İslamın ilk məscidi və orada qılınan namazın fəziləti


Digərləri 03 Dek 2022 19:10:00 107 0

İslamın ilk məscidi və orada qılınan namazın fəziləti

Bu gün hicri təqvimi ilə rəbul-əvvəlin 15-i İslamda ilk məscid hesab olunan "Quda" məscidinin əsası qoyulduğu gündür. Rəbul-əvvəlin ilk günü Məkkəni tərk edərək Yəsribə (Mədinəyə) hicrət edən Allah rəsulu (s) və yanında olan səhabələr Quba adlı məntəqədə dayanıb orada gecələyir və burada namaz qılırlar. Həmin bu yeredə İslamın ilk məscidinin əsası qoyulur. Məntəqənin adıyla adlanan "Quba" məscidi İslamın ilk məcsididir.

Bu məscid Mədinə şəhərindən 6 km. aralıda yerləşir. Məkkədən hicrət edən Peyğəmbər (s) təqribən bir həftəyə yaxın bu məntəqədə qalır və İslamı yenicə qəbul etmiş müsəlmanlarla bu məscidi təsis edirlər.

Səcdəgah, yaxud səcdə edilən məkan mənasında olan məscidlərin İslamda xüsusi yeri vardır. Bu xüsusilik özünü həm mənəvi, həm də ictimai fəzada büruzə verir. Beləki məscidlərin İslam şəriətində xüsusi hökümləri vardır. Həmçinin məscidlər və orada qılınan camaat namazları müsəlmanların ictimai vəhdətini qorumaqda mühüm əhəmiyyətə malikdir.

İslamda məscidlərin mənəviyyat və ictimai vəhdət baxımından xüsusi əhəmiyyətə malik olduğunu qeyd etdik. Bu xüsusiyyətdə ən böyük pay ilk təsis edilmş Quba məscidinin payına düşür. Allah Rəsulu (s) bu məscidi daima diqqətində saxlayar, həftədə bir dəfə 6 km. məsafəni ya piyada, yaxudda süvari halda bu məscidə gələr, orda namaz qılardı.

Peyğəmbər (s) Quba məscidində namaz qılmağın fəzilətinə işarə edərək buyurub:

Hər kəs evdə dəstəmaz alıb və Quba məscidinə gəlib namaz qılarsa, onun hədiyyəsi bir ümrə savabındadır"