Polşada ukraynalı qaçqınlar kütləvi şəkildə ZƏHƏRLƏNDİ


Dünya 27 Noy 2022 22:31:00 106 0

Polşada ukraynalı qaçqınlar kütləvi şəkildə ZƏHƏRLƏNDİ

20-dən çox ukraynalı qaçqın zəhərlənmə əlamətləri ilə Polşanın Qluxolazi şəhərində yerləşən xəstəxanaya yerləşdirilib.

Son.az xəbər verir ki, bu barədə Polşa portalı məlumat yayıb.

"Əsasən 2 yaşdan 16 yaşa qədər uşaqlar zərər çəkib. Ümumilikdə 23 nəfər zəhərlənib - 8 böyük və 15 uşaq, - məlumatda deyilir.

Hələlik laboratoriya nəticələri açıqlanmayıb, amma həkimlərin deyib ki, əlamətlər klassik qida zəhərlənməsinə işarə edir.

"Zərərçəkənlərin vəziyyəti qənaətbəxşdir", - deyə xəstəxanaya gələnlərin müalicəsinə cavabdeh olan həkimlərdən biri bildirib.