıq bağırsaq xərçəngi ilə bağlı kimyaterapiyaya cavab vermədiyi üçün ona palliativ yardım müalicəsi tətbiq edilir.

Bu barədə "Daily Mail" yazıb.

Palliativ yardımın məqsədi həyatı üçün təhlükə yaradan və ya sağalmaz bir xəstəliklə üzləşmiş xəstələrin əzablarının qarşısını almaq və onları yüngülləşdirməkdir.

Qeyd edək ki, Pele ötən ilin sentyabrında yoğun bağırsağındakı şişlə əlaqədar əməliyyat edilib. Veteran futbolçu sonradan bir neçə dəfə xəstəxanaya yerləşdirilib.