İranda 7 azərbaycanlı fəal həbs olunub


Dünya 28 Noy 2022 09:48:00 95 0

İranda 7 azərbaycanlı fəal həbs olunub

Şərqi Azərbaycan əyalətinin Məlikan şəhərindən olan media və milli fəalların verdiyi məlumata görə, Hamid Vahidi, Sina Farabi, Babək Nemətzadə, Aydın Fərəczadə, Rza Məhəmmədi və Əkbər Fəthi adlı fəallar həbs olunublar.

Son.az xəbər verir ki, Tehranda saxlanılan Vəhid Əliqulupur Evin zindanına, qalan 6 fəal isə Marağa şəhər həbsxanasına köçürülüb.

Fəalların həbs səbəbləri barədə dəqiq məlumat əldə etmək mümkün olmasa da, onların etiraz aksiyaları ilə bağlı saxlanıldıqları güman edilir.