Xəstəxanada olan Mahir Cürətin vəziyyəti açıqlandı: “Ayaqları çürüyür”


Şou-biznes 03 Dek 2022 13:24:00 125 0

Xəstəxanada olan Mahir Cürətin vəziyyəti açıqlandı: “Ayaqları çürüyür”

Məşhur qəzəlxan Mahir Cürət bu gün Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə yerləşdirilib.

Son.az xəbər verir ki, bu barədə oxu.az-a meyxanaçının bacısı oğlu Nuh Tarverdiyev məlumat verib.

O, dayısının nə qədər müddətə xəstəxanada qalacağının hələlik bəlli olmadığını diqqətə çatdırıb:

"Vəziyyəti pisdir. Ayaqları yaradır, çürüyür, müalicə lazımdır, ona görə də nə vaxt xəstəxanadan buraxılacağını bilmirik".