Keçmiş prokuror maşını ilə 12 avtomobili əzdi VİDEO


Dünya 03 Dek 2022 17:08:00 97 0

Keçmiş prokuror maşını ilə 12 avtomobili əzdi  VİDEO

Rusiyada, Rostov-na-Donu şəhərində keçmiş prokuror dayanacaq yeri tapmaq istəyərkən 12 avtomobili vurub və videoya düşüb.

Son.az bildirir ki, video "Don Mash" Telegram kanalı tərəfindən yayımlanıb.

Kadrlarda kişinin "Kia Sorento" markalı avtomobili ilə həyətə daxil olması və sürərkən səkidə dayanmış avtomobillərə toxunması əks olunub. Baş verənlərə baxmayaraq, kişi dairəvi hərəkətini davam etdirib.

Hadisənin Taqanroqskaya küçəsində baş verdiyi məlum olub. Polis hadisə yerinə gəldikdən sonra eks-prokuror baxış keçirməkdən imtina edərək, sərnişin oturacağına keçib və inzibati məsuliyyətə cəlb edilib.